Rusiya Ordusu Teatri - Wikipedia
Rusiya Ordusunun Mərkəzi Akademik Teatrı (Rusca: Центральный академический театр Российской армии) Moskvanın ən böyük teatrıdır. Onun əsası 1929-cu ildə Qırmızı Ordu Teatrı adı ilə qoyulmuşdur. 1951-ci ildə isə adı Sovet Ordusu Teatrı kimi dəyişdirilmiş və bura həmişə müharibə mövzusu ilə bağlı göstərişlərlə ixtisaslaşmışdır.
Rusiya Ordusu Teatrı | |
---|---|
Театр Российской армии | |
55°46′58″ şm. e. 37°36′49″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Moskva, Rusiya |
Memar | K.Halabyan , V.Simbirtsev |
Tikilmə tarixi | 1929 |
Rəsmi sayt | teatrarmii.ru |
Vikianbarda əlaqəli mediafayllar |
Böyük tikili Suvorov meydanında yerləşir və 1934-1940-cı illər aralığında tikildiyi dövrdə beş guşəli qırmızı sovet ulduzu formasına malik idi. Stalinist memarlıq üslubunda olan ilk nümunə Karo Halabyan və V.Simbirtsev tərəfindən dizayn edilmişdir. Güman edilirdi ki, teatr bütün avropada ən boyük səhnə idi. Bura gerçək tanklara, süvariyə və böyük gəmilərə sahiblik edəcək qədər böyük idi. Bundan savayı bu tikili oktyabr inqilabından sonra tikilmiş ilk teatr binası idi. Binanın açılışı 1940-cı ilin 14 sentyabr tarixində baş tutmuşdur.
Teatr 10 mərtəbədən ibarətdir. Buradakı kiçik zal 400, böyük zal isə 1520 tamaşaçı üçün nəzərdə tutulmuşdur. Teatrın ilk və ən tanınmış direktoru Aleksey Popov olmuşdur. Sonradan onu 1963-cü ildə oğlu Andrey Popov əvəz etdi.