Ruslan Sohretoglu - Wikipedia
İsmayılov Ruslan Şöhrət oğlu — Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi.
Ruslan İsmayılov | |
---|---|
Ruslan Şöhrət oğlu İsmayılov | |
Digər adları |
Ruslan Amur Ruslan Şöhrətoğlu |
Doğum tarixi | |
Doğum yeri | Bakı |
Fəaliyyəti | aktyor, rejissor |
Təhsili | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəRuslan İsmayılov 12 dekabr 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram teatrı və kino aktyoru fakültəsinə, rejissor Cənnət Səlimovanın kursuna daxil olaraq 2002-ci ildə təhsilini fərqlənmə diplomu ilə bitirib. 2004-cü ildə həmin ali məktəbin magistraturasını da fərqlənmə diplomu ilə başa vurub. 2004-2005-ci ilərdə hərbi xidmətdə olub. 1998-2003-cü illərdə Azərbaycan Dövlət Pantomim Teatrında aktyor vəzivəsində çalışıb. 2003-2012-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrıında aktyor və rejissor kimi fəaliyyət göstərib. 2007-ci ildə British Councilun "Forum teatr"ının iştirakçısı olub. 2012-2014-ci ilərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor işləyib. 2014-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənəti üzrə dərs deyir.
Səhnə hərəkəti, plastika, səhnə döyüşü, pantomim, qılınc təlimi, rəqs (milli, Latın Amerikası, müasir, disko, brek, modern) sahəsində bacarığa malikdir.
Azərbaycan dili, rus dili, türk dilini sərbəst, ingilis dilini zəif bilir.
Teatrda oynadığı rollar
redaktə- Fəridəddin Əttar "Mantıku't-Tayr" (Uçuşun məntiqi) rejissor Ə.Q.Moxtar "Uçuş- Saliq.
- Çingiz Aytmatov "Gün var əsrə bərabər" rejissor Ə.Q.Moxtar "Manqurt" – Juan-juan.
- Əbdürrəhim bəy Haqverdiyev "Kimdir müqəssir" rejissor Bəxtiyar Xanızadə "Kimdir müqəssir" – Mahmud.
- Mehman Musabəyli "Şəngülüm,Şüngülüm,Məngülüm" rejissor Bəxtiyar Xanızadə "Şəngülüm,Şüngülüm,Məngülüm" – Məngülüm.
- Bəxtiyar Xanızadə "Zibillik pərvanələri" – Şah.
- Üzeyir Hacıbəyov "Biz nə tövr iş görürük?" rejissor Bəxtiyar Xanızadə "Dulusçu" – Mim.
- Uilyam Şekspir "Sonetlər" rejissor Bəxtiyar Xanızadə "Eşq" – Vərəq, Ulduz.
- Nikolay Qoqol "Viy" rejissor Mikayıl Mikayılov (II) "Viy adlı bədheybət haqqında dəlinin qeydləri" – Rahib.
- Frans Kafka "Hökm" rejissor G.Səttarova "Məhkum" – Ata.
- Kamal Abdulla "İstintaq",rejissor Vaqif İbrahimoğlu "Axırdan sonra" – Sərgərdan.
- Frans Kafka "Müğənni Jozefina və siçan xalq",rejissor Ş.Rəsulov "Civilti"- Kafka.
- Slobodan Şnayder "İlan dərisi" rejissor David Sakvarelidze – "Doğulmamış uşaq – İlan"
- Məhəmməd Füzuli külliyatı "Mən Məhəmməd Füzuli"adlı tamaşalar silsiləsi "Vəsil","Bəlayi-Eşq" rejissor Vaqif İbrahimoğlu
- "Əfğan" rejissor M.Mikayılov ,"Yar" rejissor * G.Səttarova .
- Anton Çexov "Albalı bağı". rejissor Vaqif İbrahimoğlu "I akt"-Yaşa
- Frans Kafka külliyatı "Kafkadan salam" rejissor Vaqif İbrahimoğlu – Kafka
- Yucin O'Nil "Qarağaclar altında məhəbbət". rejissor A.Məmmədova "Kölgə"
- Kamal Abdulla "Şah İsmayıl yaxud hamı səni sevənlər burdadı..." rejissor Mikayıl Mikayılov (II) "ŞAH və ŞAİR yaxud hamı sevənlər burdadır..." - Şah İsmayıl
- Yevgeni Şvars "Kölgə" rejissor Nicat Kazımov "Kölgə" - Alim
Teatrda qurduğu tamaşalar
redaktə- Xorxe Luis Borxes "Bədəməl qadın" hekayəsi - "TABU"
İştirak etdiyi festivallar
redaktə- Gürcüstan ( Tbilisi, 17sentyabr – 8 oktyabr 2000-ci il, "Qızıl maska" Beynəlxalq Teatr Festivalı )
- İran ( Tehran, 3-10 mart 2002-ci il, "Dostluq" teatr festivalı )
- Türkiyə ( Ankara 17-27 oktyabr 2002-ci il, "Ethos" Uluslararası Teatr Festivalı Ethos)
- Ukrayna ( Kiyev 7-14 may 2003-ci il,. "Kiyev- Travnevi" 5-ci Beynəlxalq Teatr Festivalı )
- "Mən...Sən...Biz..." Perfonmansı Beynəlxalq layihə Türkiyə ( Qars ) – Gürcüstan – Azərbaycan ( Bakı,Gəncə ) 2006-cı il;
- VIII Beynəlxalq Çexov festivalı 23-30 iyun 2009 MDB ölkələrinin gənc rejissorlar labaratoriyası chekhovfest
- Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi 22-26 may tarixlərində Finlandiyanın İmatra şəhərində keçirilən «Ağ və Qara» Beynəlxalq Teatr Festivalında
Filmoqrafiya
redaktə- Salur Qazanın evi talandığı boy (film, 2001)
- Manqurt (film, 2003)
- Ana qaz (film, 2005)
- Pəri qala (film, 2007)
- Sahə (film, 2010)
- Qardaşımdan yaxşısı yox idi (film, 2010)
- Sirr (serial, 2012)
- Həyat sən nə qəribəsən (teleserial, 2013)