Ruslan Eliyev Bas Direktor - Wikipedia
Əliyev Ruslan Yusif oğlu (13 sentyabr 1978, Yevlax) — Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin sabiq Baş direktoru[1], Texnika üzrə Fəlsəfə doktoru.
Ruslan Əliyev | |
---|---|
Ruslan Yusif oğlu Əliyev | |
Vəzifədədir | |
01 aprel 2024-cü ildən | |
01 noyabr 2019 – 11 mart 2024 | |
Əvvəlki | Əkbər Hacıyev |
Sonrakı | Azər Məmmədov |
2015 – 2019 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 13 sentyabr 1978 (46 yaş) |
Doğum yeri | |
Təhsili |
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Azərbaycan Memarlıq və İnşaat Universiteti |
Fəaliyyəti | dövlət rəsmisi |
Atası | Yusif Əliyev |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
Həyatı
redaktəRuslan Əliyev 1978-ci il sentyabrın 13-də Yevlax rayonunda anadan olub. Evlidir, 3 övladı var.
Təhsili
redaktə1995–1999-cu illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik energetikası" (İstilik elektrik stansiyaları) ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi bitirib[2].
1999–2001-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb, "İstilik elektrik stansiyaları" ixtisası üzrə ali peşə istiqaməti üzrə magistr dərəcəsi bitirib[2].
2004–2007-ci illər — Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" ixtisası üzrə aspirantura təhsili almışdır.
2011–2014-cü illər — Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Menecment" ixtisası üzrə bakalavr dərəcəsi bitirib[2].
2016–2020-ci illər — Azərbaycan Memarlıq və İnşaat Universitetində Elmlər doktoru proqramı üzrə dissertantura təhsili almışdır.
2021–2022-ci illər — University of Oxford The Oxford Executive Leadership Programme 2021 üzrə sertifikat almışdır.
2022–2022-ci illər — SDA Bocconi Scholl of Management General Management program üzrə online kurs keçmişdir.
Əmək fəaliyyətin
redaktə1999–2006-cı illər — Azərenerji Açıq Səhmdar Cəmiyyətinin qazan turbin sexində maşinist, operator, qaz turbin qurğusunun maşinisti, növbə rəisi vəzifələrində çalışıb
2006–2007-ci illər — Azneft İstehsalat Birliyinin Azneftekologiyaservis İdarəsində energetik vəzifəsində çalışıb.
2007–2009-cu illər — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya İdarəsində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2009–2013-cü illər — Azəriqaz İstehsalat Birliyində Energetika və Mexanika şöbəsinin rəisi vəzifəsində çalışıb.
2013–2015-ci illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun əməyin mühafizəsi üzrə müavini vəzifəsində çalışıb.
2015–2019-cu illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktorun satış və istismar üzrə müavini vəzifəsində çalışıb.
2019–2024-cü illər — Azəriqaz İstehsalat Birliyinin Baş direktoru vəzifəsində çalışıb.
2024-cü il 1 aprel — AzərEnerji ASC-nin vitse prezidentinin texniki məsələlər üzrə müavini vəzifəsində çalışır.
Elmi pedoqoji fəaliyyəti
redaktə2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Texnika üzrə Fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2016-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Elmlər doktoru proqramı üzrə dissertanturaya qəbul olub və 2020-ci ildə təhsilini başa vurmuşdur. 2019-cu ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Biznesin iqtisadiyyatı və menecment" kafedrasında elmi-pedaqoji fəaliyyətə başlayıb. Müxtəlif elmi jurnallarda dərc olunan 40-dan çox elmi məqalələrin müəllifidir.
Elmi məqalələri
redaktə- Azərbaycanda gələcək yaşayış evlərinin inkişafının xarakterik xüsusiyyətləri// Azərbaycan Universiteti, İpək yolu jurnalı. 2016. № 4[3].
- Azərbaycanda sosial yönümlü mənzil sferasının inkişafı// AUDİT jurnalı. 2016. № 4
- İnkişaf etmiş ölkələrdə mənzil fondunun yenidən qurulması və modernləşdirilməsi// Beynəlxalq Elmi Konfrans. İstilik energetika qurğularının tullantılarından ətraf mühitin mühafizəsinin mühəndis problemləri. Bakı. 2016. (həmmüəllif prof. M. A. Məmmədov)
- Xidmətlər bazarında mənzil-kommunal müəssisələrinin təşkilati-iqtisadi formalarının təkmilləşdirilməsi// Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2016. № 2
- Azərbaycanda təmir-tikinti şirkətlərinin əmlakının idarə edilməsi səmərəliliyi// Azərbaycan Aqrar Elmi. 2017. № 1
- Azərbaycanda mənzil fondunun istismarının idarə edilməsinin səmərəliliyi// AUDİT jurnalı. 2017. № 2
- Azərbaycanın mənzil – kommunal təsərrüfatında islahatların aparılması modelləri// Turizm və qonaqpərvərlik tədqiqatları jurnalı. 2017. № 3
- Azərbaycanda mənzil – kommunal sferası fəaliyyətinin maliyyələşdirilməsinin əsas istiqamətləri və konsessiya layihəsinin reallaşdırılmasının qiymətləndirilməsinə metodiki yanaşma// AMİU, Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2017. № 3
- Azərbaycanın mənzil sferasında istilik təchizatı sisteminin inkişafının idarə edilməsinin təkmilləşdirilməsi// Kənd təsərrüfatının iqtisadiyyatı elmi-tədqiqat institutunun elmi əsərləri. 2017. № 3
- Azərbaycanda mənzil sferasının xarakteristikası və inkişaf tendensiyaları// Müasir dövrün su problemləri mövzusunda Respublika Elmi-Praktik konfransın materialları. 2017.
- Mənzil sferasının inkişafının elmi əsasları// Azərbaycan Kooperasiya Universiteti, Kooperasiya. 2017. № 2 (45)
- Mənzil sferasının inkişafının iqtisadi modelləri// Əmək və Sosial Problemlər. 2017. № 1 (19)
- Mənzil – kommunal təsərrüfatının idarə edilməsi sisteminin təkmilləşdirilməsi// AMEA, İqtisadiyyat İnstiutu, Elmi əsərlər. 2017. № 3
- Mənzil – kommunal sferasının inkişafının modelləşdirilməsi// Azərbaycan Aqrar Elmi. 2017. № 2
- Mənzil – kommunal təsərrüfatında idarəetmə sisteminin yaradılması mərhələləri// Respublika Elmi-praktik konfransının materialları "Müasir istilik təchizatında proqresiv texnologiyalar". 2017
- Mənzil sferasının inkişafının nəzəri əsasları və xarakterik xüsusiyyətləri// Respublika Elmi-praktik konfransının materialları, "Qobustone məsaməli beton bloklarından tikilmiş binalarda tamamlama işlərinin təşkilati-texnoloji problemləri". 2017.
- О показателях финансового состояния строительной компании в жилищной сфере//"Финансовая Экономика" Научно-Аналитический журнал. Москва. 2017. № 3
- Организационно-экономические формы жилищно-коммунальных предприятий на рынке услуг// Экономика и предпринимательство. Москва. 2017. № 9
- Социально-экономическая эффективность энергоснабжения в жилищно-коммунальной сфере//Экономика и предпринимательство. Москва. 2018. № 1
- Формирование показателей и критериев эффективности топливно-энергетического хозяйства// ХХVII Междунaродная научно-практическая конференция "Актуальные проблемы современной науки". Москва-Астана-Харьков-Вена. 2018.
- Efficiency assessment of functioning and prognosis of the heat power economy İndices of the big city// IARJSET, Volume 5, Issue 4, International Advanced Research Journal in Science, Engineering and Technology. 2018. № 5
- Theoretical and practical aspects of housing sphere// IARJSET, Volume 5, Issue 5, International Advanced Research Journal in Science, Engineering and Technology. 2018. № 5
- О реконструкции и модернизации жилищного фонда в Азербайджане// Бюллетень науки и практики, Т 4., Россия, Нижневартовск. 2018. № 11
- Эффективное использование земель при застройке городов// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 2
- Развитие жилищной сферы// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 3
- Основные направления реформирования жилищно-коммунального хозяйства// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2018. № 3
- Реконструкция жилой застройки крупных городов Азербайджана // Наука и бизнес: пути развития. Москва. 2018. № 6 (84)
- Azərbaycanın mənzil – kommunal sferasında xidmətlərin göstərilməsi// Tikintinin iqtisadiyyatı və menecment jurnalı. 2018. № 4
- Об анализе финансового состояния акционерного общества.// Финансовая Экономика" Научно-Аналитический журнал. Москва. 2018. № 1
- Mənzil-kommunal müəssisələrinin təşkilati-iqtisadi formalarının təkmilləşdirilməsi// Azərbaycan Kooperasiya Universiteti, Kooperasiya. 2018. № 2 (49)
- Прогнозирование развития жилищного хозяйства// Сборник материалов III Международной научно-практической конференции "Перспективные направления развития экономики и управления: Новый взгляд". Новосибирск. 2018.
- Метод исследования жилищной сферы социально-экономического фонда// III Международная научно-практическая конференция "Евразийская экономическая конференция". Пенза. 2018.
- Azərbaycanın mənzil-kommunal sferasının xidmətlər bazarının təhlil metodlarının təkmilləşdirilməsi// AMEA, İqtisadiyyat İnstitutu, Elmi əsərlər. Bakı. 2018. № 2
- Azərbaycanda mənzil fondunun idarəedilməsi// Respublika Elmi-praktik konfransının materialları, "Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinin aktual problemləri". Bakı. 2018.
- Use of various methodological approaches in the housing sphere// IARJSET, Vol. 6, İssue 1, International Advanced Research Journal in Science, Engineering and Technology. 2019. № 6
- Развитие теплоэнергетического хозяйства крупного города// European Journal of Economics and Management Sciences. Austria, Vienna. 2019. № 2
- Теоретические аспекты жилой недвижимости// XX–XXI Международная научно-практическая конференция "Вопросы управления и экономики: современное состояние актуальных проблем". "Интернаука". Москва. 2019. № 2 (19)
- Development of heat power economy of a big city//IARJSET, Vol. 6, İssue 5, International Advanced Research Journal in Science, Engineering and Technology. 2019. № 6
- Факторы формирования эффективной системы управления жилищным строительством// Экономика и предпринимательство. Москва. 2019. № 10 (111)
- Azərbaycanlı ailələrin mənzillə təminatı problemlərinin həllinin sosial-iqtisadi əhəmiyyəti// AMEA, İqtisadiyyat İnstiutu, Elmi əsərlər. 2019. № 6
- Azərbaycanda mənzil bazarında tələb və təklifin ekonometrik tədqiqi// Azərbaycan Universiteti, İpək yolu jurnalı. 2020. № 2
- Mənzil sferasının sosial-iqtisadi problemləri və islahatların reallaşdırılmasının elmi əsasları// Elmi konfrans. "Heydər Əliyev və Azərbaycanın milli iqtisadi inkişaf modeli". Bakı. 2020
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "Ruslan Əliyev "Azəriqaz"ın yeni baş direktoru təyin olundu". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
- ↑ 1 2 3 ""Azəriqaz"ın yeni baş direktoru kimdir?". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-15.
- ↑ "Azərbaycanda gələcək yaşayış evlərinin inkişafının xarakterik xüsusiyyətləri" (PDF). 2021-05-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-05-15.