Rvo - Wikipedia
Rvo — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd.[1]
Rvo | |
---|---|
38°43′05″ şm. e. 48°45′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lənkəran rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 66 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Tarixi
redaktəTarixi XVI–XVII əsrlərə qədər uzanır. Bunu kəndin tərkibində olan XVII əsrdə inşa edilən kənd məscidindən və məzarlıqda olan tarixlərdən də görmək mümkündür.
Tərkibi
redaktəƏvvəllər kənd Lənkəran tərəfdən Qurumba və Lerik tərəfdən Təngivan olmaqla 8 kəndi əhatə edirdi. Rvo kəndinin tərkibində — Narbağı, Qurumba, Əşlə, Siyablı,Mollakənd, Şovu və Təngivan kəndləri mövcud idi.
Lakin 25 oktyabr 2011-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şovu, Təngivan və Siyablı kəndləri Rvo kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Şovu kəndi olmaqla Şovu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[2]
Qurumba və Narbağı kəndləri isə, mərkəzi Qurumba kəndi olmaqla Qurumba kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.[3] Halhazırda Rvo kəndinin tərkibinə Əşlə və Mollakənd kəndləri daxildir.
Toponimiyası
redaktəMütəxəssislərin fikrincə, bu toponim talış, dilində (Rüvə) Rü-çay, Və-ön (Çay önü, çay qabağı) sözündən götürülüb. Bunu yaşayış məntəqəsinin Lənkəran çayının sahilində yerləşməsi ilə əlaqələndirirlər.[4]
Dini
redaktəİslam dinindən sonra yarandığı üçün, bu yaşayış məntəqəsinin dini İslam dinidir. Və əhalinin çoxu Şiə məzhəbindədirlər. Kənddə hər il Aşura mərasimi qeyd edilir.
Mədəniyyət
redaktəTərkibində kitabxana, XVII əsrə aid məscid, məktəb, uşaq bağçası, poçt, kənd bələdiyyəsi, tibb məntəqəsi, stadion, otel və istirahət yerləri mövcuddur.
Məşğulluq
redaktəKənd əhalisi əsasən kənd təsərrüfatı olan maldarlıq,əkinçilik və meyvəçiliklə məşğuldur.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının inzibati — erazi bölgüsü. Məlumat toplusu. Bakı — 2013. 488 səh.
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
- ↑ "Lənkəran rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının 25 oktyabr 2011-ci il tarixli Qanunu" (az.). az.president.az. 23 dekabr 2011, 20:40. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-05-05.
- ↑ Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007,304 səh.