Sozcu - Wikipedia
Sözcü — Türkiyə qəzeti. Qəzet 27 iyun 2007-ci ildə İstanbulda qurulmuşdur. Metin Yılmaz ilk baş redaktoru olmuşdur. Ümumiyyətlə hökuməti tənqid edən yazılarıyla tanınan qəzet, Türkiyədə xüsusilə Atatürkçü kəslər tərəfindən oxunmaqdadır. 7 noyabr 2016 tarixində, Türkiyə daxilində Azadlıq, Sabah və Posta qəzetlərindən sonra ən çox tiraja sahib olan qəzetdir.2007-ci ilin iyun ayında, daha əvvəl Doğan Yayın Holding tərəfindən yayımlanan Gözcü qəzetinin bağlanılmasından sonra (2007-ci ilin aprel ayı) ad haqqlarının alınması ilə çapa başlandı.[1]
Sözcü | |
---|---|
Növ | Gündəlik qəzet |
Format | Berliner |
Baş redaktor | Metin Sarıkınacı |
Xəbər redaktoru | Baki Avcı |
İdman redaktoru | Cem Şengül |
Yaranma tarixi | 27 iyul 2007 |
Siyasi mənsubiyyət |
Atatürkçülük Ulusalcılık Sekülerizm |
Dil | Türkcə |
Qiymət | 1.25 TL |
Baş ofis | |
Ünvan | İstanbul |
Ölkə | |
Tiraj |
▲ 305.368 (2-8 Mayıs 2018) |
Əlaqəli qəzetlər |
Korkusuz AMK |
Sözcü |
Tarixi
redaktə2007-ci ildə yayımına başlayan Sözcü, ilk günlərində 60 min ədəd qəzet satdı. Qəzet, 2008-ci ilin sentyabr ayında ortalama 150.000 tiraj keçdi və 2010-cu ilin dekabr ayında ortalama 210.000 tiraja çatdı. 2011-ci ildə Sözcü, ən çox oxunan ilk 10 qəzetin reytinq siyahısında 5-ci sırada durdu. 2012-ci isə 303.358 tiraj edən Sabah qəzetini, 328.030 tirajla keçmiş və Türkiyənin ən yüksək tiraja sahib 4 qəzetindən biri olmuşdur. 2014-ci ildə isə 402.870 tiraj ilə Zaman qəzetini keçəndən sonra Türkiyənin ən çox tiraja sahib olan 2-ci qəzeti olmuşdur. 8 May 2016 tarixindən etibarən gündəlik 288.649 nüsxədə Hürriyet, Sabah və Posta qəzetlərindən sonra Türkiyənin dördüncü ən böyük gündəlik qəzetdir.[2]
Redaktorları
redaktə- Yılmaz Özdil
- Emin Çölaşan
- Rahmi Turan
- Uğur Dündar
- Bekir Coşkun
- Mehmet Türker
- Necati Doğru
- Saygı Öztürk
- Soner Yalçın
- Yekta Güngör Özden
- Kemal Baytaş
- Ege Cansen
- Ayşe Sucu
- Nasuh Mahruki
- Ziya Saylanl
- Nilay Örnek
- Burak Göral
- Murat Muratoğlu
- Zeynep Gürcanlı
- Demet Cengiz
- Oray Eğin
- Dinçer Güner
- Özlem Gürses
- Taylan Kümeli
- Rahşan Gülşan
- Pınar Turan
- Vahe Kılıçarslan
Mükafatları
redaktə- "Sosial Şəffaflıq Dərnəyi" tərəfindən qəzetin jurnalisti Necati Doğruya "Korrupsiyaya Qarşı Mübarizə və Dürüstlük Mükafat"ı verildi.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2022-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.
- ↑ "Arxivlənmiş surət". 2022-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-28.