Sulun Osman - Wikipedia
Osman Ziya Sülün və ya Sülün Osman (1923, İstanbul – iyul 1984, Bəyoğlu, İstanbul ili) — Türkiyə dələduzu.
Sülün Osman | |
---|---|
türk. Osman Ziya Sülün | |
Digər adı | Osman Ziya |
Doğum tarixi | 1923 |
Doğum yeri | |
Vəfat tarixi | iyul 1984 |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Milliyyəti | türk |
Fəaliyyəti | dələduzluq |
Fəaliyyət illəri | 1948–1984 |
Həyatı
redaktəOsman Ziya Sülün 1923-cü ildə Türkiyənin İstanbul şəhərində anadan olmuşdur. O, adını məşhurlaşdıran ilk fırıldaqçılıq işini 1948-ci ildə İstanbulun Fateh rayonunda kirayə köçdüyü evin sahibinə qarşı etmişdir. Sülün 1950–1960-cı illərdəki işləri ilə şöhrət qazanan Sülün Osman tramvay, Qalata qülləsi, şəhər meydanlarındakı saatlar, şəhər xətləri və dəniz paroxodları kimi dövlət mülklərini insanlara sataraq və ya kirayə verərək məşhurlaşmışdır.[1] Bəzi mənbələrə görə o, Qalata körpüsünü satmaq istəyərkən təsadüfən tutulur və polis nəzarətinə alınır. Buna baxmayaraq, onun 23 yanvar 1961-ci il tarixində Zeytunburnu rayonunda qumar oynadığı yerdə kumar polis tərəfindən yaxalandığı da iddia edilir.[2] Sülün Osman 1961-ci ildə həbs olunur. O, 1962-ci ildə "Əmək ilə yaşamaq" mövzusunda bir konfrans keçirmişdir.[3]
Osman Ziya Sülün ölümü ilə bağlı dəqiq bir məlumat yoxdur. Polis təxmin edir ki, Osman Ziya Sülün 1984-cü ilin iyul ayında İstanbul şəhərinin Bəyoğlu rayonunda infarktdan vəfat etmişdir. Sülün Osman şəxsiyyət vəsiqəsi və pasport daşımır deyə onun meyiti kimsəsizlər qəbiristanlığında basdırılmışdır.[4]
Populyar mədəniyyətdə
redaktəSülün Osmanın bir çox film, serial və kitabda çəkilmişdir. Əziz Nesin tərəfindən 1956-cı ildə yazılmış "Fil Həmdi" əsərində müəllif Sülün Osmandan ilhamlanmışdır. Əsərdə onu təhqir edən ifadələrin olduğunu irəli sürən Sülün Osman Əziz Nəsinə məhkəmə işi açır.[3] Türkiyə aktyoru Kamal Sunalın baş rolu canlandırdığı 1983-cü ildə çəkilmiş "Ən böyük Şaban" filmində Şabana Bosfor körpüsünü satan Sülün Osman olur.[5] 2020-ci ildə çəkilmiş Türkiyə istehsalı "Babil" teleserialında Sülün Osmanın əməllərindən bəhs olunur.
İstinadlar
redaktə- ↑ Zəngin, Fərid. "Sülün Osman'ı geride bıraktılar". milliyet.com.tr (türk). Milliyet. December 7, 2018. January 8, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2020.
- ↑ "Sülün Osman'ı geride bıraktılar". cnnturk.com (türk). CNN Türk. January 23, 2007. June 20, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2020.
- ↑ 1 2 Regina Phalange. "Alınteri ile yaşamak konferansı". onedio.com (türk). Onedio. April 21, 2017. December 9, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2020.
- ↑ "Sülün Osman Kim? Osman Ziya Sülün Reklam Filmi". insanyolda.com (türk). İnsan Yolda. June 1, 2019. June 10, 2019 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: February 1, 2020.
- ↑ "10 Maddede Dolandırıcılar Kralı Sülün Osman". 10layn.com (türk). 10layn. August 31, 2018. February 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 1, 2020.