Suleyman Ebu Leyla Pasa Memluk Sulalesi - Wikipedia
Süleyman Əbu Leyla (Ərəbcə: سليمان باشا أبو ليلة, Osmanlıca: سليمان پاشا أبو ليلا, gürcü: სულეიმან აბუ ლიილი; d. 1762) - Məmlük sülaləsindən olan İraq hökmdarı (1749-1762)[1].
Süleyman Əbu Leyla Paşa | |
---|---|
سليمان پاشا أبو ليلا | |
1749 – 1762 | |
Əvvəlki | Əhməd Paşa |
Sonrakı | Ömər Paşa |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1694 |
Vəfat tarixi | |
Həyat yoldaşı | Adilə Xatun |
Dini | islam |
Ümumi məlumat
redaktəMəmlük sülaləsindən olan Bağdad Paşalıq'ın ilk hökmdarı Həsən Paşa Bağdada 1702-ci ildə gəldi və 1704-cü ildə İraq hökmdarı oldu[2]. Onun varisi Əhməd Paşanın rəhbərliyi ilə vilayətin idarəçiliyində islahatlar aparıldı və İraqın müdafiə sistemini sahmanlaşdırdı. Bağdad Paşalıq əyalətini idarə etmək üçün Məmlüklüdən gələn mühacirlər tez-tez iştirak edirdi və Əhməd Paşanın rəhbərliyi altında iki min Məmlüklərdən bir Mühafizə Birliyi yaradıldı[1][3].
Həyatı
redaktəSüleyman Əbu Leyla Paşa Məmlük sülaləsindən idi və "Məmlük Qvardiyasında" xidmət etmişdir[4]. sonra Əhməd Paşanın kürəkəni oldu. Əhməd Paşanın ölümündən sonra türk sultanı I Mahmud İraqdakı Məmlükları hakimiyyətdən uzaqlaşdırmağa çalışdı. 1747-1748-ci illərdə Osmanlı sultanı Bağdadda 3 qubernator dəyişildi. Türk hakimiyyətinin hərəkətləri yerli əhali və Məmlüklərin narazılığı ilə qarşılandı[4]. Sonda Süleyman Əbu Leyla Bağdadın Paşasına qarşı üsyan etdi və öz qüvvələriylə Bəsrədən Bağdada köçdü. Şəhəri atəşə tutdu və üç gün davam edən döyüşlərdən sonra Osmanlının təin etdiyi Paşa Bağdadı tərk etməyə məcbur qaldı[5].
İstanbul hakimiyyəti, İraq üzərində nəzarətini itirərək, 1749-cu ildə Süleyman Əbu Leylayı Bağdad Paşası təyin etdi. Bu, 84 il ərzində Məmlüklərə İraq üzərində nəzarət etməyə imkan verdi[6]. Əbu Leyla, hakimiyyəti dövründə Ərəb və Kürd tayfalarını kontrol etməyi bacardı. O, həmçinin Avropa tacirlərini dəvət edərək onlarla ticarət qurdu. İngilis Şərqi Hind şirkətinə Bəsrədə ticarət mərkəzi yaratmağa icazə verdi, 1763-cü ildə Süleymanın ölümündən sonra bu ticarət mərkəzi açıldı.
Süleyman Əbu Leyla Paşa 1762-ci ildə vəfat etdi. Ölümündən sonra canişini üçün yeddi namizəd vardı və hamısı Məmlüklərdəniydi. Əbu Leylanın namizədləri arasında qarşıdurma olsa da sonunda İraqdakı hakimiyət Ömər Paşaya(1762-1776) keçdi[7].
İstinadlar
redaktə- ↑ 1 2 Andrew James McGregorA Military History of Modern Egypt: From the Ottoman Conquest to the Ramadan War pages.57
- ↑ Hathaway, Jane; Barbir, Karl The Arab Lands under Ottoman Rule: 1516-1800 Pearson Education 2005 p.96 ISBN 9780582418998
- ↑ Kissling, H. J.The Last Great Muslim Empires Brill 1966 pages.82-85 ISBN 90-04-02104-3
- ↑ 1 2 "Возвышение мамлюков". mybiblioteka.su. 2016-01-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-24.
- ↑ كتاب لمحات إجتماعية من تاريخ العراق الحديث ج1 - الدكتور علي الوردي - ص 155
- ↑ Кисслинг Х. Я.Последняя великая мусульманская империя 1969 82—85 ISBN 90-04-02104-3
- ↑ عباس العزاوي (تاريخ العراق بين احتلالين) - ج6 ص32،. 32
Xarici keçidlər
redaktəSüleyman Əbu Leyla Paşa Doğum: bilinmir Vəfat: 1762
| ||
Hakimiyyət titulları | ||
---|---|---|
Sələfləri Əhməd Paşa |
Osmanlı İmperiyasında Paşalıq 1749-1762 |
Xələfləri Ömər Paşa |