Suleyman Huseynov - Wikipedia
Süleyman Hüseynov (22 mart 1912, Gədəbəy, Yelizavetpol qəzası – 21 aprel 1973, Gədəbəy) — Partiya və dövlət xadimi
Süleyman Hüseynov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1912 |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 1973 (61 yaşında) |
Vəfat yeri | |
Partiya | |
Təhsili | |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi | baş leytenant |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəHüseynov Süleyman Salman oğlu 22 mart 1912-ci ildə Gədəbəy rayonunda anadan olub. 1938-ci ildə Azərbaycan Kənd Təsərrüfatı insititunu bitirib. Həmin ildən Dövlət Cins Damazlıq idarəsinə müdir təyin edilib. 1940 cı ildən Sov. İKP nin üzvü seçilib.
Süleyman Hüseynov 1941-ci ildən 1945-ci ilədək Böyük Vətən müharibəsində iştirak edib və pulemyot rotasının komandiri vəzifəsinədək yüksəlib. Döyüşlərdəki qəhrəmanlığına görə orden və medallarla təltif olunub. Müharibədən qayıtdıqdan sonra Süleyman Hüseynov partiya və əmək fəaliyyətini davam etdirir. Yenidən Dövlət Cins Damazlıq idarəsinə rəhbərlik edir. 1947 ci ildə dağ merinos qoyunları yetişdirdiyinə görə Dövlət mükafatı laureatı adına layiq görülür. Süleyman Hüseynov 5 dekabr 1954 cü ildə Gədəbəy RPK nin birinci katibi təyin edilir. Fəaliyyəti dövründə rayonun kənd təsərrüfatının inkişafında böyük rolu olur.
1961-ci ildən yenidən o, Dövlət Cins Damazlıq idarəsinə müdir təyin olunur. Ömürünün sonunadək həmin idarəyə rəhbərlik edib. Partiya və dövlət işlərindəki səmərəli fəaliyyətə görə Süleyman Hüseynov bir çox orden, medal,fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Azərbaycan SSR 21-ci və 22-ci partiya qurultaylarına nümayəndə seçilib. Mərkəzi Komitənin üzvü olub. Üç çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Hüseynov Süleyman Salman oğlu 21 aprel 1973-cü ildə vəfat edib.