Suleyman Mikayilov - Wikipedia
Süleyman Mikayılov (tam adı: Süleyman Surxay oğlu Mikayılov; 27 aprel 1962) — Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı (2010).
Süleyman Mikayılov | |
---|---|
Vəzifədədir | |
4 mart 2010-cu ildən | |
Əvvəlki | Hüseyn İsrafilov |
21 dekabr 2005 – 4 mart 2010 | |
Əvvəlki | Zeynal Nağdəliyev |
Sonrakı | Tofiq İbrahimov |
13 may 2005 – 21 dekabr 2005 | |
Əvvəlki | Yaşar Abdulov |
Sonrakı | Qəzənfər Ağayev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 27 aprel 1962 (62 yaş) |
Həyatı
redaktəSüleyman Mikayılov 1962-ci ildə aprelin 27-də anadan olub. 1979-cu ildə Naxçıvan şəhər 2 saylı orta məktəbini, 1984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir.
1979-cu ildə Naxçıvan şəhər Uşaq idman məktəbində məşqçi kimi əmək fəaliyyətinə başlayıb. 1984–1994-cü illərdə Naxçıvan şəhər orta ixtisas musiqi məktəbində bədən tərbiyəsi rəhbəri, 1994–1995-ci illərdə "Səma" kiçik müəssisəsinin direktoru işləyib.
1995–1999-cu illərdə Bakı Baş Gömrük İdarəsinin Qaçaqmalçılıq və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə şöbəsinin rəisi, idarə rəisinin birinci müavini, idərənin rəisi vəzifələrində çalışıb.
1999–2001-ci ildə Dövlət Gömrük Komitəsinin İşlər İdarəsi rəisinin müavini, bir müddət Vergilər Nazirliyinin Operativ Nəzarət İdarəsinin rəisi işləyib.
Ailəlidir, iki övladı var.
Siyasi fəaliyyəti
redaktə2005-ci ildə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı, 2005–2010-cu illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalşıb.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2010-cu il tarixli Sərəncamı ilə Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
2003-cü ildən Azərbaycan Respublikası Boks Federasiyasının vitse prezidentidir.