Sumeyye Binti Heyat - Wikipedia
Süməyyə binti Həyat (ərəb. سمیة بنت خباط , 550, bilinmir – 615, Məkkə) — Müsəlmanların sonuncu peyğəmbəri Məhəmməd peyğəmbərin səhabələrindən biri, İslamı qəbul edən ilk qadınlardan biridir.
Süməyyə binti Həyat | |
---|---|
ərəb. سمية بنت خياط | |
Doğum tarixi | 550 |
Doğum yeri |
|
Vəfat tarixi | 615 |
Vəfat yeri | |
Vəfat səbəbi | küt travma[d] |
Uşaqları |
Bioqrafiya
redaktəSüməyyənin əri Yasir ibn Amir və qardaşları digər qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlir. Məkkədə qalaraq Əbu Huzeyfə ilə ittifaqa girir və Əbu Huzeyfənin qulu olan Süməyyə ilə evlənir. Əmmar dünyaya gəldikdən sonra Əbu Huzeyfə Süməyyəni azad edir. Daha sonra Süməyə əl-Haris ibn Kalyadanın xidmətçisi olan və Sələmə ibn əl-Əzraqın atası olan Yasir əl-Əzraq ər-Rumi ilə evlənir.
Süməyyə və onun ailə üzvləri açıq şəkildə İslama etiqad etməyə başladıqdan sonra Məkkəli müşriklər İslamdan əl çəkməyə çalışaraq onlara istehza etməyə başlayır. Onları qızmar istidə səhraya çıxarıb zəncirləyirlər, lakin Süməyyənin ailəsi sınaqlara dözməkdə davam edir. Hətta əri Yasirin vəfatı da onu qıra bilmir və o, əl-Muqirə və Əbu Cəhlin ailəsinə qarşı sərt və itaətsiz davranmağa başlayır. Bir dəfə Əbu Cəhl Süməyyə deyir ki, o, «Məhəmmədin yalnız gözəlliyinə görə ona aşiq olduğu üçün ona inanıb!». Bu sözlərdən sonra Süməyyə ona kobud sözlərlə cavab verir. Qəzəblənən Əbu Cəhl Süməyyənin düz ürəyinə nizə zərbəsi vuraraq onu öldürür. Beləliklə, o, İslamın ilk “şəhidi” olur.
İstinadlar
redaktə- ↑ Али-заде А. Аммар ибн Йасир (rus.). // Исламский энциклопедический словарь Москва: Ансар, 2007.