Suni Qan Dovrani Aparati - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Süni qan dövranı aparatı (SQDA)[mənbə göstərin] və ya Ürək-ağciyər aparatı açıq ürəkdə aparılan cərrahi əməliyyatlar zamanı xəstənin həyativacib orqanlarının funksiyalarını qismən və tam öz üzərinə götürən xüsusi tibbi cihazdır.
Süni qan dövranı aparatı əsasən ürək cərahiyyəsində tətbiq edilir. Reanimasiya şöbəsində isə intensiv tibbi yardıma ehtiyac olan xəstələrdə onun birqədər xüsusiləşdirilmiş formasından — ekstrakorporal membranoksigenator (ELMO) aparatından istifadə edilir.
Süni qan dövranı aparatına daşıdığı funksiyaya uyğun iki mühüm hissə daxildir[1]:
- "Süni ürək" hissəyə, nasos, alıcı və ötürücü borular, qan dövranının sürət və həcmini tənzimləyən pult daxildir;
- "Süni ağciyər" hissəyə qazlar mübadiləsini (venoz sistemdən aşağı boş vena və yuxarı boş venadan alınan qanın oksigenləşməsi və əksinə karbon qazından təmizlənməsi) getdiyi membranlı oksigenator daxildir.
Tarix
redaktəAvstriya-Alman fizioloqu Maksimilian fon Frey 1885-ci ildə Leypsiq Universitetinin Karl Lüdviqin Fiziologiya İnstitutunda ürək-ağciyər maşınının ilkin prototipini yaratdı.[2] Süni qan dövranının tətbiqi 1916 cı ildə Jay McLean tərəfindən əldə edilmiş Heparin preparatının hesabına mümkün olmuşdur. Beləki heparin qanın laxtalanmasının qarşısını alır ki, bu da orqanizmdən kənarda qanın laxtalanmadan duru şəkildə borularda hərəkətini təmin etmiş olur. Günümüzdəki süni qan dövranı aparatının diyircəkli nasos hissəsi hələ 1934 cü ildə icad edilmişdir. Qanın oksigenlə təmin edən qurğunun yaranma ideyası isə 1944 cü ildə adi hemodializ müşahidəsi zamanı yaranmışdır. Belə ki, müəyən edilmişdir ki, hemodializdən keçib xəstəyə qayıdan qan rəngini bir qədər dəyişmiş (hava ilə bilavasitə kontaktan rəngi açılmış) olur. Experimentdə 1937 ci ildə amerikalı Con Gibbon ing. John Gibbon ekstrakorporal qan dövranını ugurla sınaqdan keçirmiş olur. Lakin aparat tibbdə ilk tətbiqini 6 may 1953 cü ildə tapmış olur. Con Gibbon bu aparatın köməyi ilə qulaqcıqlararası çəpərin qüsuru olan 18 yaşlı qadın xəstəsində əməliyyatı 45 dəqiqəlik süni qan dövranı şəraitində icra etmiş olur. O zaman ki oksigenator indiki produktivliyə malik olmadığı üçün, orqanizm toxumalarının oksigenə olan təlabatını azaltmaq məqsədilə 1954 cü ildə qanın soyudulması — hipotermiya tətbiq edilməyə başlanılmışdır. 1955-ci ildə oksigenator təkmilləşdirilərək onun oksigenləşdirmə qabiliyyətini artırmaq və qaz emboliyalarının qarşısını almaq mümkün olmuşdur. 1956-cı ildə günümüzdə tətbiq edilən membranoksigenatoru əldə edilmiş olur.
Nəzarət/Qeydiyyat
redaktəKlinik nöqteyi nəzərdən vacib parametrlər: Pasient göstəriciləri:
- EKQ
- Qan təzyiqi
- MVT
- Bədən temperaturu rektal/ezofoqal
- Sidiyin miqdarı
- Müxtəlif laborator göstəricilər
Süni qan dövranı aparatı:
- Oksigenator
- Baş nasos = arterial axın
- Sovurucu
- Kardioplegiya sistemi
- Kardiotomi rezervuar
- Qan filtri
- Arterial/venoz oksigenlə doyma
- Hemoqlobin, Hematokrit, pH-göstərici, Temperatur
- Low-Level-Detektor Kardiotomi rezervuarda qanın səviyyəsinə nəzarət
- Air-Bubble-Detektor Qana daxil ola biləcək hava qabarcıqlarının qaşısının alınması.
- Diverse System-Drücke
- Arterial/venoz qanın temperaturu
- Borular və birləşmə muftaları
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- herz-lungen-maschine.de (alm.)
- Website der Akademie für Kardiotechnik am Deutschen Herzzentrum Berlin (alm.) Arxivləşdirilib 2006-05-03 at the Wayback Machine
- Website der Deutschen Gesellschaft für Kardiotechnik (alm.)
- Website des European Board of Cardiovascular Perfusion (ing.)
- Erstmalig im Lufteinsatz: Die weltweit kleinste tragbare Herz-Lungen-Maschine bei innovations-report.de (alm.)
- Süni qan dövranı (rus.) Arxivləşdirilib 2013-06-07 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ "Аппарат искусственного кровообращения (АИК), Maquet.ru". 2010-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-11-02.
- ↑ Zimmer HG. "The heart-lung machine was invented twice--the first time by Max von Frey". Clinical Cardiology. 26 (9). September 2003: 443–445. doi:10.1002/clc.4960260914. PMC 6654655. PMID 14524605.