Sureyya Kerimova - Wikipedia
Sürəyya Abbasqulu qızı Kərimova (15 fevral 1922, Qaradağlı, Şuşa qəzası – 2 avqust 1993) — Sosialist Əməyi Qəhrəmanı (1948), Azərbaycan SSR pambıq ustası (1957). Qəhrəman Ana (1965).
Sürəyya Kərimova | |
---|---|
Doğum tarixi | 15 fevral 1922 |
Doğum yeri | |
Vəfat tarixi | 2 avqust 1993 (71 yaşında) |
Uşaqları | Raya, Raqub, Rafiq, Rəşid, Səadət, Amil, Aidə, Kamil, Aytəkin, Asif |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | siyasətçi, pambıqçı |
Partiyası | |
Mükafatları |
|
Həyatı
redaktəSürəyya Abbasqulu qızı Kərimova 15 fevral 1922 ildə Ağdamın Qaradağlı kəndində dünyaya gəlmişdir.
Sürəyya Kərimova Ağdamın Qaradağlı kəndində Telman adına kolxozda kolxozçu, manqabaşçısı, briqadir işləmişdir.
Sürəyya Kərimova SSRİ Ali Sovetinin (8–9-cu çağırış), Azərbaycan SSR Ali Sovetinin (2–5-ci çağırış) deputatı, Azərbaycan Kommunist Partiyasının XXVIII-XIX qurultaylarında Mərkəzi Komitənin üzvü seçilmişdir. Ümumdünya sülh tərəfdaşları konqresində (1949, Moskva), kolxozçuların 3-cü Ümumittifaq qurultayının (1967) iştirakçısı olmuşdur. 2 dəfə "Lenin" ordeni, Qırmızı Əmək Bayrağı ordeni, "Oktyabr inqilabı" ordeni ilə təltif edilmişdir[1].
Sürəyya Kərimovaya həsr olunan "Sürəyya" mahnısının musiqisi Səid Rüstəmova aiddir. Bu mahnıya görə Səid Rüstəmov 1952-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür.
Mükafatları
redaktəFilmoqrafiya
redaktəİstinadlar
redaktə- ↑ "KƏRİMOVA SÜRƏYYA ABBASQULU QIZI". 2021-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-25.