Siktivkar - Wikipedia
Sıktıvkar(1930-cu ildə — Ust-Sısolsk) — şəhər dairəsi (1780-cı ildə) Rusiya Federasiyasının tərkibində yerləşən Komi Respublikasının paytaxtı,Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən ən böyük şəhərdir.
şəhər | |||||
Sıktıvkar | |||||
---|---|---|---|---|---|
komi Сыктывкар | |||||
|
|||||
61°40′ şm. e. 50°49′ ş. u.HGYO | |||||
Ölkə | Rusiya | ||||
Region | Komi Respublikası | ||||
Rayon | Sıktıvkar | ||||
Daxili bölgüsü |
1 rayon: Ejvinskiy |
||||
Mer | Andrey Samodelkin | ||||
Tarixi və coğrafiyası | |||||
Əsası qoyulub | 1780 | ||||
İlk məlumat | 1586 | ||||
Əvvəlki adı | Ust-Sısolsk (1930) | ||||
Yaşayış məntəqəsi statuslu | 1780 | ||||
Sahəsi | 152[1] | ||||
Mərkəzin hündürlüyü | 172 m | ||||
Saat qurşağı | |||||
Əhalisi | |||||
Əhalisi | ↗ 242 718 nəfər (2015) | ||||
Sıxlığı | 1596,83 nəf./km² | ||||
Milli tərkibi |
ruslar — 66,0%, komi — 25,9%, ukraynalılar — 2,8[2] |
||||
Etnoxronim | sıktıvkarlılar, sıktıvkarlı, sıktıvkarka | ||||
Rəqəmsal identifikatorlar | |||||
Telefon kodu | +7 8212 | ||||
Poçt indeksi | 167000 | ||||
Digər | |||||
сыктывкар.рф (rus.) | |||||
Vikianbarda əlaqəli mediafayllar |
Adı
redaktəİlk dəfə 1586-cı ildə Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən Ust-Sısolsk karvansaray kimi tanınırdı.1780-ci ildə Yekatirnanın fərmanı ilə Ust-Sısolsk karvansarası şəhərə çevrildi.Yerli komi əhalisi öz dilinə bu adın komponentlərini tərcümə etdi və Sıktıvdin şəhəri adlandırırdı, "Sıktıv" — komidə qəbul edilmiş Sısola çayının adıdır, və kominin dilində Sısola ətrafında yer anlamına gəlir.1930-cu ildə, şəhərin 150-illik yubleyində , şəhərin adı dəyişdirilərək Sıktıvkar (Sıktıv komi dilində — Sısola ətrafında şəhər)yəni "Sısolada şəhər" adlandırılmışdır.
Tarixi
redaktəSıktıvkarın tarixi XVI əsrdən başlanır,bu yerlərə Sısolanın yuxarı kəndlərindən gəlmiş komilər məskunlaşmışlar. 1570-ci ildə[3] Ortelius atlasında müasir Sıktıvkarın yerində Permevelisk yaşayış məntəqəsi var idi.
1586-cı ildə yazıçı Sotnoyun kitabında ust Sısola kəndi haqqında məlumat verilir. Qeorqi taxta kilsəsi, kilsə ruhanilərinin 3 həyəti 6 kəndli həyəti burada yerləşirdi.Bu kəndin yaxınlığında,Kamennıy, Yemovskiy, Yeryominskiy, İvanovski, Fyodorovski,Kamenisty, İvan Vejova, Orinisı , Borovinka, İlyinski, Qudnikovo, Frolovski kimi müasir şəhərlər, Petrovski kəndi və Şulqi qəsəbəsi yerləşirdi.Kəntdə cəmi 25 yaşayışı olan və 6 yaşayış olmayan həyət var idi.25 yanvar (5 fevral) 1780-ci ildə II Yekaterinanın fərmanıyla on doqquz rayon tərkibində Voloqda canişininliyi yaradılmışdır, bununla əlaqədar olaraq Ust-Sısola kəndi Ust-Sısolsk rayon şəhərinə çevrilmişdir.
10 (21) fevral 1780-ci ildə yeni şəhərin təntənəli surətdə əsası qoyuldu,və 2 (13) oktyabr 1780-ci ildə şəhərin gerbi təsdiq edilmişdi.16 (27) yanvar 1784-cü il fərmanıyla Ust-Sısolska şəhərinin baş planı təsdiqlənib.Ona əsasən,şəhər sərhədində:Viçkodor,Podqorye, Kirul,Polovina, Kokulkar, Mikulsikt, İzkar, Kotinev (Kotyunev), Tentyukovqrezd, Titovqrezd, Qanyaqrezd kimi kiçik kəndlər yaradılmışdır.
XIX əsrdə Ust-Sısolsk şəhəri Şimalda böyük ticarət mərkəzinə çevrilmişdi.
XX əsrin əvvəlidə Ust-Sısolsk 6,5 min nəfər əhalisi olan kiçik əyalət şəhəri idi, onlarında,95 %-i ni — komilər təşkil edirdi.Şəhərdə əl əməyiylə 14 kiçik müəssisə işləyirdi.
Ümumrusiya mərkəzi icraiyyə komitəsinin dekretinə uyğun olaraq 22 avqust 1921-ci ildə yenidən yaradılmış Komi Muxtar vilayətinin mərkəzi oldu.
26 mart 1930-cu ildə Ust-Sısolsk şəhərinin 150-illiyində SSRİ MSK-ının Rəyasət heyətinin qətnaməsi ilə Ust-Sısolsk şəhərinin statusu komi dilində — Sıktıvkar olaraq dəyişdirilmişdir.
1930-cü ildə şəhərdə vilayət və rayon müəssisələri, (173 çarpayı) taxta-şalban zavodu, mətbəə, elektrik stansiyası, təhsil ocaqları, tibb müəssisələri, 17 ticarət müəssisəsi üçün 1667 şagird var idi.
5 dekabr 1936-cı ildən Sıktıvkar — Komi respublikasının paytaxtıdır
Fiziki-coğrafi xarakteri
redaktəCoğrafi mövqeyi
redaktəŞəhər Sısola çayının sol qırağında yerləşdirilmişdir, Moskvadan şimal-şərqə 1003 kilometrdir. Moskvadan Sıktıvkara qədər avtomobil yolunun ölçüsü 1331 kilometr təşkil edir.
Sıktıvkar şəhəri Moscow Time Zone (MSK) kimi ifadə edilən saat zonasındadır.Yerdəyişmə nisbətən UTC +3:00-ü təşkil edir.
İqlimi
redaktə- Orta illik temperatur — +1,3 °C
- Küləyin orta illik sürəti — 2,6 m/san
- Orta illik havanın rütubətliyi — 77 %
Sıktıvkarın Orta-kontinental iqlimi, uzun sürməyən, ilıq yayla, və soyuq uzun qışla müşahidə olunur. Şaxtalar hətta iyulda mümkündür,payız və yaz ayları soyuq və uzun olur.
Hakimiyyət orqanları
redaktəSıktıvkar şəhərində Komi Respublikasının icra və qanunverici hakimiyyətinin bütün dövlət müəssisələri, Komi Respublikasının Ali Məhkəməsi yerləşir.
Həmçinin bələdiyyə təhsili administrasiyası "Sıktıvkar Şəhər dairəsi -" burada yerləşir, onun rəhbəri 2011-ci ildən İvan Aleksandroviç Pozdevdir.
İnzibati bölgüsü
redaktəRəsmən Sıktıvkar şəhərinin şəhər mərkəzindən 14 kilometr məsafədə olan, Ejvinskiy adlı bir xüsusiləşdirilmiş rayonu var.
Ejvinskiy rayonu — Avropanın ən böyük tikinti ağacı sənayesi komplekslərindən biri Mondi Sıktıvkar tikinti ağacı sənayesi kompleksinin yerləşdiyi sənaye mərkəzidir.
Rəsmi statusu olmayan,rayonunun öz administrasiyasının şəhəri və şəhərin rayonları:
- Mərkəzi rayon
- Oktyabr rayonu
- Orbit rayonu
- Cənub-qərb rayonu
- Davpon rayonu
- Taxta-şalban zavodunun rayonu
Şəhərdə mikrorayonların adını müəyyənləşdirən qondarma qəsəbələr var: Şəhərdə var və mikrorayonların adlarını müəyyən edən belə adlandırılan yerlər: Yuxarı Çov, Alt Çov, Çayın o tayı, Dırnos, Kirul, Koytı, Koçpon, Çit, Qırmızı Dağ , Paris, İnşaatçı, Tentyukovo, Çovyu və s.
Əhalisi
redaktəMilli tərkibi
redaktəSıktıvkar — çoxmillətli şəhərdir. Şəhərdə 70-dən çox milliyyət yaşayır. Şəhərdə müxtəlif milli cəmiyyətlər var.
Milliyyətlər | 1897[4] | 1926[5] | 1939 | 1959[6] | 1989[7] | 2002[7] | 2010 | |||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
say | % | say | % | say | % | say | % | say | % | say | % | say | % | |
Cəmi | 4464 | 100 | 5068 | 100 | 25 281 | 100 | 64 461 | 100 | 234 903 | 100 | 245 768 | 100 | 250 900 | 100 |
ruslar | 731 | 16,4 | 1511 | 29,8 | 7079 | 28,0 | 23 186 | 36,0 | 127 619 | 54,3 | 143 453 | 58,4 | 165 594 | 66,0 |
Komilər | 3699 | 82,9 | 3486 | 68,8 | 17 106 | 67,7 | 32 428 | 50,3 | 79 011 | 33,6 | 75 140 | 30,6 | 64 983 | 25,9 |
ukraynalı | 5 | 0,0 | 89 | 1,7 | 520 | 2,1 | 2588 | 4,0 | 11 213 | 4,8 | 9600 | 3,9 | 7025 | 2,8 |
almanlar | - | - | 101 | 0,4 | 2836 | 4,4 | 4089 | 1,8 | 3382 | 1,4 | - | - | ||
belaruslar | - | - | 196 | 0,8 | 781 | 1,2 | 3551 | 1,5 | 2989 | 1,2 | 2258 | 0,9 | ||
tatarlar | 2 | 0,0 | 48 | 0,2 | … | … | 1644 | 0,7 | 1474 | 0,6 | 1505 | 0,6 | ||
digərləri | 27 | 0,6 | 231 | 0,9 | 2642 | 4,1 | 7779 | 3,3 | 9660 | 3,9 | 10287 | 4,1 |
Demoqrafiya
redaktəİl | Doğum sayı | Ölüm faizi | Təbii artım | |||
---|---|---|---|---|---|---|
say | ‰ | say | ‰ | say | ‰ | |
1970 | 2571 | 18,2 | 920 | 6,5 | 1651 | 11,7 |
1975 | 3274 | 19,2 | 1100 | 6,4 | 2174 | 12,8 |
1980 | 3640 | 18,7 | 1410 | 7,2 | 2230 | 11,5 |
1985 | 4173 | 19,0 | 1597 | 7,3 | 2576 | 11,7 |
1990 | 3303 | 13,8 | 1854 | 7,8 | 1449 | 6,0 |
1995 | 2381 | 9,6 | 3253 | 13,2 | —872 | —3,6 |
2000 | 2659 | 10,7 | 3079 | 12,4 | —480 | —1,7 |
2001 | 2617 | 10,6 | 3041 | 12,3 | —424 | —1,7 |
2002 | 2934 | 11,9 | 3382 | 13,8 | —448 | —1,9 |
2003 | 3053 | 12,5 | 3547 | 14,5 | —494 | —2,0 |
2004 | 3104 | 12,7 | 3435 | 14,1 | —331 | —1,4 |
2005 | 2916 | 11,9 | 3323 | 13,6 | —407 | —1,7 |
2006 | 2700 | 11,0 | 2953 | 12,1 | —253 | —1,1 |
2008 | 2873 | 11,6 | 2691 | 10,9 | 182 | 0,7 |
2009 | 3063 | 12,3 | 2713 | 10,9 | 350 | 1,4 |
İqtisadiyyatı
redaktəSıktıvkar - Komi Respublikasının ictimai və işgüzar mərkəzidir.Həmçinin o Rusiyanın şimalında sənaye mərkəzidir.
Şəhər təxminən 40 böyük sənaye müəssisəsinə malikdir,onunda üçdə biri ümumrusiyada əhəmiyyətə malikdir.
Əsas istehsalçıları bunlardır:
- "Mondi Sıktıvkar LPK" Açıq Səhmdar Cəmiyyəti — Rusiyanın ən böyük tikinti ağacı sənayesi komplekslərindən biridir,
- "Sıktıvkar Tissyusu Qrupları" Açıq Səhmdar Cəmiyyəti — Rusiyanın sanitar-gigiyenik məhsulunun istehsalı üzrə aparıcı şirkətlərindən biridir,
- "Komiteks" Açıq Səhmdar Cəmiyyəti — toxunmayan materiallar fabrikidir — respublikada toxuculuq sənayesinin birinci müəssisəsidir,
- Sıktıvkar LDK — ağac emalı müəssisəsidir,
- Sıktıvkar sənaye kombinatı — respublikada birinci zavod quraşdırılmasının taxta evlərinin istehsalı üzrə müəssisə,
- "Sıktıvkar likyoro-araq zavodu" Açıq Səhmdar Cəmiyyəti — Komi Respublikasında alkoqollu məhsulun aparıcı istehsalçısıdır,
- "YuTeyr-Ekspress" MMC — Komi Respublikasının çətinliklə gedilə bilən şəhərlər və rayonlar arası aviaşirkətdir,
- "Komiaviatrans" Açıq Səhmdar Cəmiyyəti — Komi Respublikasının bütün aeroportlarını öz tərkibinə daxil edən Komi Respublikasının ən böyük aviaşirkətidir,
Sənaye şəhərinin 10-dan çox sahələri var.Meşə, ağac emalı və sellüloz kağızın əmtəə məhsullarının payına təxminən 62% düşür.Şəhərdə ildə ağac matrialları 254 000 m³, mişar materialları 179 000 m³, fanerlər 43 000 m³, ağac lövhələr 65 000 m³ , kağız 370 000 ton, toxunmayan materiallar 50 milyon m² istehsal edilir.
İstehlak bazarı
redaktə"Assorti" pərakəndə satış şəbəkəsi yerli ərzaq bazarında lider mövqe tutur. O Sıktıvkarda 34, Uxtada 2,Mikuni-də 1, mağazanı özündə birləşdirir. Bu bazarda 2010-cu ilin payızından "Maqnit"pərakəndə ərzaq federal şəbəkəsi ekspansiyasını başlayıb, və mağazaların sayını daim genişləndirir.
Böyük ticarət və ticarət-əyləncə mərkəzləri aşağıdakılardır: "Maksi", "Avrora", "İyun", "məişətin Evi", "Göy qurşağı", "MebelQrad", "Ticarət Həyəti", "Ulduzlu" "Rublik'" "May" "Uşaq dünyası" "Pokrovski", "Qonaq Həyəti", "Freqat", "Vejdino".
2 noyabr 2011-ci ildə "Maksi" şirkətinin ən böyük regional ticarət-əyləncə mərkəzi açıldı. Ticarət mərkəzi Petrozavods küçəsinin və Oktyabr prospektinin kəsişməsində yerləşdirilmişdir. Ümumi ərazisi - 44500 kv. m-dir..[8]
27 avqust 2013-cü ildə "İyun" markası altında daha bir ticarət-əyləncə mərkəzinin açılışı oldu ki, onunda icarədarlarından biri "O'KEY" hipermarketi oldu.Yeni TRS Malışev küçəsi və Oktyabr prospektinin kəsişməsində "Maksi" TRS-ın yanında yerləşir. Ümumi ərazisi - 45000 kv. metrdir.[9]
26 aprel 2014-cü ildə Davpon m-da Morozov küçəsi və Sısolski şosesinin kəsişməsidiyi ərazidə yeni TRS açıldı.Ümumi ərazisi - 50000 kv. metrdir. Yeni ticarət mərkəzində Sıktıvkar avtovağzalı və şəhər bazarı yerləşir.[10]
26 mart 2015-ci ildə Kommunist və Starovsk küçələrinin kəsişmədində yerləşən əvvəllər dağıdılmış"Parma" kinoteatrının yerində "Parma" ticarət mərkəzi açılmışdır.Ümumi ərazisi - 21900 kv. metirdir.[11]
Nəqliyyat
redaktəAvtobuslar və taksilər şəhərdaxili əsas nəqliyyatdır. Həmçinin "Çovyu" dəmiryol stansiyası , "Ejva" və "Koytı" dəmiryol sərnişin stansiyasının platforması əsasında qurulmuşdur.Şəhərin adını daşıyan firma qatarı Sıktıvkar — Moskva sərnişinlərini daşıyır.Belkomur proqramı çərçivəsində 2018-ci ilə qədər Perm şəhəriylə dəmir yol əlaqəsini açmaq planlaşdırılır.Layihənin növbəti mərhələsində Arxangelsk şəhəri ilə dəmir yol əlaqəsini açmaq planlaşdırılır.
Dəmiryolu vağzalı var."Sıktıvkar" — stansiyası Mikun qovşaq stansiyasının bir qoludur.Sıktıvkardan Kudımkar vasitəsilə Permə qədər yolun tikintisi nəzərdə tutulur[12].
Həmçinin şəhərdə "Sıktıvkar" hava limanı da var.
Şəhərdə Morozov 202 küçəsində yerləşdirilmiş avtovağzal var.Marşrutlar, Kazan, Perm, Ufa, Ulyanovsk, Kirov, Yoşkar-Оlа Çebaksar şəhərlərinə qədər işləyirlər.
Avtobusların bir hissəsi dəmiryolu vağzalından yola düşür.
Sıktıvkar şəhəri "Vyatka" avtomobil yolunun son nöqtəsidir.
2012-ci ildə Sıktıvkar üçün Moskva gəmiqayırma zavodunda — Vıçeqdaya çayında üzən buxarla işləyən sərnişin bərə gəmisi istehsal olunmuşdur[13].
Təhsil və elm
redaktəSıktıvkar — Avropanın Şimalında Rusiyanın ən böyük elmi mərkəzlərdən biridir.Şəhərdə elmi-tədqiqat və eksperimental dizayn işləri həyata keçirən 30 ixtisaslaşdırılmış müəssisə var.Komi Respublikanın aparıcı elmi-tədqiqat müəssisələri Rusiya Elmlər Akademiyasının Ural bölməsinin elmi mərkəzinə birləşdirilmişdir[14] və tərkibinə daxildir:kimya institutu, həmçinin geologiya, biologiya, dil, ədəbiyyat və tarix, fiziologiya, Şimalın iqtisadi və sosial problemləri, energetika, riyaziyyat və mərkəzləşdirilmiş xidmətlər bölməsi.
Ali təhsil müəssisələri:
- Pitirim Sorokin adına Sıktıvkar dövlət universiteti.
- Sıktıvkar meşə institutu.
- Komi dövlət qulluğu və idarəetmənin respublika akademiyası.
- Sankt-Peterburq dövlət universitetinin xidmət və iqtisadiyyat filialı.
- Kirov dövlət tibb akademiyasının filialı.
- Rusiya Kooperasiya universitetinin filialı.
- Müasir Humanitar Akademiyanın filialı.
- Vyatka dövlət humanitar universitetinin nümayəndəliyi
Sənaye və energetika təhlükəsizliyi sahəsində hazırlığı həyata keçirən ixtisaslaşdırılmış təhsil müəssisələri:
- "Sənaye təhlükəsizliyi" Mühəndislik-tədris mərkəzi
Səhiyyə
redaktəSıktıvkarda səhiyyənin 13 bələdiyyə müəssisəsi işləyir, onlardan 4-ü Ejvinsko şəhər rayonunun ərazisindədir."Sıktıvkar" Müdafiə Nazirliyinin Dövlət İstiqrazları səhiyyəsinin bütün bələdiyyə müəssisələri tibbi yardımın verilən növlərində lisenziyalara malikdir.
Bundan başqa, "Komi respublika psixiatriya xəstəxanası" və Ejvinsk rayonu ərazisində bələdiyyə büdcə müəssisəsi dövlət müəssisəsi- "Sıktivar təcili tibbi yardım stansiyası" fəaliyyət göstərir.
Səhiyyənin bələdiyyə müəssisələri uşaq ambulator-poliklinikarı tibbi yardımın, stasionar tibbi yardımın və sürətli tibbi yardımın göstərilməsi və rayonun yaşlı əhalisinə tibbi fəaliyyət həyata keçirir.
Vahid siyasətin perspektivləri, onun inkişaf meyillərinin proqnozlaşdırılması həyata keçirilməsini təhlil və ekspertiza vəziyyəti, əhalinin sağlamlıq vəziyyətinin araşdırılması, göstərilən tibbi yardımın keyfiyyətinin səhiyyə və bələdiyyə müəssisələrinin fəaliyyətinə nəzarət olunması, əhalinin sağlamlığının qorunması sahəsində Dövlət İstiqrazlarının MN "Sıktıvkar" ərazisində keçirilməsi səhiyyə sisteminin, "Sıktıvkar" Dövlət İstiqrazlarının MN administrasiyasının səhiyyə İdarəsi təmin edir.
İdman
redaktəŞəhərdə qış idman növləri inkişaf edir: topla hokkey , snoubort, xizək və konki sürmə idmanı, fiqurlu konkisürmə. Şəhərin idman həyatında əhəmiyyətli yer mini-futbol tutur.Mini-futbol üzrə sıktıvkar komandası "Yeni Generasiya" Superliqasında çıxış edir, və onun törəmə klubu — "Portmanet" Birinci liqada yerli Min-futbolun "Ural" zonasında çıxış edir.
Həmçinin qadını inkişaf edirlər və kişi basketbolu, üzgüçülük, bədii gimnastika, boks və müxtəlif döyüş sənətləri inlişaf edir. Mərkəzi stadionda buz qovmaları tez-tez keçirilir.
Ənənəvi xizək idmanı inkişaf etmişdir, şəhərdə üç rəsmi xizək bazası işləyir: Raisa Smetaninoy adına stadion, "Dinamonun" xizək bazası və "Mondi Sıktıvkar LPK" Açıq Səhmdar Cəmiyyətinin "Vejdinonun" xizək bazası.
Raisa Smetaninoy adına stadionda xizək yarışları üzrə Rusiya çempionatı keçirilir.
Mədəniyyət
redaktəSıktıvkar Komi Respublikasının mədəni paytaxtıdır.
Teatrlar
redaktə- Komi Respublikasının Sıktıvkar şəhərində yerləşən opera və balet teatrı, həm də musiqili teatrı,keçmiş siyasətdə ittiham edilmiş Vorkutlaqa və teatrının bədii rəhbəri olmuş,müğənni Boris Deneyka,artistlərinin fəal iştirakı ilə 1958-ci il avqustun 26-da açılmışdır; İndi teatr tamaşaları məşhur rusiya və qərb müəlliflərinin ("Silva", "Şən dul qadın", "Sevgili") tamaşaları, tamaşaçılara təqdim edilir. Onların arasında əsas yeri "Yağ Мort" komi dastanın süjeti əsasında olan balet tutur[15].
- Komi Respublikasının Milli musiqili dram teatrı sırf milli tamaşalarla məşğul olur.Bütün tamaşalar rus dilinə sinxron tərcümə ilə, orada komi dilində aparılır.Teatrın repertuarında dramatik sənət və komi xalqının folklor vokal-instrumental mirası birləşir.Bu iki istiqamətin sintezi kominin və şimal xalqlarının ) ezoterik əhvali-ruhiyyəsini əks etdirən teatr hərəkətinin nümunələrini verdi — folklor materialları, xalq eposu, mahnılar təqdim edən ən müxtəlif janrlar mərasimlər əsasında yaradılmış tamaşalar: xalq dramını, melodik-epik poemanı, musiqi komediyasını, mifoloji rəvayət, müasir dram, əfsanəni, uşaq nağılını əks etdirir.
- Komi Respublika filarmoniyası mahnı və instrumental musiqi ansamblının solistləri, həmçinin xalq musiqi ansamblı, Dövlət mahnı və rəqs ansamblı "As'ya kıa" (komi Асъя кыа) "Zarni küknar" mahnı ansamblı,"İlham" instrumental musiqi ansamblı , həmçinin solistlər: Komi Respublikasının xalq artisti Aleksey Moiseyenko, Alevtina Vostrikova, Viktoriya Rebyonkonun, Viktoriya Pıstinunun, Olqa Kravtsova və Vera Bulışevunun Komi Respublikasının aktrisası Fyodor Svyatovsanın Komi Respublikasının əməkdar artisti öz tərkibinə daxildir[16]."As'ya kıa" ansamblı çox beynəlxalq festivallarda Komi respublikası mədəniyyətinin vizit kartıdır.
İstinadlar
redaktə- ↑ "'Sıktıvkar' administrasiyası Dövlət İstiqrazlarının Müdafiə Nazirliyinin rəsmi_saytıı — Qısa məlumat". 2013-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-19.
- ↑ http://komi.gks.ru/vpn2010/DocLib1/Son%20nəticələr.aspx[ölü keçid]
- ↑ "Ortelius atlası (1570) Европа". 2013-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
- ↑ "1897-ci il Rusiya İmperiyasının birinci ümumi əhalinin siyahıya alınması. Ana dili və regionlar üzrə əhalinin bölgüsü". 2015-11-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-20.
- ↑ 1926-cu ilin ümumittifaq əhali siyahıya alınması = Recensement de la population de L’U.R.S.S. 1926 / SSRİ-in mərkəzi statistik idarəsi ; Otd. siyahıya almalar. Şimal rayonu. Leninqradsko-Karel rayonu: xəlqilik, ana dili, yaş, savad. — М.: Изд. ЦСУ СССР, 1928, с. 58—59.
- ↑ НА РК, ф. р-140, оп. 2, д. 8663.
- ↑ 1 2 Ümumrusiya əhalinin siyahıya alınmasının əsas nəticələri 2002-ci il Kominin Respublikası üzrə . — Sıktıvkar, 2005, с. 61—64.
- ↑ "Sıktıvkarda yeni Ticarət mərkəzi (foto) açdılar - page 1 | Komionlayn". komionline.ru. 2014-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Sıktıvkarda "İyun" Ticarət mərkəzini açdılar | KomiOnlayn". komionline.ru. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Sıktıvkarda Avtovağzalla yeni mərkəzi bazar açıldı | KomiOnlayn". komionline.ru. 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "Yığcam ticarət mərkəzi olan "Parma" ya sıktıvkarlılar beş dəqiqə ərzində baxdılar | KomiOnlayn". komionline.ru. 2016-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-15.
- ↑ "layihəsi haqqında". 2012-06-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
- ↑ "buxarı". 2015-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
- ↑ "İnstitutlar və elmi bölmələr". 2012-05-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-02.
- ↑ "Kominin Respublikasının Dövlət opera-balet teatrı". 2010-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.
- ↑ "Sıktıvkar mədəniyyəti". 2016-03-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-02-03.