Seadet Buta - Wikipedia
Səadət Buta (Buta Ömər qızı Nəbiyeva; 15 fevral 1951, Qızılkilsə, Dmanisi rayonu) — şair, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Aşıqlar Birliyinin üzvü, Hacıxanım. "Aşıq Pəri" Məclisinin qurucularından biri.
SƏADƏT BUTA | |
---|---|
Buta Ömər qızı | |
Doğum tarixi | 15 fevral 1951 (73 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | şair |
Üzvlüyü | |
Mükafatları |
Həyatı
redaktəButa Nəbiyeva 15 fevral 1951-ci ildə Gürcüstan Respublikasının Qızılkilsə kəndində müəllim ailəsində anadan olub. 1968-ci il tarixində Qızılkilsə orta məktəbini bitirmişdir.
2003-cü ildə müqəddəs Həcc ziyarətinə getmişdir. 2001-ci ildə 50 illik yubileyi ilə əlaqədar Gürcüstan Respublikası tərəfindən "Şərəf" medalı ilə təltif edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
"Borçalı" İctimai cəmiyyətinin qadınlar şurasının sədridir.
Hazırda 70 yaşlı şairə yazıb yaratmaqla öz həyatını davam etdirir.
Yaradıcılığı
redaktəİlk şerini 6-cı sinifdə oxuyarkən yazmışdır.
Şeirləri Gürcüstanın, Azərbaycanın qəzet, jurnallarında, almanaxlarda yayınlanıb. 50 illik yubileyində, iki ölkə arasında dostluq və mədəni əlaqələr sahəsindəki xidmətlərinə və yaradıcılıq uğurlarına görə Gürcüstanın "Şərəf" medalı ilə təltif edilmişdir.
Sonralar “Abdulla Şaiq”, “Xan qızı Natəvan”, “Zirvə”, “Zəfər” və s. mükafatlara layiq görülmüşdür.
4 oktyabr 2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.
İndiyədək on beş kitabı işıq üzü görüb. Şerləri gürcü dilinə də çevrilib. "Dmanısi" poeması Gürcüstanda yaşayan Azərbaycanlıların gürcü dili dərsliyinə salınmışdır. Qardaş Türkiyədə gənc alimlər iki kitabı üzrə müdafiə edib. Qardaş ölkənin əksər şəhərində festivallarda iştirak etmiş, uğurlar qazanmışdır. Ankarada kitabı işıq üzü görüb.
Məşhur "Aşıq Pəri" Məclisinin qurucularından biridir. "Aşıq Pəri" Məclisinin xətti ilə döyüşən əsgərlərimiz qarşısında çıxışlar etmiş, onlara ruh vermişdir.
Bir çox şeirlərinə musiqilər bəstələnib. Qımqımalardan on iki xalq mahnısı yaratmışdır. Üç dastan yaratmışdır.
Haqqında onlarla məqalə və kitablar yazılıb.
1985-ci ildə Əzizə Cəfərzadə «Azərbaycan qadını» jurnalında onun haqqında «Şeir butası» adlı məqalə ilə çıxış edib.
1999-cu ildə Türkiyənin Ərzurum şəhərində, Atatürk Universitetinin Kazım Karabekir eyitim fakültəsinin türkcə eyitim bölümündə Əli Qafqasiyalının rəhbərliyi ilə Bülənt Altunal Səadət Buta yaradıcılığına diplom işi həsr edib, onun «Dağlar məni çağırır» şeirlər kitabını çap etdirib.
2015-ci ildə tanınmış tədqiqatçı-alim Müşfiq Borçalı şairin həyat və yaradıcılığı haqqında Bakıda və Tiflisdə “Butalar Butası Səadət Buta” adlı ayrıca kitab nəşr etdirib[1].
Əsərləri
redaktə"Dağlar məni çağırır", "Həsrət çələngi", "Vətən həsrəti", "Tanrı payı", "Haqqın Butası", "Buta dünyası", "Mənim körpəm, mənim dünyam", "Bələndim Kəbə nuruna", "Hər dərdimin, vallah, başı vətəndi", "Başkeçid yaylası, anam laylası", "Sazın, sözün Butası", "Borçalı Karapapaq Çelengi", "Ürəyim bal pətəyidir", "Məmməd Həsrəti", "Butalar Butası, Səadət Buta" kitablarının müəllifidir.
Həmin kitablardan bir çoxu, eləcə də, 2024-cü ildə Səadət Butanın ad günü ərəfəsində "MƏN TÜRKƏM" adlı yeni bir kitabı məhz dəyərli ziyalımız, tanınmış alim, tədqiatçı-jurnalist Müşfiq Borçalının redaktorluğu və naşirliyi ilə "Borçalı" nəşriyyatında nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib[2]. Kitabda müəllifin son illərdə yazdığı şeirləri və poemaları cəmlənib.
Ailəsi
redaktə1982-ci il tarixində həyat yoldaşı Abbas Abdullayev rəhmətə getmişdir. Onun 4 övladı, 9 nəvəsi vardır.
1970-ci il təvəllüdlü böyük oğlu Məmməd Abdullayev 2017-ci il aprelin 13-də vəfat etmişdir və 2 övladı var. Oğlunun adı Abbas, qızının adı Səadətdir. Məmməd Abdullayev hər 2 övladına valideynlərinin adını qoymuşdur.[3]
İstinadlar
redaktə- ↑ "SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN "MƏN TÜRKƏM" ADLI YENİ BİR KİTABI İŞIQÜZÜ GÖRÜB". ZiM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
- ↑ "SEVİMLİ ŞAİRİMİZ, BUTALAR BUTASI SƏADƏT BUTANIN "MƏN TÜRKƏM" ADLI YENİ BİR KİTABI İŞIQÜZÜ GÖRÜB". ZiM.Az | "ZİYA" İnformasiya Mərkəzi (rus). 2024-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-25.
- ↑ "RUHUN ŞAD OLSUN, MƏMMƏD!." 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-15.
Şair haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |