Seadet Ve Emek Mahnilari Film 1957 - Wikipedia
Seadet Ve Emek Mahnilari Film 1957 - Wikipedia - Haqqında Məlumat
Səadət və əmək mahnıları | |
---|---|
Janr | sənədli film |
Rejissor | Seyfulla Bədəlov |
Ssenari müəllifi | Hüseyn Nəcəfov |
Operator | Xan Babayev |
Bəstəkar | Rauf Hacıyev |
Rəssam | Elbəy Rzaquliyev |
İstehsalçı | Bakı Kinostudiyası |
İlk baxış tarixi | 1957 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | SSRİ |
İl | 1957 |
Texniki məlumatlar |
3 hissə 840 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəKinoreportaj Gənclər və Tələbələrin III Respublika Festivalına həsr olunmuşdur. Filmdə Azərbaycan Dövlət Konservatoriyası tələbələrinin və gənc neftçilərin festivala hazırlığının əsas mərhələləri öz əksini tapmışdır. Festivalın açılışı, Bakının küçə və meydanlarında festival iştirakçılarının çıxışları filmin kulminasiyasını təşkil edir. Respublikanın rayonlarında da çoxlu çəkilişlər aparılmışdır. Misal üçün, kənd qızlarının festivala hazırlaşmaları, yaylaqda çobanların rəqsi və s.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Seyfulla Bədəlov
- Ssenari müəllifi: Hüseyn Nəcəfov
- Baş operator: Xan Babayev
- Operator: Seyfulla Bədəlov
- Rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Rauf Hacıyev
- Səs operatoru: Ağahüseyn Kərimov