Seadet Yolu Ile Film 1956 - Wikipedia
Səadət yolu ilə | |
---|---|
Rejissor | Muxtar Dadaşov |
Ssenari müəllifləri |
M.Musayev Muxtar Dadaşov |
Operatorlar |
Muxtar Dadaşov Seyfulla Bədəlov Vladimir Zbudski |
Bəstəkar | Zakir Bağırov |
İstehsalçı | Bakı Kinostudiyası |
Filmin növü | tammetrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
İl | 1956 |
Texniki məlumatlar |
8 hissə 2400 metr 35 mm |
Rəng | rəngli |
Məzmun
redaktəTammetrajlı sənədli film Azərbaycanın xalq təsərrüfatının müxtəlif sahələrində qazandığı nailiyyətlərlə, qabaqcıl əmək adamları, elm və mədəniyyət xadimləri ilə, bərəkətli Azərbaycan torpağının nemətləri ilə bizi tanış edir. Ekranda ucu-bucağı görünməyən gözəl dağ çəmənlikləri, "ağ qızıl"-pambıq tarlaları, üzüm bağları, ətirli çay və tütün plantasiyaları bir-birini əvəz edir.
Heyvandarlıq və quşçuluq fermaları, yun, barama, meyvə bağları-bütün bunlar zəhmət adamlarının əməyi ilə hasil edilmişdir. Biz həmin zəhmət adamları-Bəsti Bağırova, Şamama Həsənova, Sürəyya Kərimova, Məleykə Quliyeva, Qızqayıt Həsənova, Gilas Verdiyeva, Zərqələm Hacıyeva və onların briqadaları ilə tanış oluruq. Filmdə 148 yaşlı Mahmud Eyvazovu, məşhur müğənnilərimizdən Bülbül, Rəşid Behbudovu, Gülağa Məmmədovu, neftçi Gülbala Əliyevi və Mingəçevir SES-in mühəndisi Sarvan Salmanovu görürük.
Xalqlar dostluğu mövzusu filmdə əsas yeri tutur.
Festivallar və mükafatlar
redaktə- 1) 1956-cı ildə
- Rejissor Muxtar Dadaşov filmə görə ÜİKTS-in Qızıl medalına layiq görülmüşdür.
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Rejissor: Muxtar Dadaşov
- Ssenari müəllifi: M.Musayev, Muxtar Dadaşov
- Operator: Muxtar Dadaşov, Seyfulla Bədəlov, Vladimir Zbudski
- Bəstəkar: Zakir Bağırov
- Səs operatoru: Əziz Şeyxov
- Mahnıların mətni: Zeynal Cabbarzadə
Mənbə
redaktə- Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 13.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 130-139.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.