Sedreddin Elesgerov - Wikipedia
Sədrəddin Ələsgərov (21 mart 1929, Quzanlı – 14 iyun 2019) — Sosialist Əməyi Qəhrəmanı, Ağdam Rayon Ağsaqqallar Şurasının sədri.
Sədrəddin Ələsgərov | |
---|---|
Sədrəddin Fərrux oğlu Ələsgərov | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (90 yaşında) |
Mükafatları |
Həyatı
redaktəƏləsgərov Sədrəddin Fərrux oğlu 1929-cu ildə Ağdam rayonun Quzanlı kəndində anadan olub. 1936-cı ildə Quzanlı kənd məktəbinin I sinfinə daxil olub. 1945-ci ildə kolxozda su cuvarı işləyib.
1947-ci ildən kolxozda yaxşı işlədiyinə görə kolxoz sədri Əkbər Bağırov onu "anbardar-xəzinadar" vəzifəsinə təyin edib. Əsgəri xidmətdən sonra kolxozda heyvandarlıqla məşğul olmağa başlayıb. Heyvandarlıqda əldə etdiyi yüksək nəaliyyətlərə görə 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı fəxri adı və "Lenin Ordeni"ilə təltif olunub.
1958-1975-ci illərdə kolxozda baş çoban, sahə zootexniki, ferma müdiri işləmişdir. 1981-ci ildən Sədrəddin Ələsgərov kolxozda sədr muavini vəzifəsinə irəli çəkilib.
Sədrəddin Ələsgərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının 2 oktyabr 2002-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuşdur.[1]
Sədrəddin Fərrux oğlu Ələsgərov ömrünün sonuna qədər Ağdam Rayon Ağsaqqallar Şurasının sədri kimi çalışıb.
Sədrəddin Ələsgərov 14 iyun 2019-cu ildə 90 yaşında vəfat edib.[2]
İstinadlar
redaktə- ↑ "Sədrəddin Ələsgərov". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.
- ↑ "Sosialist Əməyi Qəhrəmanı Sədrəddin Ələsgərov vəfat edib". 2019-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-07.