Sedreddin Ayni - Wikipedia
Sədrəddin Ayni (tac. Садриддин Айнӣ; əsl adı Sədrəddin Səid-Murodzoda; 1878—1954) — tacik sovet yazıçısı, ictimai xadimi və alimi. İkinci dərəcəli Stalin mükafatı laureatı (1950).
Sədrəddin Ayni | |
---|---|
tac. Садриддин Айнӣ | |
Doğum tarixi | 15 (27) aprel 1878[1] |
Doğum yeri | |
Vəfat tarixi | 15 iyul 1954[2][1][…] (76 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | şair, jurnalist, tarixçi, yazıçı, müəllim, leksiqraf, ədəbiyyat tənqidçisi, siyasətçi, nasir |
Əsərlərinin dili | Tacik dili, Özbək dili[3] |
Janr | roman |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəSədrəddin Səid-Murodzoda (Sədrəddin Ayni) 1878-ci il aprel ayının 15-də (bəzi mənbələrdə 27-də) Özbəkistanın Buxara vilayətinin Soktare kəndində anadan olmuşdur. İlk təhsilini Buxara mədrəsələrində almışdır. Tacik sovet ədəbiyyatının banisi və tacik ədəbiyyatının yaradıcılarından biridir.
İlk əsəri “Qardaşımın ölümünə” elegiyası əmir hakimiyyətinin devrilməsinə çağırış kimi səslənmişdir. Böyük Oktyabr Sosialist İnqilabını sevinclə qarşılayan Ayni cədidizmdən uzaqlaşaraq, 1920-ci il Buxara xalq inqilabında iştirak etmişdir. 1920-ci ildə yazdığı “Buxara cəlladları” ilk nəsr əsəri, “Odina” povesti, “Doxunda” və “Qullar” romanlarından ibarət trilogiyası tacik xalqının inqilabdan əvvəlki ağır həyatının və sovet hakimiyyəti uğrunda mübarizəsinin epik salnaməsidir. Böyük Vətən müharibəsi illərində faşizm əleyhinə kəskin publisist məqalələr və tarixi-bədii oçerklər yazmışdır. 1948-ci ildən ömrünün sonunadək 4 cildlik “Xatirələr” avtobioqrafik əsəri üzərində işləmişdir. Orta Asiya xalqlarının tarix və ədəbiyyatına dair elmi oçerk və monaqrafiyalar yazmışdır.
Əsərləri Azərbaycan dilinə tərcümə edilmişdir. 1951-ci ildə Tacikistan SSR EA-nın ilk prezidenti seçilmişdir. Tacikistan SSR-in “Əməkdar elm xadimi” fəxri adını almış, Özbəkistan SSR EA-nın fəxri üzvü seçilmişdir. Üç dəfə “Lenin” və iki dəfə “Qırmızı Əmək Bayrağı” ordenləri ilə təltif edilmişdir. 1951-ci ildə SSRİ Dövlət mükafatı laureatı olmuşdur. 1954-cü il iyul ayının 15-də Düşənbə şəhərində vəfat etmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 29. ISBN 978-2-221-06888-5
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ https://old.bigenc.ru/literature/text/1805487.
- ↑ Ayni, Eyni (Sədrəddin Səidmuradzadə) //Azərbaycan sovet ensiklopediyası:10 cilddə.- Bakı, 1976.- C.II.- S.196.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |