Sefereli Babayev - Wikipedia
Səfərəli Yaqub oğlu Babayev (15 mart 1923, Naxçıvan rayonu, Naxçıvan MSSR – 2003) – coğrafiya elmləri doktoru (2002), professor, Naxçıvan MR Əməkdar müəllimi, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü (2003).[1]
Səfərəli Babayev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 15 mart 1923 |
Doğum yeri | |
Vəfat tarixi | 2003 |
Uşaqları | |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
|
|
Təltifləri |
Həyatı
redaktəSəfərəli Babayev 1923-cü ildə Naxçıvan MR-nın Babək rayonunun Əznəbürd-Təzəkənd kəndində anadan olmuşdur.[1]
- 1940-cı ildə Naxçıvan Pedaqoji Texnikumunu, sonralar Naxçıvan Dövlət Müəllimlər İnstitutunu bitirmişdir.[1]
- 1954-cü ildə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunun Coğrafiya fakültəsini və Azərbaycan KP MK yanında Respublika Partiya Məktəbini fərqlənmə diplomları ilə bitirmişdir.[1]
- 1959-cu ildə Azərbaycan EA Coğrafiya İnstitutunun dissertantı olmuşdur.
- 1968-ci ildə "Naxçıvan MSSR-in təbii şəraiti və landşaftı" mövzusunda namizədlik müdafiə etmişdir.
- 2002-ci ildə isə "Naxçıvan MR-da Dədə-Qorqud toponimləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.[2]
Əmək fəaliyyəti
redaktə- 1937–1938-ci illərdə Babək rayonu Xıncab kənd yeddiillik məktəbində işləmişdir.
- 1948-ci ildə Azərbaycan LKGİ Naxçıvan Vilayət Komitəsinin katibi seçilmişdir.[1]
- 1950–1952-ci illərdə Azərbaycan KP MK yanında İkiillik Partiya məktəbinin dinləyicisi olmuşdur.
- 1952–1955-ci illərdə Naxçıvan MR-sı Maarif Nazirliyinin məktəb inspektoru Naxçıvan rayon Partiya komitəsinin təbliğat-təşviqat şöbəsinin müdiri təyin olunub
- 1956–1957-ci illərdə Naxçıvan MR Maarif Nazirinin müavini
- 1957–1960-cı illərdə Muxtar Respublikanın maarif naziri vəzifəsində işləmişdir.
- 1960–1963-cü illərdə Azərbaycan KP Naxçıvan rayon komitəsinin birinci katibi olmuşdur.
- 1963–1965-ci illərdə Naxçıvan MR Nazirlər Soveti yanında Radio və Televiziya verilişləri Komitəsinin sədri olmuşdur.[1]
- 1965–1970-ci illərdə Naxçıvan MR Nazirlər Soveti sədrinin birinci müavini seçilmişdir.[1]
- 1970–1972-ci ildə Azərbaycan Pedqoji İnstitutu Naxçıvan filialının direktoru vəzifəsində çalışmışdı.
- 1972-ci ildən başlayaraq Naxçıvan Pedaqoji İnstitutunda Coğrafiya kafedrasının müdiri, dekan və dosent vəzifələrində işləmişdir.
- 1996-cı ildən ömrünün sonuna qədər Y. Məmmədəliyev adına Naxçıvan Dövlət Uniıversitetin Coğrafia kafedrasının müdiri olmuşdur.
- 1959–2003-Azərbaycan Respublikası Coğrafiya Cəmiyyəti Naxçıvan filialının sədri olmuşdur.[1]
- 1959-cu ildən 3 çağırışda Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı seçilmişdir. S. Y. Babayev uzun illər Naxçıvan MR-sı Ağsaqqallar Şurasının sədr müavini və sədri olmuşdur.[3]
Elmi əsərləri
redaktəElmdə məşğul olduğu əsas sahə fiziki coğrafiya, landşaftların tədqiqi olmuşdur. Elmi tədqiqatları əsasən Naxçıvan MR-nın fiziki coğrafiyası, təbii sərvətləri, təbiətin mühafizəsi, toponimikası və s. öyrənilməsinə həsr olunmuşdur. Onlarla elmi əsərin müəllifidir. Onun bir çox əsərləri daha çox elmi əhəmiyyətə malikdir.Onun 8-i xaricdə çap olunmaqla, ümumilikdə 85 elmi əsəri işıq üzü görmüşdür.[1]
- "Qədim diyarın təbiəti" (1970)
- "Əfsanələr diyarı" (2001)
- "Naxçıvanda "Kitabi-Dədə Qorqud" toponimləri". 1999[1]
- "Naxçıvan MR-nin coğrafiyası" (1999), və s.[3]
“Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” monoqrafiyasında Naxçıvan diyarının qədim Azərbaycan torpağı olduğu inandırıcı dəlillərlə sübut olunmuşdur. Bu əsərə görə ona "Əməkdar elm xadimi fəxri" adı verilmişdir. Alimin bir çox elmi-praktik təklifləri həyata keçirilmişdir. Onun rəhbərliyi ilə ilk dəfə muxtar respublikanın təbii şəraiti toplum halında öyrənilmiş, landşaftının təsnifatı, səciyyəsi, xəritəsi verilmişdir.[1]
Mükafatı
redaktə- Xidmətlərinə görə Naxçıvan MR Ali Soveti Rəyasət heyətinin 2 Fəxri fərmanı
- SSRİ Coğrafiya Cəmiyyətinin 1 Fəxri fərmanı[1]