Sefali - Wikipedia
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd.
Səfalı | |
---|---|
40°51′09″ şm. e. 48°35′01″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 142 nəfər |
Tarixi
redaktəKəndin əsası XVII əsrdə qoyulmuşdur.
Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb.[1][2]
Coğrafiyası
redaktəŞamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır.
Mədəniyyət
redaktəKənddə xəstəxana xidmət göstərir.
Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
İçməli su problemi yoxdur.
Əhalisi
redaktəBurada 21 ev vardır, Kənd əhalisi 142 nəfərdir ki, onunda 74 nəfəri kişi, 68 nəfəri isə qadınlar təşkil edir.
İstinadlar
redaktə- ↑ "YMdinizə qayıdın". karabakhmedia.az. Kanal S (Region TV). İstifadə tarixi: 21 may 2016.[ölü keçid]
- ↑ “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”, II cild, Bakı, “Şərq-Qərb”, 2007, s. 183
Şamaxı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |