Sefiyar Eliyev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Səfiyar Əliyev (1 may 1942, Sisian rayonu – avqust 1997, Bakı) −kimyaçı alim, AMEA−nın Ə.M. Quliyev adına Aşqarlar Kimyası İnstitutunun böyük elmi işçisi, kimya elmlər doktoru.
Səfiyar Əliyev | |
---|---|
Doğum tarixi | 1 may 1942 |
Doğum yeri | |
Vəfat tarixi | avqust 1997 (55 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | Uzun sürən xəstəlik |
Elm sahəsi | neft kimyası |
Elmi dərəcəsi | |
İş yeri | AMEA Aşqarlar Kimyası İnstitutu |
Təhsili | |
Mükafatları | «V.İ. Leninin 100-illik yubileyi» ilə əlaqədar olaraq "Fədakar əməyə görə" medalı |
Həyatı
redaktəƏliyev Səfiyar 1942-ci ildə Ermənistan SSR Sisiyan rayonunun Dəstəgird kəndində anadan olmuşdur. 1949-cu ildə Dəstəgird orta məktəbə daxil olub, oranı 1959-cu ildə bitirib. Həmin il Bakı Dövlət Universitetinin kimya fakultəsinə daxil оlub.O, Universiteti bitirdikdən sonra, 1965-ci Ildə Azərbaycan SSR Aşqarlar Kimyası İnstitutunun aspiranturasına daxil olub. 1968-ci ildən EA AKİ-də mühəndis, kiçik və böyük elmi işçi vəzifələrində işləmişdir. 1987–97-ci illərdə "Antimikrob aşqarlarının sintezi" laboratoriyasına rəhbərlik etmişdir. 1969-cu ildə kimya elmləri namizədi alimlik dərəcəsini almaq üçün "Ditiofenol törəmələrinin kükürd əvəzləyicilərin sintezi və tədqiqi" mövzusunda namizədlik, 1991-ci ildə isə "Tərkibində azot və kükürdsaxlayan birləşmələrin sintezi və onların yağlara və soyuducu-yağlayıcı mayelərə əlavə kimi tədqiqi" mövzusunda doktorluq dissertasiyasını "Neft-kimyası" ixtisası üzrə müdafiə etmişdir.Onun rəhbərliyi ilə 2 elmlər namizədi yetişmişdir. S.Əliyev uzun sürən xəstəlikdən sonra 1997-ci ilin avqustunda vəfat etmişdir.
Elmi fəaliyyət
redaktəS.Əliyev üzvi və neft kimyası sahəsində ixtisaslaşmışdır. Onun əsas elmi-tədqiqat işləri tərkibində kükürd və azotsaxlayan üzvi birləşmələrin sintezi, onların sürtkü yağlarına, yanacaqlara və eləcədə soyuducu yağlayıcı mayelərə aşqar kimi tətbiqinə həsr edilmişdir. Aparılan sistematik tədqiqatlar nəticəsində sintez edilmiş birləşmələrin quruluşu ilə effektivliyi arasında müəyyən qanunauyğunluqlar əldə edilmişdir. Yüksək effektivliyə malik olanlardan bəziləri sənaye miqyasında tətbiq edilmişdir. Əliyev Səfiyarın iştirakı ilə çoxsaylı törəmələr olan 2-tiofenollar və 4-merkaptopiridinlər müxtəlif funksional qruplar alınmış və məlum edilmişdir, ki tiolların bəzi törəmələri effektiv aşqar kimi və metalların sürtkü yağlarına korroziya inhibitoru kimi istifadə edilir. Tədqiq edilmişdir ki, təyin edilmiş birləşmələrin effektliyi qanuna uyğundur. Bir müddət S.M Əliyev YSM-lərin alınmasında tədqiqat işləri aparmışdır. Həmin YSM-lər metalların soyuq emalında istifadə olunur. Onlardan su əsaslı YSM-lər(NSK-5u, İXP-51, İXP-95, İXP-119V,İXP −120V, İXP-124V, İXP-125V, İXP-160, Azerol-1, Azero-2 və s.). Bu YSM-lərdən NSK-5u və Azerol-1 sənayedə tətbiq olunub.
Elmi əsərləri
redaktəS.M Əliyevin apardığı elmi-tədqiqatların nəticələri 110 elmi məqalədə, o cümlədən 30 müəlliflik şəhadətnaməsində və 5 patentdə öz əksini tapmışdır.
Elmi məqaləri
redaktə- К.И.Садыхов, Зейналов А.М. Синтез β-(2,4,6-триметилбензоил) акриловой кислоты. "Азербайджанский химический журнал", 1970, № 1–2, с.79–81.
- К.И.Садыхов, М.А. Технология производства и применение смазочно-охлаждающей жидкости на водной основе для хонингования материалов. "Химия и нефтепереработка", 1975, № 8.
- К.И.Садыхов, Н.С.Керимов. Смазочно — охлаждающие жидкости. "Elm və həyat", 1976, № 6, с.29.
- С.М.Алиев. "Химики машиностроению", Газета "Элм", 21.05.86, № 24(45),с.3.
Müəlliflik şəhadətnamələri
redaktə- Смазочно-охлаждающая жидкость для механической обработки металлов. Садыхов К.И., Мамедова Ш.Я. Авторское свидетельство СССР, № 1456461.
- Смазочно-охлаждающая жидкость для механической обработки металлов. Садыхов К.И., Мамедова Ш.Я. Авторское свидетельство СССР, № 1335562.
- Смазочно-охлаждающая жидкость для механической обработки металлов. Садыхов К.И., Кабаков М.А. Авторское свидетельство СССР, № 1675324.
- 2-пропоксиметилмеркаптотиофен как ингибитор коррозии металлов. Садыхов К.И., Селимханова Д.Г.,Мамедъярова И.Ф.,Сеидов М.М. Авторское свидетельство СССР, № 671259.
Beynalxalq konfraslarda iştirakı
redaktə- Синтез и исследование некоторых сульфидов ряда тиофена. Сборник – "Тезисы докладов XV научной сессии по химии и технологии органических соединений серы и сернистых нефтей", Уфа, 1979, с.51–53. Садыхов К.И., Сеидов М.М.
- Смазочно-охлаждающие жидкости для хонингования металлов. Сборник –Тезисы докладов Всесоюзной конференции "оптимизация процессов алмазно-абразивной обработки", Волгоград Дом техники НТО, 1986, с.42. Садыхов К.И., Кабаков М.А.
Dissertantlara elmi rəhbərlik
redaktəS.M Əliyevin yüksək ixtisaslı elmi kadrların hazırlanması sahəsindədə xidmətləri olub. Onun rəhbərliyi ilə 2 elmlər namizədi alimlik dərəcəsi alıb.
Mükafatları
redaktə- "V.İ. Leninin 100-illik yubileyi" ilə əlaqədar olaraq "Fədakar əməyə görə" medalı;
Mənbə
redaktə- A.Məhərrəmov, M.Allahverdiyev, R.Əliyeva "Azərbaycan kimyaçıları", "Azərbaycan" nəşriyyatı, 1998.
- AMEA-nın həqiqi üzvü, akademik K.İ.Sadıxovun elmi əsərlərinin külliyatı. Bakı 2006, 810 s.