Sekkizsualilar - Wikipedia
Səkkizşüalılar (lat. Octocorallia) — Bağırsaqboşluqluların dalayıcılar tipinin mərcan polipləri sinfinə mənsub yarımsinfi.
Səkkizşüalılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Səkkizşüalılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Ancaq kolonial formalarla (qədim və müasir) təmsil olunmuşdur. Müasir səkkizşüalı mərcanlar qırmızı, qara və mavi mərcanlar, həmçinin dəniz lələkləri daxildir. Kaloniyalar adətən müxtəlif formalı massiv-budaqlı polimorf və funksional fərdlərdən təşkil olunmuşdur. Bu mərcanların qastral boşluğu 8 arakəsmə ilə ayrılır. 8 qol çıxıntısına malikdir.Adi poliplərin və ya qida poliplərinin səkkiz lələkvari — haçalanan qolları (barmaqlar), səkkiz mezenteriyası və yarıqşəkilli ağız dəliyi vardır. Oktokoralların çoxu xarici (ektodermal) mənşəli, lakin adətən daxili (mezoqleal) vəziyyətli buynuz, karbonat və ya qarışıq karbonat — buynuz skeletli olur. Səkkizşüalı mərcanlar yalnız normal dəniz hövzələrində müxtəlif dərinliklərdə, hətta dərinsu novlarında məskunlaşır. Onların koloniyaları əsasən hərəkətsiz bentosa aiddir. Səkkizşüalı mərcanlar əsl skelet qalıqları təbaşirdən başlayaraq rast gəlinir: vend, ordovik — silur, təbaşir — müasir.
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Crowther A. L. Class Anthozoa Ehrenberg, 1834. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 19–23. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7