Selim Ceferov - Wikipedia
Səlim Əbdüllətif oğlu Cəfərov — filologiya elmləri doktoru, S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti Azərbaycan dilçiliyi kafedrasının professoru, Azərbaycan SSR Dövlət mükafatı laureatı.
01 iyun 1907-ci ildə anadan olmuşdur. 1923-cü ildə Şəki müəllimlər seminariyasına daxil olmuş, 1926-cı ildə oranı bitirmişdir. 1926-cı ildən 1930-cu ilə kimi Dağıstanda müəllimlik etmişdir. 1932-ci ildə Orcanikidze şəhərində Dövlət Pedaqoji İnstitutuna daxil olmuşdur. 1933-cü ildən 1936-cı ilə kimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir. 1933-cü ildə Saxur əlifbasını yaratmış və Saxur ədəbi dilinin bünövrəsini qoymuşdur. 1946-cı ildə namizədlik, 1959-cu ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1947-ci ildə dosent, 1961-ci ildə professor elmi adına layiq görülmüşdür.
1953-1978-ci illər ərzində BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti, sonra professoru olmuşdur. 1960-1970-ci illərdə AMEA-nın İber-qafqaz dilləri şöbəsinə rəhbərlik etmişdir. Onun elmi fəaliyyətinin əsasını Azərbaycan dilinin leksikologiyası təşkil edir. 6 monoqrafiya, 23 dərslik, 10 dərs vəsaiti, 85-dən çox elmi məqalənin müəllifi olmuşdur. 27 namizədlik, 8 doktorluq dissertasiyasına elmi rəhbərlik etmişdir. 1974-cü ildə Dövlət mükafatına layiq görülmüşdür.[1]
İstinadlar
redaktə- ↑ "CƏFƏROV SƏLİM ƏBDÜLLƏTİF OĞLU" (PDF). bsu.az (az.). 02.07.2024 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2 iyl 2024.