Selim Muslumov - Wikipedia
Səlim Müslümov (1 noyabr 1961, Pirhəsənli, Ağsu rayonu) — Azərbaycan siyasətçisi. O, 2013–2018-ci illərdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri kimi xidmət etmişdir. Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir.[1]
Səlim Müslümov | |
---|---|
22 oktyabr 2013 – 21 aprel 2018 | |
Əvvəlki | Füzuli Ələkbərov |
Sonrakı | Sahil Babayev |
17 dekabr 2002 – 22 oktyabr 2013 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 noyabr 1961 (63 yaş) |
Doğum yeri | |
Təhsili | Azərbaycan Dövlət İqtisad Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti |
Fəaliyyəti | siyasətçi |
Rütbəsi |
Gömrük xidməti general-mayoru |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | İqtisad elmləri doktoru, professor |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMüslümov Səlim Yanvar oğlu 1961-ci il noyabrın 1-də Ağsunun Pirhəsənli kəndində anadan olmuşdur. 1983-cü ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun uçot-iqtisad fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983–1987-ci illərdə Moskva Dövlət Universitetinin məqsədli aspiranturasında təhsilini davam etdirmiş və 1987-ci ilin noyabrında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1988-ci ilin yanvarından 1995-ci ilin iyulunadək Azərbaycan Dövlət İqtisad İnstitutunda müəllim, baş müəllim, dekan müavini vəzifələrində çalışmışdır.1992-ci ilin yanvarından 1995-ci ilin iyununadək Türkiyə Cumhuriyyətinin Mərmərə Universitetində elmi ezamiyyətdə və doktoranturada olmuşdur. 1995-ci ilin iyulundan 2000-ci ilin martınadək Azərbaycan Respublikası Maliyyə Nazirliyində idarə rəisi vəzifəsində çalışmışdır. 2000-ci ilin martında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədr müavini təyin edilmişdir. 2002-ci ilin 17 dekabr tarixində Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sədri vəzifəsinə təyin edilmişdir.
2004-cü il sentyabrın 18-də Beynəlxalq Sosial Təminat Assosiasiyasının Pekində keçirilən 28-ci Baş Assambleyası zamanı bu qurumun Büro üzvü seçilmişdir. 2006-cı ilin fevral ayında Rusiyanın Kazan şəhərində "Pensiya sığorta sistemində mühasibat uçotu, təhlil və audit islahatları" doktorluq dissertasiyası müdafiə edərək İqtisad elmləri doktoru alimlik dərəcəsi almışdır[2][3].
S. Y. Müslümov iqtisadi sahədə bir neçə qanunvericilik aktının hazırlanmasında yaxından iştirak etmişdir. O, 4 kitabın və 50-dən artıq elmi məqalənin müəllifidir.
Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2002-ci il tarixli 643 nömrəli Fərmanı ilə ona gömrük xidməti general-mayoru ali xüsusi rütbə verilmişdir[4].
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsinə təyin edilib.[5]
Şəxsi həyatı
redaktəRus və ingilis dillərində sərbəst danışır. Evlidir, 3 övladı var.
Müslümov 2021-ci ilin fevralında barəsində olan korrupsiya faktlarına görə həbs edilmişdir.[1]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 "Arxivlənmiş surət". Oxu.az (az.). 3 fevral 2021. 2021-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 fevral 2021.
- ↑ Səlim Müslümov elmlər doktoru adına necə sahib olub? [ölü keçid]
- ↑ Муслимов, Cалим Январ оглы. [ölü keçid]
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-12.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2014-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-22.