Selver Aslanov - Wikipedia
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20. dekabr 1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26. noyabr 1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967).[1]
Səlvər Aslanov | |
---|---|
Səlvər Rza oğlu Aslanov | |
Doğum tarixi | 11 oktyabr 1930 |
Doğum yeri | |
Vəfat tarixi | 3 avqust 2000 (69 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi adı | |
Təhsili | |
Üzvlüyü | Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Bakı Dövlət Universiteti tarix ixtisası üzrə İxtisaslaşmış Müdafiə Şurasının üzvü, Sovet Sosioloqlar Assosiasiyasının və SSRİ Jurnalistlər İttifaqının üzvü |
Mükafatları | Y.Məmmədəliyev adına mükafatın laureatı, "Şərəf nişanı" ordeni |
Həyatı
redaktəAzərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S. Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir.[2]
Fəaliyyəti
redaktəS. Aslanov 1955–1956-cı illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966–1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur. 1973–1998-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) əvvəlcə professoru, kafedra müdiri vəzifələrində çalışmış, daha sonra həmin institutun rektoru vəzifəsinə təyin edilmişdir.[3] S. Aslanov 1998–2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Milli Münasibətlər İnstitutunun baş elmi işçisi olmuşdur.
S. Aslanov Sovet dönəmində Azərbaycanda sənayesinin inkişaf problemlərini, milli respublikalarda sənayeləşmənin sosial nəticələrini və bütünlükdə qeyd olunan dövrdə sənayenin inkişaf tarixini geniş və hərtərəfli tədqiq etmişdir. Azərbaycanda sənayenin inkişafına həsr olunmuş coxsaylı və sanballı elmi tədqiqat işləri nəşr olunmuşdur. Onun rəhbərliyi altında onlarla elmlər namizədi və elmlər doktorluğu üzrə dissertasiyalar müdafiə olunmuşdur. S. Aslanov Azərbaycan Dövlət Pedaqoji İnstitutunda tarix ixtisası üzrə İxtisaslaşmış Müdafiə Şurasının sədri, Azərbaycan Dövlət Universitetində (hazırda Bakı Dövlət Universiteti) isə tarix ixtisası üzrə İxtisaslaşmış Müdafiə Şurasının üzvü olmuşdur. S. Aslanov həmçinin, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyində Tədris-metodiki şuranın, Sovet Sosioloqlar Assosiasiyasının və SSRİ Jurnalistlər İttifaqının üzvü olmuşdur. S. Aslanov 1963–1967-ci illərdə Azərbaycan SSR Ali Sovetinin və 1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.[4]
Əsərləri
redaktə- ХХ əsrin siyasi tarixi B., 1991;
- Азербайджан в составе многонационального государства: успехи и деформации, борьба за суверенитет. Б., 1999.
Mükafatları
redaktəY. Məmmədəliyev adına mükafatın laureatı olmuş S. Aslanov "Şərəf nişanı" ordeni, eləcə də bir sıra orden və medallarla təltif olunmuşdur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikası Ali Sovetinin qərarı". 2019-03-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
- ↑ "Vəfat etmiş müxbir üzvlər". 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
- ↑ "Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları". 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.
- ↑ "Səlvər Aslanov". 2019-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-25.