Semendire Qalasi - Wikipedia
Səməndirə qalası (serb. Смедеревска тврђава) - Dunay çayı sahilində, XV əsrin əvvəllərinə aid qaladır. Corc Brankoviç Serbiya despotluğunu buradan idarə etmişdir. Zamanla qalanın ətrafında Səməndirə şəhəri yaranmışdır. 1459-cu ildə qalanın türklər tərəfindən alınması orta əsr Serb dövlətçiliyini tamamilə süquta uğradır.
Səməndirə qalası | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Koordinatlar | 44°40′07″ şm. e. 20°55′45″ ş. u.HGYO |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəBrankoviçlər qalanın tikintisini 1428-ci ildə başlatmışlar.
Belqrad macarların əlində olduğundan Səməndirə Serbiyanın yeni paytaxtına çevrildi. 1430-cu ildə qalanın Kiçik şəhərinin, o cümlədən sarayın və digər binaların inşası başa çatdırıldı. 1430-1439-cu illərdə ümumi sahəsi 11 hektar olan, konturları üçbucaqlı formaya malik Böyük şəhər ucaldıldı, bunun sayəsində Səməndirə qalası Avropanın ən böyük düzənlik qalalarından birinə çevrildi[1].
Kiçik şəhərin içərisində, Dunaya ən yaxın divarında, orta əsr saray həyatının keçdiyi qəbul zalı var idi. Həmçinin Kiçik şəhərda zərgərlik emalatxanası, mətbəə var idi, sikkələr zərb edilirdi. Böyük Şəhər daxilində saray və Xeyirxəbər kilsələri yerləşirdi; sonuncuda Müqəddəs Lukanın olduğu ehtimal edilən qalıqları saxlanılırdı. Böyük şəhər həm də Dubrovnikdən olan koloniyasının fəaliyyət göstərdiyi sənətkarlıq və ticarət mərkəzi kimi tanınırdı.
1459-cu ildə Osmanlı imperiyası tərəfindən tutuldu. 1867-ci ildə knyaz Mixail Obrenoviçin dövründə Səməndirə qalasının açarları Serbiyaya qaytarıldı.
İkinci dünya müharibəsi zamanı alman qoşunları qaladan sursat saxlamaq üçün istifadə edirdilər. 5 iyun 1941-ci ildə döyüş sursatları partlayaraq istehkamın bir hissəsini dağıtmışdır. Partlayış nəticəsində 2500-ə yaxın insan həlak olmuş, 5000-dən çox insan yaralanmışdı. 1944-cü ildə Müttəfiqlərin aviasiyasının bombardmanı qalaya daha böyük ziyan vurmuşdu.
Arxitekturası
redaktəSəməndirə qalası planına baxanda nizamsız üçbucağı xatırladan monumental kompleksdir. Qala bir tərəfdən Dunayla, digər tərəfdən Ezava çayı ilə həmsərhəddir, üçüncü tərəfdən isə açıqdır və yalnız istehkamlarla qorunur. Qala 1,5 kilometr uzunluğunda, qalınlığı 2 metrdən çox divarla əhatə olunub və hündürlüyü təqribən 25 metr olan 25 bürcə (bura Böyük şəhərin 19 və Kiçik şəhərin 6 bürcü daxildir) malikdir.
İstinadlar
redaktə- ↑ Информация Туристической организации общины Смедерево
Xarici keçidlər
redaktə- Starina Novak i knez Bogosav on Wikisource (serb.)
- "Смедеревская крепость". serbia.travel.
- "Смедеревская крепость". otdihvserbii.ru.
- "Смедеревская крепость". srbija.ru.
- "Смедеревская крепость". wikiway.com.
- "Смедеревская крепость". planetofhotels.com.
- Smederevska Tvrđava iz vazduha (4k) — YouTube platformasında
- 4K - Smederevska Tvrđava — YouTube platformasında
- Смедерево Облет крепости — YouTube platformasında