Sensiz Albom - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Sənsiz | ||||
---|---|---|---|---|
Zülfiyyə Xanbabayeva tərəfindən ifa olunmuş studiya albomu | ||||
Yayımlanma tarixi | 2 yanvar 2004 | |||
Yazılma tarixi | 2003–2004 | |||
Janr | Pop, Azəri Pop, soul, jazz | |||
Müddət | 59:35 | |||
Leybl | Sabuhi Records | |||
Prodüser | Nigar Hacızadə | |||
Zülfiyyə Xanbabayeva albomlarının xronologiyası | ||||
|
Albom haqqında
redaktə"Sənsiz" albomu – Zülfiyyə Xanbabayevanın dördüncü solo albomudur. İctimaiyyətə 2004-cü ilin dekabrında təqdim olunan albom satışa 2005-ci il yanvarın 2-si CD olaraq, yanvarın 5-i audiokaset olaraq çıxdı. Bu albomun, demək olar ki, bütün mahnıları məşhur oldu, çox dinlənildi. Albomla eyni adı daşıyan Sənsiz mahnısı radiolarda hələ 2003-cü ilin oktyabrından səslənməyə başladı. ATV telekanalında yayımlanan 10lar verilişi 2004-cü ilin sonu Sənsizi ilin mahnısı seçdi, belə ki, 2004-cü ildə 52 həftə efirə çıxan verilişin onluğunda 45 həftə məhz Sənsiz mahnısının videosu birinci oldu. Mahnı 2005-ci ildə də bir çox hitparadlarda zirvədə yer aldı. Bu mahnı nəinki, ATV, ümumiyyətlə, bütün telekanalların, radioların hitparadlarında 2003-2004-cü illər boyu ilk yerlərdə oldu. 2004-cü ildə Zülfiyyə Xanbabayeva Tarkanla birgə Tofiq Bayramov adına Respublika stadionunda konsert verdi. Albomun başqa bir hit parçası Azərbaycan mahnısı ilk dəfə bu konsertdə səsləndi. Konsert 28 May Respublika Gününə həsr olunmuşdu. Həm Azərbaycan, həm də Sənsiz mahnısının musiqisi Hüseyn Abdullayevə, sözləri isə Zülfiyyə xanımın artıq bir çox mahnılarına söz yazmış İsmayıl Dadaşova aid idi.
Mahnıların siyahısı
redaktə№ | Başlıq | Yazar(lar) | Müddət |
---|---|---|---|
1. | "Sənsiz" | Hüseyn Abdullayev, İsmayıl Dadaşov | 5:48 |
2. | "Duy Özümü" | Kafiyə Abdinova, İsmayıl Əsədov | 4:09 |
3. | "Getdi" | Sevda Məmmədli, Vahid Əlioğlu | 7:12 |
4. | "Ayrılığa Dözərəm" | Kamal, Baba Vəziroğlu | 5:08 |
5. | "Bilmirəm" | Vüqar Camalzadə, Aydın Əhmədzadə | 4:55 |
6. | "Şərq, Qərb" | Emin Kərimi, İsmayıl Əsədov | 3:58 |
7. | "Sən və Mən" (featuring Sual) | Emin Kərimi, İsmayıl Əsədov | 4:11 |
8. | "Səninlə" | Hüseyn Abdullayev, İsmayıl Dadaşov | 6:22 |
9. | "Kor Yağış" | Emin Kərəmi, Ramil Akifoğlu | 4:26 |
10. | "Sənə Qalsın" | Yeganə Axundova, Vahid Əziz | 4:50 |
11. | "Azərbaycan" | Hüseyn Abdullayev, İsmayıl Dadaşov | 4:10 |
12. | "Kor Yağış" (Emin Kərimi mix) | 4:26 | |
Ümumi müddət: | 59:35 |
Albomdan çıxan videolar
redaktə- 2003 Sənsiz
- 2004 Azərbaycan
- 2004 Səninlə
- 2005 Ayrılığa Dözərəm
kliplərin rejissoru Fuad Əlişov oldu
Hitparadlarda mahnıların vəziyyəti
redaktəMahnının adı | Hitparadın adı | Ən yüksək zirvə |
---|---|---|
Sənsiz | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
1 1 1 |
Azərbaycan | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
1 1 1 |
Şərq, Qərb | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
3 - 2 |
Səninlə | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
1 1 1 |
Bilmirəm | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
2 - 1 |
Ayrılığa Dözərəm | Həftənin 40 anı(ANS ÇM) 10lar(ATV) Space Bazar(Space) |
1 1 1 |
Xarici keçidlər
redaktə- Rəsmi səhifəsi
- Rəsmi YouTube Kanalı Arxivləşdirilib 2013-08-01 at the Wayback Machine
- Facebook-da