Seqeleyn Hedisi - Wikipedia
Səqaleyn hədisi (ər:حديث الثقلين) — İslam peyğəmbərindən mütəvatır (Ardı-ardına) Quran və itrətinə (Əhli-Beyt) görə nəql olan hədisdir.
Haqqında
redaktə
انی تارک فیکم الثقلین کتاب الله وعترتی ما ان تمسکتم بهما لن تضلوا بعدی: کتاب الله فیهالهدی والنور حبل ممدود من السماء الی الارض وعترتی اهل بیتی وان اللطیف الخبیر قد اخبرنیانهما لن یفترقا حتی یردا علی الحوض وانظروا کیف تخلفونی فیهما
Tərcümə:
- Mən sizin aranızda iki ağır, qiymətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. O, zamana kimi ki siz bunlara qol atırsız yoldan çıxmayacaqsınız və bu iki yadigarım heç bir zaman birbirlərindən ayrılmayacaqlar.[1]
- Həmçinin Ümmü Sələmə islam peyğəmbərindən nəql edir ki:
Əli Quranladır və Quran Əli ilə bu ikisi birbirlərindən Hovuzda (gölməçə) mənə gəlməyincə ayrılmayacaqlar.[2]
Səqəleyn hədisinin doğruluğu bir Dissertasiyada neçə il bundan əvvəl misirdə Darül Təqribi Məzahibi islami (دارالتقریب بین المذاهب الاسلامیه)-də isbat edilib və çap olunubdur.[3]
Əhi beytə sarılmaq yoxsa xatırlamaq iddiası
redaktəİbn Teymiyyə yazır:
"Səhihi-Müslim"dəki hədis yalnız Allahın kitabına sarılmağı əmr edir, lakin itrət barəsində yalnız "onları xatırlatmaq"la kifayətlənir. Buna görə də üç dəfə "uzəkkirukumullahə fi əhli-beyti" ifadəsinin təkrarı onlara sarılmağa əmr olunmadığını göstərir!"[6]
Müslim hədisi Zeyd ibn Ərqəmdən nəql etmişdir. O, Übeydullah ibn Ziyaddan qorxduğuna görə hədisi tam şəkildə nəql etməmiş, onun "itrətə sarılmaq" hissəsini ixtisara salmışdır. Bu müddəanın dəlili budur ki, Zeyd ibn Ərqəm bir çox hallarda bu hədisə toxunaraq onun mətnini məşhur yolla (təriqlə) nəql etmişdir ki, orada "itrətə sarılmaq" əmr olunur. Müslim, Zeyd ibn Ərqəmin hədisinin izahında "Əhli-beytə sarılmaq" ibarəsini gətirməmişdir. Bundan əlavə Əhməd ibn Hənbəl, nəql etdiyi hədisdə eynilə Müslimin ibarələrini qeyd etmiş və ona Əhli-beytə sarılmağa dair əmr edilən hissəsini əlavə etmişdir.[7] bu hədis təkcə Müslimin nəql etdiyi təriqlə xülasələnmir; əksinə o digər yollarla da nəql olunmuş və onlarda "Qurana və Əhli-beytə sarılmaq" yanaşı qeyd olunmuşdur. Belə ki, Tirmizi həmin hədisi Zeyd ibn Ərqəmdən bu şəkildə nəql etmişdir. Əhli-sünnət alimlərindən bir qrupu da Tirmizinin hədisinin sənədini səhih bilmişlər. Onların bəzləri qeyd edilir:
- İbn Həcər Əsqəlani "Səqəleyn" hədisini nəql etdikdən sonra – orada Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr və təşviq edilir – yazır: "Hədisin sənədi səhihdir."[10]
- Həmçinin, digər bir qrup da hədisi həmin məzmunla (Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağa əmr) nəql etmiş və onu səhih saymışlar. O cümlədən, İbn Həcər Heytəmi[11], Buveysiri[12], Yəqub ibn Süfyan Fəsəvi[13], Qənduzi Hənəfi[14], Mahmud Şükri Alusi[15]. O, yazır: "Səqəleyn hədisi əhli-sünnət və şiə firqələrinin nəzərində sabitdir (mövcuddur)."
- Müttəqi Hindinin "Kənzul-ummal"da nəql etdiyinə əsasən, İbn Cərir Təbəri də hədisi səhih hesab etmişdir.[16] Cəlaləddin Süyutü "Müsnədi İmam Əli" kitabında – Məhamilinin "Əl-əmali" kitabından – nəql edir ki, o da "səqəleyn" hədisini səhih bilir.[17] Həsən ibn Əli Səqqaf Şafei "səqəleyn" hədisini "Sünəni Tirmizi"dən nəql etdikdən sonra yazır: "Hədis sənəd baxımından səhihdir."[18]
- Hakim Nişapuri hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazımlığını çatdıran kəlmələrlə nəql edərək onu Qədiri-Xum hədisi ilə xətm edir və yazır: "Hədis sənəd baxımından Buxari və Müslimin şərtlərinə uyğun olaraq səhihdir. Baxmayaraq ki, o ikisi bu hədisi nəql etməmişlər."[19] İbn Kəsir deyir: "Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər Qədir-Xumda öz xütbəsində buyurdu: "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram…"[20] Həmçinin o, "Səqəleyn" hədisini Nisainin sənədləri ilə nəql etdikdən sonra deyir: "Şeyximiz Zəhəbi buyurmuşdur ki, bu hədis sənəd baxımından səhihdir."[21] Heysəmi hədisi Allahın kitabına və Peyğəmbərin itrətinə sarılmağın lazım (zəruri) olmasını çatdıran məzmunla nəql etdikdən sonra deyir: "Bu hədisi Təbərani "Mocəmul-kəbir" kitabında nəql etmişdir və onun ricallarının hamısı siqə və etibarlıdır."[22]
- Cəmaləddin Qasimi yazır: "Səhih sənədlə sübut olunmuşdur ki, Peyğəmbər öz xütbəsində buyurdu:
اِنِّى تَارِکٌ فِیکُم ُالثَّقَلَیْنِ; کِتَابَ اللهِ وَ عِتْرَتِى… "Mən sizin aranızda iki ağır və qiymətli əmanət qoyuram: Allahın kitabı və itrətim."
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ Burda çoxlu mənbələrdən bəzisini yazırıq:
- Səhihi Tərməzi, c5, s663–662, 30 nəfərdən çox əshabdan nəql etmişdir.(صحیح ترمذی، ج ۵، ص ۶۶۳-۶۶۲، ۳۲۸)
- Müstədrək hakim, Fəziləti əshab bölməsi, c3, s109, Hakim deyirki bu hədis doğrudur və onu iki şeyxeyn(şeyxlər):Buxari və müslım təsdiq etmişlər.(مستدرک حاکم، فصل "فضیلت اصحاب"، ج ۳، ص ۱۰۹، ۱۱۰، ۱۴۸، ۵۳۳)
- Sünən, İbni Macə, c2, s432.(سنن ابن ماجه، ج ۲، ص ۴۳۲)
- Müsnədi Əhməd İbni Hənbəl, c3, s14,17,26,59, c4,366,372,370(مسند احمد بن حنبل، ج ۳، ص ۱۴، ۱۷، ۲۶، ۵۹، ج ۴، ص ۳۶۶، ۳۷۲-۳۷۰)
- Fəzaili Səhabə, Əhməd ibni Hənbəl, c2, s585,990-cı hədis(فضایل صحابه، احمد بن حنبل، ج ۲، ص ۵۸۵، حدیث ۹۹۰)
- Xəsaisi Nisai, s21.30(خصایص نسایی، ص ۲۱، ۳۰)
- Səvaiqül Möhrəqə, İbni Həcəri Heysəmi,11-ci Bölmə,1-ci bəxş, s230(صواعق المحرقه، ابن حجر هیثمی، فصل ۱۱، بخش ۱، ص ۲۳۰)
- Kəbiri Təbrani, c3, s63.62.137.(کبیر طبرانی، ج ۳، ص ۶۳-۶۲، ۱۳۷)
- Kənzül imal, Mütəəqi hindi, Etisam be həblillah bölməsi, c1, s44.(کنزالعمال، متقی هندی، فصل اعتصام به حبل ا…ه ج ۱، ص ۴۴)
- Təfsiri ibni Kəsir, c4, s113(تفسیر ابن کثیر، ج ۴، ص ۱۱۳،)
- Təbəqatil Kobra, İbni səd, c2, s194,Livan çapı(طبقات الکبری، ابن سعد، ج ۲، ص ۱۹۴،)
- Əl Cəmiül Əlsəğir, Siyuti, c1, s353, və c2.(الجمیع الصغیر، سیوطی، ج ۱، ص ۳۵۳)
- Məcməül Zvaid, Heysəmi, c9, s163.(مجمع الزوائد، هیثمی، ج ۹، ص ۱۶۳)
- Fatih ül Kəbir, Benhani, c1, s451.(فاتح الکبیر، بنهانی، ج ۱، ص ۴۵۱)
- Cameül usul, İbni Əsir, c1, s187.(جامع الاصول، ابن اثیر، ج ۱، ص ۱۸۷)
- Tarixi ibni Əsaker, c5, s436.(تاریخ ابن عساکر، ج ۵، ص ۴۳۶)
- darül Mənsur, Hafizi Siyuti, c2, s60.(درالمنثور، حافظ سیوطی، ج ۲، ص ۶۰)
- Yənabiül Məvəddə, Qənduzi Hənəfi, s38,183.(ینابیع المودة، قندوزی حنفی، ص ۳۸، ۱۸۳)
- ↑
- Müstədrək hakim, c3, s124,مستدرک حاکم، ج ۳، ص ۱۲۴
- Səvaiqül mühriqə, İbni Həcər,9-cu fəsl,2-ci bölmə, s191.194صواعق المحرقه، ابن حجر، فصل ۹، بخش ۲، ص ۱۹۱، ۱۹۴
- Tarixül Xüləfa, Cəlaləddin iyuti, s173,تاریخ الخلفا، جلال الدین سیوطی، ص ۱۷۳
- ↑ "Vəhdət və islami birlik Ayatüllah brucərdi baxışığında, farsca". 2010-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-01-24.
- ↑
- Səhihi buxari, babi kitabəl elm men babi kitabəl elm, c1, s22(صحیح بخاری، باب کتابه العلم من کتاب العلم، ۱/ ۲۲)
- Müsnədi əhməd hənbəl, Təhqiq əhməd şakir,2992-ci hədis(مسند احمد حنبل، تحقیق احمد محمد شاکر، حدیث ۲۹۹۲)
- Təbəqati ibni səd, c2, s44, Beyrut çapı(طبقات ابن سعد، ۲/ ۲۴۴، بیروت.)
- ↑ Sünniler bu hədisi islam peyğəmbərinin sünnətine sarılmaq, Əhli-Beyt və səhabələri xatırlatmaq olaraq alırlar. (Məhəmməd peyğəmbər'in Əhli-Beyti İmam Əli, Həzrəti Fatimə, İmam Həsən və İmam Hüseyn'dir.)
- ↑ "Minhacus-sunnə", 4-cü cild, səh. 104.
- ↑ "Dirasatul-ləbib fil-usvətil-həsənəti bil-həbib", səh. 231–237
- ↑ "Səhihu sunənit-Tirmizi", 3-cü cild, səh. 543, hədis: 3788.
- ↑ "Səhihul-camius-səğir", 1-ci cild, səh. 842, hədis: 2457.
- ↑ "Əl-mətalibul-aliyə" 4-cü cild, səh. 65, hədis: 3972.
- ↑ "Əs-səvaiqul-muhriqə", 2-ci cild, səh. 428.
- ↑ "İthaful-xiyərətul-muhərrə", 9-cu cild, səh. 279.
- ↑ "Əl-mə`rifətu vət-tarix", 1-ci cild, səh. 536.
- ↑ "Yənabiul-məvəddət", 1-ci cild, səh. 120, nömrə: 45.
- ↑ "Muxtəsərut-tuhfə", səh. 52.
- ↑ "Kənzul-ummal", 1-ci cild, səh. 379, hədis: 1650.
- ↑ "Musnədu Əli (əleyhis-salam)", səh. 192, hədis: 6050.
- ↑ "Səhihu səlatin-Nəbi (səlləllahu əleyhi və alih)", səh. 29.
- ↑ "Mustədrək", Hakim, 3-cü cild, səh. 118, hədis 4576.
- ↑ "Təfsiru İbn Kəsir", 4-cü cild, səh. 122.
- ↑ "Əl-bidayətu vən-nihayə", İbn Kəsir, 5-ci cild, səh. 228; "Əssirətun-Nəbəviyyə", İbn Kəsir, səh. 416.
- ↑ "Məcməuz-zəvaid", 1-ci cild, səh. 170.
- ↑ "Cəvahirul-əqdeyn", səh. 236.
- ↑ "Təhzibul-luğət", 25-ci cild, səh. 264.
- ↑ Əli Əsgər Rizvani, "İmamşünaslıq və şübhələrə cavab", (2), səh. 342.