Serdahar - Wikipedia
Sərdahar — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə İsmayıllı rayonunun Tağlabiyan kənd Sovetinin Sərdəhar kəndi Zərnava kənd Sovetinin tərkibinə verilmişdir.[1]
Sərdahar | |
---|---|
40°46′33″ şm. e. 48°19′00″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Coğrafiyası və iqlimi
redaktəKənd "Mərkəzi" turizm zonasında, Girdiman çayının sol sahilində yerləşir. "İsmayıllı-Lahıc" daxili turist marşrutu və "İsmayıllı-Lahıc-Quba" turist marşrutu kəndin yaxınlığından keçir. Kənddən Tircan kəndinə piyada və atla getmək üçün cığır vardır. Kəndə avtomobillə getmək olar.
Əhalisi
redaktəƏhalisi 189 nəfərdir ki, onun da 93 nəfəri kişi, 96 nəfəri qadındır.
İqtisadiyyatı
redaktəƏhali əsasən heyvandarlıq və bostançılıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kənddə yeməkxana və çayxana yoxdur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 August 2022.
Həmçinin bax
redaktə İsmayıllı rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |