Serdrud Doyusu - Wikipedia
Sərdrud döyüşü — 21 aprel 1408-ci ildə Qara Yusif rəhbərliyi altındaki Qaraqoyunlu ordusu ilə Sultan Miranşah rəhbərliyi altındaki Teymuri ordusu arasında baş verən qanlı vuruşma.Qaraqoyunlular qələbə qazanaraq Teymuriləri Şərqi Anadolu, Azərbaycan və Qərbi İrandan qovdu. Bu qələbə ilə Teymurilər dövləti qərbə heç bir təsir edə bilmədi və Fətrət dövrünə girən Osmanlılar və Məmlük dövləti yenidən güclənməyə başladı.[8][9][10][11]
Sərdrud döyüşü | |||
---|---|---|---|
Teymurilərin Azərbaycana yürüşləri | |||
| |||
Tarix | 21 aprel 1408 | ||
Yeri | Təbriz şəhəri yaxınlığı, Sərdrud ovası | ||
Səbəbi | Qara Yusifin Azərbaycanı Teymurilərdən qurtarma çabaları[1] | ||
Nəticəsi |
Mütləq Qaraqoyunlu qələbəsi[2] |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
|
Döyüşdən öncə
redaktə1406-cı ildə Naxçıvan döyüşündəki məğlubiyyətinin intiqamını almaq üçün hazırlanan Əbu Bəkirin ordusu, Cevani Qurbani, Əmir Tahir, Əmir Novruz, Əbdurrəhman kimi əmirlərin 5 minlik ordusunun qatılması ilə daha da gücləndi. Əbu Bəkir Qara Yusiflə vuruşmaq üçün möhkəm hazırlıq görürdü. Bu səfər üçün Azərbaycan və ətrafındaki əmirlərin ona kömək etməsini istəyirdi. Yeni qatılan ordu və əmirlər ilə Mirzə Əbu Bəkir istişarə qurultayı qurdu. Beləliklə qurultayda Çağataylar Qara Yusif və Türkmənlərin üzərinə yürüməyə qərar verildi. Qısa müddət sonra bu planı yerinə yetirmək üçün Təbrizdən yola çıxdılar[12]
Döyüşə hazırlıq
redaktəQara Yusif Mirzə Əbu bəkirin bu planından xəbərdar oldu və mövcud mövqeyini qoruyaraq Mirzə Əbu bəkiri dəf etmək üçün hazırlıqlara başladı.807/13 aprel 1408-ci ildə Sərdrud'a gəldi. Əsgərlərinə burda xəndəklər qazmağı əmr etdi.[13]İki gün sonra 15 apreldə Əmir Bistam, Ahi Fərəc, Əmir Məsum, Pir Hüseyin və qardaşı Pir Mehmed Qara Yusifə qatıldı.Qara Yusif məşvərət toplayaraq döyüşüb döyüşməmək haqqında İraq və Türkmən əmirləri ilə danışdı.Qara Yusif İraq əmirlərinə :
Mən Türkmən qəbiləsindənəm, yaylağım aladağ, qışlağım diyarbəkir və fərat sahilləridir. Səltənət işləri oqədərdə məni maraqlandırmır. İndi Mirzə Əbu bəkir ər meydadına gəlməktədir. Onun sizin üstünüzdə haqqı var, onun tərəfinə keçsəniz sizə hörmət edərəm[14]
dedi və İraq Əmirləri isə Qara Yusifə :
Biz bu xanədanın düşmənlərini qətiyyətlə pərişan edəcəyik.[15]
dedi, Qara Yusif isə bu sözlərdən təsirlənərək döyüşə hazırlanmalarını əmr etdi.[16][17]
Döyüş
redaktəQara Yusif onu dəstəkləyən əmirlərə hədiyyələr verdi və dahada həvəsləndilər. Gələn əmirlər ilə Qara Yusifin ordusu 20.000 süvariyə çatdı.[18]Teymuri ordusu ikə bundan iki dəfə çox idi, yəni 40.000 əsgər idi.[19]Tərəflər Sərdrud adlı yerdə üz üzə gəldi.Qara Yusif atına minərək sağ qanadda idi. Nəhayət döyüş başladı, Qaraqoyunlular sürətli həmlələr edərək ilk həmlədəcə Teymuri ordusunu pərən-pərən saldı. Vəziyyətin ağır olduğunu görən Mirzə Əbu Bəkir Əmir Cəlaəddin dizəkə hücum etdi. Əmir Dizək saxta geri çəkilmə edərək Mirzə Əbu Bəkiri döyüş meydanından uzaqlaşdırdı. Mirzə Əbu Bəkir Əmir Dizək ilə Əmir Pizək'i təqib etməyi buraxdı. O hətta Dizək ilə Pizəki öldürmüşdü[20]. Ancaq geri döndüyündə o dəhşətli mənzərə ilə qarşılaşdı. Döğər Musa'nın nökərlərindən birisi (əsgər) Miranşahı öldürmüş, Teymuri ordusu darmadağın edilmişdi.[21]Mirzə Əbu Bəkir anladı ki Qara Yusif ağıllıca bir taktika ilə onu tora salmışdı.Qara Yusif rəqibin Mərkəzə hücum edəcəyini bilərək sağ qanada keçmiş, bundan sonra isə Əmir Bistam ilə sağ və sol cinahdan Teymuri ordusunu mühasirəyə almışdı.[22]Teymurilərin əsas qüvvəsini təşkil edən Cəvani Qurbani və ordusu isə bu təzyiqə tab gətirməyərək dağılmış və ağır itkilər vermişdir.Qara Yusif bunu görərək ordunu ikiyə ayırmış, özü çağatay mərkəzinə hücum etmiş, Hacı baba bəyin gəvərudlarını darmadağın etmişdi. Əmir Bistam isə Çağatayların arxasına keçərək onları sıxışdırmağa başladı. Bununlada Miranşahın əmrindəki arxa ordunun nizamı pozuldu, Miranşah isə öldürüldü.[23] Əkbər Nəcəfə görə, Sərdrud döyüşündə sadəcə 3 saat içində Qaraqoyunlular böyük qələbə qazanmışdılar.[24]
Sərdrud döyüşünün önəmi
redaktəBu döyüşün tarixdə önəmli bir yeri vardır. Tarixci K. Erola görə Sərdrud, Şərq tarixinin ən önəmli döyüşlərindəndir.[25]Sərdrud döyüşü ilə Teymurilərin qərb tərəfindəki fəthlərinin nəticəsi ortadan qalxır, Əmir Teymurun ölümündən 4 il sonra Qərbi irandan Teymurilər qovulurdular və Qaraqoyunlular üstünlük qururdular.[26][27]
Qara Yusif dövrü Qaraqoyunlular 1408–1420
Qara Yusifin şücayəti
redaktəQaraqoyunlu hökmdarı Qara Yusif bu döyüşdə çox böyük qəhrəmanlıqlar göstərmişdi.Qara Yusif özü şəxsən Teymurilərin ordusuna hücum edərək manevrlar ilə onların nizamını pozurdu. Hətta Teymurilər belə ona heyran qalmışdı.Şahruxun saray tarixcisi Hafız-î Əbru, Qara Yusifin cəsarətinə heyran qalaraq bunları demişdi :
Qara Yusif adlı igid, İsfəndiyar[28] kimi döyüş meydanına girdi,
Ata minən yeriyən dağ kimi,
yüz əsgərin canını aldı[29]
İstinadlar
redaktə- ↑ Kırzıoğlu, Kars Tarihi, I, s.484
- ↑ İsmail Aka, Mirza Şahruh ve Zamanı, s.51-55
- ↑ Colophons, (1301-1480), nşr Avedis Sanjian, s.131
- ↑ Erol Keleş, Doğu Anadoluda Karakoyunlu Timurlu mücadelesi, s.225
- ↑ Peter B.Golden, s.377
- ↑ Mustafa Yasin, Kara Yusuf ve dönemi, s.76
- ↑ Yohannes, Türkler ve tatarlar arasında, s.62
- ↑ Timurlu Devleti'nin askeri teşkilatı s.5
- ↑ Feridun Emecen, Ilk osmanlı ve batı beylikleri s.49
- ↑ İsmail Aka, Şahruh'un Karakoyunlular üzerine seferleri s.20
- ↑ Enver Konukçu, Kara ve Akkoyunluların yurdunda, İstanbul 1993, s.7
- ↑ Bouvat, Şahruh Mirza, s.286
- ↑ Kazanasmaz, Kara Yusuf ve Zamanı, s.77
- ↑ Mirhand, Ravzatu's sâfa I/4–6, s.1137
- ↑ Faruk Sümer, Karakoyunlular, I, s.75
- ↑ Hasan-ı rumlu, Ahsanüt Tevarih, s.62
- ↑ Arayancan, Karakoyunlu Hükümdarlarından Cihanşah ve dönemi, s.85
- ↑ İsmail Aka, İranda Türkmen Hakimiyyeti, s.6
- ↑ Əkbər Nəcəf, Qara Yusif, s.80
- ↑ İsmail Aka, Timur ve Devleti, s.44
- ↑ Schiltberger, Türkler ve Tatarlar arasında, s.86
- ↑ Əkbər Nəcəf, Qara Yusif, s.81
- ↑ Əkbər Nəcəf, Qara Yusif, s.82
- ↑ Əkbər Nəcəf, Qara Yusif, s.82
- ↑ Erol Keleş, Doğu Anadoluda Karakoyunlu Timurlu mücadelesi, s.226
- ↑ Bünyadov, 1994 s.363
- ↑ Mahmudov, 2011 s.23
- ↑ İran kralının adıdır, Fars mitologiyasına görə əfsanəvidir.
- ↑ Hafız-î Ebru Zübdet'üt Tevarih Neşr : Seyyid Kemal Hacı Seyyid Cevadi, Tahran 1372, c. I s. 422