Serein - Wikipedia
Səreyn (Sarıqaya) — Cənubi Azərbaycanın Ərdəbil ostanında, Savalan dağının ətəyində yerləşən şəhər.
Şəhər | |
Səreyn | |
---|---|
fars. سرعین azərb. Səreyn / سرئین | |
38°09′00″ şm. e. 48°04′15″ ş. u.HGYO | |
Ölkə | |
Ostan | Ərdəbil ostanı |
Tarixi və coğrafiyası | |
Əvvəlki adı | Sarıqaya |
Saat qurşağı | UTC+03:30 |
Əhalisi | |
Əhalisi | 5,459 nəfər (2006) |
Milli tərkibi | Azərbaycanlılar |
Vikianbarda əlaqəli mediafayllar |
Bölgənin adı farsca "baş, üst, təpə" mənalarını daşıyan "sər", və ərəbcə "göz, bulaq" mənalarını daşıyan "eyn / əyn" sözlərindən ibarətdir; adın mənası "bulaq başı", "bulaqlı təpə" kimi açıqlana bilər. Bölgənin Azərbaycan türkcəsindəki keçmiş adı isə Sarıqayadır.
Bu şəhər təqribən 8000 nəfər əhaliyə malikdir və istisuyuna görə məhşurdur.
Səreyn müalicə əhəmiyyətinə malik istisuyu ilə şöhrət qazanmışdır. Belə yüksək müalicəvi xassəyə malik suya dünyanın çox az yerində rast gəlmək olar. Məhz bu səbəbdən istisu özünə həm ölkədaxilindən, həm də ölkəxaricindən hər il minlərlə turist cəlb edir.
Səreynin tanınmış istisuları arasında Qarasu, Sarısu, Camışgölü, Qəhvəsuyu, Beşbacılar istisularının adlarını çəkmək olar. Həmçinin Səreyn yaxınlığında yerləşən Vilədərə kəndi öz qazlı müalicəvi mineral suyuyla məşhur bulağa sahibdir.