Serxan Ocaqverdiyev - Wikipedia
Sərxan Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Qasım İsmayılov rayonu – 5 may 1992, Talış, Ağdərə rayonu[d]) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.[1]
Sərxan Ocaqverdiyev | |
---|---|
Sərxan Surxay oğlu Ocaqverdiyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 16 iyul 1967 |
Doğum yeri | |
Vəfat tarixi | 5 may 1992 (24 yaşında) |
Vəfat yeri |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Respublikası |
Rütbəsi | əsgər |
Döyüşlər | |
Təltifləri |
Həyatı
redaktəSərxan Ocaqverdiyev 16 iyul 1967-ci ildə Goranboy rayonu Səfikürd kəndində anadan olmuşdur. 1975-ci ildə Tatarlı kənd orta məktəbinin I sinfinə getmiş, 1985-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. 1985-ci ildə Sovet ordusu sıralarında xidmət etmiş, 1987-ci ildə ordudan tərxis olunmuşdur. Həmin il Gəncə Maşınqayırma Texnikumuna daxil olmuş 1989-cu ildə oranı bitirərk Gəncə Maşınqayırma Zavodunda işə daxil olmuşdur.
Döyüşlərdə iştirakı
redaktə1991-ci ildə Xocalı soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılmışdır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü Talış kəndində 5 may 1992-ci ildə olmuşdur.
Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir.
Nişanlı idi.
Hal-hazırda oxuduğu Tatarlı kənd orta məktəbi onun adını daşıyır.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 234.
İstinadlar
redaktə- ↑ "National Heroes". Azerbaijans.com. 3 January 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2018.