Ss - Wikipedia
SS (alm. Schutzstaffel — "mühafizə dəstəsi") — 1925–1945-ci illərdə Adolf Hitlerin rəhbərliyi altında Nasional Sosialist Alman Fəhlə Partiyasının tərkibində fəaliyyət göstərmiş hərbiləşdirilmiş təhlükəsizlik təşkilatıdır.
Əlaqəli mövzular
İstiqamətlər
Doktrinalar
Təşkilatlar
Faşist liderlər
Faşist dövlətlər
|
1923-cü ildə SS, Münhendə partiya iclaslarının təhlükəsizliyini təmin etmək üçün partiya könüllülərindən ibarət Saal-Schutz ("Zal Mühafizəsi") kimi tanınan kiçik mühafizə dəstəsi ilə fəaliyyətə başladı. 1925-ci ildə SS-in təsisçilərindən biri olan Julius Schreck təşkilatın lideri oldu və müəyyən islahatlar aparıldı. Eyni ildə təşkilata Heinrich Himmler qoşuldu. Onun rəhbərliyi altında (1929–1945) SS, Nasist Almaniyasının ən güclü təşkilatlarından birinə çevrildi. SS, Nasist Partiyasının hakimiyyətə gəlişindən 1945-ci ildə rejimin süqutuna qədər Almaniya və onun işğalı altında olan Avropada təhlükəsizlik, kəşfiyyat və terrorun ən qabaqcıl orqanı idi.
SS-in emblemi 1933-cü ildə SS şturmhauptfüreri Valter Hek tərəfindən simvolik məbləğ olan 2,5 alman markası qarşılığında yaradılmışdır.[1][2] Emblemdəki ildırım işarələri Armanen runlarından alınmışdır, qələbəni simvolizə edir, eləcə də SS-in baş hərfləri üçün dayanır.[3][4]
Tarix
redaktə1923-cü ilin martında Emil Moris və Berxtold Münhendə Herman Erhardtın briqadasına daxil olan "Fırtına ordusu"dan Nasional Sosialist Alman Fəhlə Partiyasının əsasını qoyan Adolf Hitler üçün xüsusi təyinatlı "Ştab gözətçisi" (alm. Stabswache) adlı təhlükəsizlik təşkilatı yaradır.[5][6] 1923-cü ilin mayında Erhardt Hitler ilə münasibətini kəsir və adamlarını "Ştab gözətçisi"ndən çıxarır.[7][8] Həmin ilin mayında Yulius Şrek "Adolf Hitlerin zərbə ordusu" (alm. Stosstrupp Adolf Hitler) adında bir neçə şəxsi heyət üzvündən ibarət təhlükəsizlik təşkilatı yaradır.[9][10] 1923-cü ildə Adolf Hitlerin rəhbərliyi altında baş vermiş Pivə qiyamından sonra Nasional Sosialist Alman Fəhlə Partiyasına qadağa qoyulmuş və Adolf Hitler həbs edilərək, "Adolf Hitlerin zərbə ordusu" fəaliyyətini dayandırır.[11][12]
Adolf Hitlerin azad olunmasından sonra 5 aprel 1925-ci il tarixində onun şəxsi sürücüsü olmuş "Adolf Hitlerin zərbə ordusu"nun veteranı Yulius Şrekə Milli Sosialist Alman Fəhlə Partiyası üçün yeni təhlükəsizlik təşkilatı yaratmağı əmr verir. Yulius Şrek əmrə tabe olaraq keçmiş "Adolf Hitlerin zərbə ordusu"ndakı şəxsləri yeni ordu üçün yığmağa başlayır. Onlardan tapılmış 8 nəfər yeni orduda xidmət etməyə razı olur. Yeni yaradılmış xüsusi təyinatlı təhlükəsizlik təşkilatının adı "Qoruma komandası" (alm. Schutzkommando) olur. Sonradan Vilhelm Herinqin təklifi ilə təşkilatın adı "SS" (alm. die SS) qoyuldu.[13][14] Orduda xidmət edənlər isə "SS-dən gələn başkəsənlər" adlanırdı. Xidmət edənlərin çox hissəsi isə cinayətkarlardan ibarət idi. 9 noyabr 1925-ci ildə, 1919-cu ildən fəaliyyət göstərən "Alman İşçi Partiyası"nın (alm. DAP) rəsmi adı "Nasional Sosialist Alman Fəhlə Partiyası SS" (alm. die SS der NSDAP) olur.[15][16] 1945-ci ildə "SS", "NSDAP" və onunla əlaqəli digər partiyaların fəaliyyətinə qadağan qoyulmuşdur. 1946-cı ildə isə "SS" cinayətkar təşkilatı olaraq tanınmış və qadağan edilmişdir.
Strukturu
redaktəSS-in iki əsas struktur vahidi Allgemeine SS (Ümumi SS) və Waffen SS (Silahlı SS) idi. Allgemeine SS, Nasist Almaniyasının irqi siyasətinin və ümumi polisin həyata keçirilməsinə cavabdeh idi. Waffen SS isə, SS-in Hitlerə sadiq döyüş bölmələrindən ibarət idi. SS-in üçüncü komponenti olan SS-Totenkopfverbände (alm."Ölümün Başı Birlikləri") konsentrasiya düşərgələrini və məhvetmə düşərgələrini idarə edirdi. SS-in əlavə bölmələrinə Gestapo və Sicherheitsdienst (SD) təşkilatları daxil idi. Onlara nasist dövlətinin faktiki və ya potensial düşmənlərini aşkar etmək, hər hansı müxalifəti zərərsizləşdirmək, alman xalqının nasist ideologiyasına sadiqliyinə polis nəzarətini təmin etmək, daxili və xarici kəşfiyyatın icrası tapşırılmışdı.
Şəkillər
redaktə-
SS emblemi
-
SS bayrağı
Ədəbiyyat
redaktə- Залесский К. А. СС. Охранные отряды НСДАП. — М.: Яуза, Эксмо, 2004. — 656 с. — ISBN 5-699-06944-5.
- Залесский К. А. Охранные отряды нацизма: Полная энциклопедия СС. — М.: Вече, 2009, С.260, ISBN 978-5-9533-3471-6.
- Тайны чёрного ордена СС. — М.: Яуза, 2006. — 752 с. — ISBN 5-87849-192-3.
- Леманн В. Череп на фуражке. Смерть — его ремесло. — М.: Яуза, 2010. — 256 с. — ISBN 978-5-9955-0137-4.
İstinadlar
redaktə- ↑ Lumsden 2002, p. 18.
- ↑ Yenne 2010, p. 71
- ↑ Залесский, 2009, с. 260.
- ↑ Мюллер-Гиллебранд. Сухопутная армия Германии. 1933–1945 стр. 705.
- ↑ McNab 2009, pp. 14, 16.
- ↑ McNab 2009, p. 14.
- ↑ Weale 2010, p. 16.
- ↑ McNab 2009, p. 16.
- ↑ Flaherty 2004, p. 20.
- ↑ Mitchell 2008, p. 55.
- ↑ Weale 2010, p. 26.
- ↑ Claudia Koonz, The Nazi Conscience, p. 22.
- ↑ Lumsden 2002, p. 14.
- ↑ Weale 2010, pp. 26–29.
- ↑ Koehl (2004). The SS: A History 1919–45, p. 34.
- ↑ Cook, Stan & Bender, R. James. Leibstandarte SS Adolf Hitler, R. James Bender Publishing, 1994, pp. 17, 19.