Ssri Ali Soveti - Wikipedia
SSRİ Ali Soveti (rus. Верхо́вный Сове́т СССР) — 1936–1989-cu illərdə SSRİ-nin konstitusiya ilə birbaşa, bərabər və gizli seçilən ali hakimiyyət orqanı. 1989–1991-ci illərdə SSRİ xalq deputatları qurultayı vasitəsilə seçilən daimi fəaliyyət göstərən parlamenti.
SSRİ Ali Soveti | |
---|---|
Верховный Совет СССР | |
Ümumi məlumatlar | |
Təsis tarixi | 12 yanvar 1938 |
Ləğv olunma tarixi | 26 dekabr 1991 |
Vikianbarda əlaqəli mediafayllar |
Strukturu
redaktəİki bərabərhüquqlu palatadan — İttifaq Sovetindən və Millətlər Sovetindən ibarət idi. 1936-cı il SSRİ Konstitusiyasına görə səlahiyyət müddəti 4 il, 1977-ci il SSRİ Konstitusiyasına görə isə 5 il idi.
İnzibati ərazilərin Ali Sovetdə təmsilçiliyi
redaktə1977-ci il SSRİ Konstitusiyasına görə müttəfiq respublikalar əhali sayından asılı oımayaraq hər biri 750 yerlik Millətlər Sovetində 32 yerə malik idilər. Muxtar respublikalar, muxtar vilayətlər və muxtar dairələr müvafiq olaraq 11, 5 və 1 yerə malik idilər. İttifaq Sovetində isə 750 yerlik palataya əhali sayına görə deputat seçilirdi.