Sabir Mirzeyev Xanende - Wikipedia
Sabir Nüsrət oğlu Mirzəyev (1943, Astraxanbazar rayonu – 23 iyul 2011, Təbriz) — Azərbaycanın Əməkdar artisti (2007), Azərbaycan xanəndəsi, Çahargah muğamının görkəmli ifaçısı.
Sabir Mirzəyev | |
---|---|
Sabir Nüsrət oğlu Mirzəyev | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 1943 |
Doğum yeri | |
Vəfat tarixi | 23 iyul 2011 |
Vəfat yeri | |
Vəfat səbəbi | Ağır ürək-damar xəstəliyi |
Dəfn yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | Xanəndə |
Fəaliyyət illəri | 1960-2011 |
Janr | Muğam |
Səs tembri | Tenor |
Mükafatları |
Həyatı
redaktəSabir Mirzəyev 1943-cü ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan incəsənətinin tanınmış xadimləri sırasında S. Mirzəyevin layiqli yeri vardır. O, əmək fəaliyyətinə 1960-cı ildə başlamışdır və 40 il ərzində Dövlət Filarmoniyasında, "Azərkonsert" birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şərkətində öz sənəti ilə xalqa xidmət etmişdir.
Tanınmış sənətkarların ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan S. Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir.
Onun ifa etdiyi "Qarabağın maralı", "Şuşanın dağları", "Nazlana-nazlana", "Gülə-gülə", "Aşıqəm" xalq mahnıları, "Cahargah" və "Rast" muğamları qızıl fondunda saxlanılır.
O, Prezident təqaüdçüsü idi.
2007-ci ildə Əməkdar artist adını almışdır.
23 iyul 2011-ci ildə Təbrizdəki xəstəxanada vəfat etmişdir.[1]
İstinadlar
redaktə- ↑ "Azərbaycan mədəniyyətinə ağır itki üz verib". 2012-08-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-07-23.
Xarici keçidlər
redaktə- Sabir Mirzəyev — Cahargah muğamı [1]
- Sabir Mirzəyev — Mirzə Hüseyn segahı (Sahib Paşazadə — Tar, Toğrul Əsədullayev — Kamança)[2]
- http://qafqazinfo.az/AZƏRBAYCAN_MƏDƏNIYYƏTINƏ_AĞIR_ITGI_ÜZ_VERIB-2038-xeber.html Arxivləşdirilib 2012-08-26 at the Wayback Machine