Sabit Rehman - Wikipedia
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970[1], Bakı[1]) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi.
Sabit Rəhman | |
---|---|
Sabit Kərim oğlu Mahmudov | |
Doğum tarixi | 26 mart 1910 |
Doğum yeri | |
Vəfat tarixi | 23 sentyabr 1970[1] (60 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | yazıçı, nasir, dramaturq, ssenarist |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir.
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat etmişdir.
- Bəstəkar Emin Sabitoğlunun atasıdır.
- Musiqişünas Ceyran Mahmudovanın babasıdır.
Əsərləri
redaktə- Hekayələri:
"Şirin bülbül", "Qudurğan", "Mir Qasımın macəraları", "Kölgələr", "Mirzəkələntər", "Xəyal plov", "Nikolay taxtdan düşdü", "Qohumlar".
- Povestləri:
"Vəfasız", "Son faciə".
- Pyesləri:
"Toy", "Xoşbəxtlər", "Aşnalar", "Aydınlıq", "Əliqulu evlənir", "Yalan" və s.
- Romanı:
"Nina".
Kitabları
redaktə- Pozğun (hekayələr). Bakı: 1931
- Şirin bülbül (hekayələr). Bakı: 1933
- Vəfasız (povest). Bakı: 1933
- Xəyalplov. Bakı: 1938
- Son faciə (povest). Bakı: 1939
- Hüseyn Ərəblinski (povest). Bakı: 1948
- Hədiyyə. Bakı: 1949
Filmoqrafiya
redaktə- Arşın mal alan (film, 1945) — (ssenari müəllifi)
- O olmasın, bu olsun (film, 1956) — (ssenari müəllifi)
- Koroğlu (film, 1960) — (ssenari müəllifi)
- Əhməd haradadır? (film, 1963) — (ssenari müəllifi)
- Ulduz (film, 1964) — (libretto müəllifi)
- Hicran (teatr tamaşası, 1983) — (ssenari müəllifi)
- Şirin bülbül (film, 2000) — (əsərin müəllifi)
- Gülüş fenomeni. Sabit Rəhman (film, 2014)
Mənbə
redaktə- Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
- Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 106.
Xarici keçidlər
redaktə- S. Rəhman adına Şəki Dövlət Dram Teatrı Arxivləşdirilib 2009-04-05 at the Wayback Machine
- ↑ 1 2 3 4 Рахман Сабит // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.