Saciler - Wikipedia
Sacilər — Ərəb əsarətinə qarşı mübarizə dövründə Azərbaycanda yaranmış güclü [1] dövlətlərindən biri idi. Sacilər dövləti Azərbaycanı, İranı, qismən Türkiyə və İraq ərazilərini əhatə etmiş dövlətdir. Dövlətin əsasını 898-ci ildə Məhəmməd İbn Əbu Sac qoymuşdur.
Tarixi dövlət | |
Sacilər | |
---|---|
Sacilər dövləti | |
|
|
|
|
Paytaxt | |
Dilləri | fars dili |
Rəsmi dilləri | türk |
Dövlət dini | sünni islam |
İdarəetmə forması | Monarxiya |
Davamiyyət | |
→ | |
Vikianbarda əlaqəli mediafayllar |
Sacilər dövləti - Məhəmməd ibn Əbu Sac tərəfindən əsası qoyulmuş dövlətin paytaxtları müxtəlif vaxtlarda Marağa və Ərdəbil şəhərləri olmuşdur. Dövlət 941-ci ildə süqut etmişdir.
Sülalənin mənşəyi
redaktəSacilər dövlətini Sacilər yaratmışlar. Sacilər mənşəcə Mərkəzi Asiyanın Əşrusən[q 1] vilayətindən idilər. Azərbaycan mənbələrində onların türk mənşəli,[2] Qərb mənbələrində isə soqd mənşəli olduğu qeyd edilir.[3][4] Mənbələrin məlumatına görə, Əbu Sac Divdad Afşin titullu türk əmirləri nəslindən olan adlı-sanlı sərkərdə idi.[5] M.X.Şərifli qeyd edir ki, bu dövlətin tarixi son vaxtlaradək ətraflı öyrənilmirdi. Bu dövlətin meydana gəlməsi, tərəqqisi və süqutu tarixi tədqiqatçıların diqqətindən yayınmışdır.[6]
Professor P.K.Juze qeyd edir ki, "Sacilər IX əsrin ikinci yarısında meydana gəlib, Azərbaycana bir neçə bacarıqlı hökmdar verən türk sülaləsindən sayılır. Sacilərin nümayəndəsi olan Əbu Sac Divdad Usruşanda dağlıq Cankakat kəndindədir. Bu sülalə Xilafət qarşısındakı xidmətlərinə görə Xilafətin çox böyük əyaləti olan Azərbaycanı bir mülk kimi almışdı."[7]
Bəzi müəlliflər isə, Sacilərin türk yox soğd mənşəli olduğunu yazırlar. Klifford Edmund yazır ki, Sacilər soğd mənşəli sülalə idilər və Sacilər sülaləsinin nümayəndələri bir qayda olaraq, Afşin titulu daşıyırdılar.[8] V.Minorski isə onun fikrini təsdiqləyərək bildirir: "Onlar Orta Asiyanın Əşrusən (Usruşana) vilayətinin qədim soğd nəsillərindən idilər. Ərəb ordusunun bir çox məşhur sərkərdələri, о sıradan Afşin Heydər ibn Kavus bu torpaqdan çıxmışdılar. Bəzi mənbələrdə türk kimi anılıblar, lakin onu da qeyd etmək lazımdır ki, o vaxtı ərəblər Orta Asiyadan çıxan bütün xalqları, tayfaları türk sayırdılar".[9][10][11][12][13]
Əbu Sac Divdad
redaktəIX əsrdə xilafətə qarşı mübarizə şəraitində Azərbaycanda meydana gələn feodal dövlətlərindən biri Sacilər dövləti idi. Xilafətin zəifləməsi nəticəsində vilayət hakimlər ilə yanaşı, ayrı-ayrı sərkədələrin də nüfuzu artır, mövqeyi güclənirdi. Belə sərkərdələrdən biridə əslən Mərkəzi Asiya türklərindən olan Əbu sac Divdad olmuşdur. Xəlifənin apardığı mübarizələrdə sədaqəti və Bizansa qarşı döyüşlərdə qəhrəmanlığı ilə Xəlifənin etibarını qazanan Əbu Sac Divdad Azərbaycana hakim təyin edilir və bununla da yeni sülənin əsası qoyulur. Bu sülalənin nümayəndələri afşin titulunu daşıyırdılar.
Məhəmməd ibn Əbu Sac
redaktəDövlətin əsası 879-cu ildə Əbu Sac Divdad oğlu Məhəmməd ibn Əbu Sac tərəfindən qoyulmuşdur. Hakimiyyəti dövründə, Marağa hakimliyini, Dəbil dövlətini öz dövlətinə birləşdirmiş (893), Gürcüstana uğurlu yürüşlər etmiş, öz adına pul kəsdirmişdir.
Yusif ibn Əbu Sac
redaktəYusif ibn Əbu Sacın dövründə Sacilər dövləti daha da qüvvətləndi.912-ci ildən etibarən xilafət xəzinəsinə ilbəil bac göndərilməsi tamamilə dayandırıldı. Yusif ibn Əbu Sac erməni və gürcü hakimlərinin qoşunlarını ağır məğlubiyyətə uğratdı. Ermənistan ərazisini, Tiflis və Kaxeti ələ keçirdi. Azərbaycan torpaqları hesabına genişlənməyə çalışan erməni və gürcü hakimləri özləri Azərbaycan Sacilər dövlətindən asılı vəziyyətə düşdülər. Sacoğulları Şirvanşahlar dövlətini də özlərinə tabe etdilər. Beləliklə, Azərbaycan Sacilər dövləti X əsrin əvvəlləri üçün Zəncandan Dərbəndə qədər bütün Azərbaycan torpaqlarını əhatə edirdi. Sacilər dövlətinin şərq sərhədləri Xəzər dənizi sahillərindən başlanır, qərb sərhədləri Ani və Dəbil şəhərlərinə qədər uzanıb gedirdi.[14]
Yusif ibn Əbu Sac dövlətin şimal sərhədlərini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi: səddin dənizin içərisində olan, uçub dağılmış hissəsini yenidən qurdurdu. Yusif ibn Əbu Sacın adından Bərdə, Marağa və Ərdəbildə pullar kəsilməsi o zaman Azərbaycanın müstəqil bir dövlət kimi Abbasilər xilafətindən asılı olmadığını göstərirdi.[14]
Tarixi
redaktəSaci sülaləsi 879-cu ildən 941-cu ilə qədər Azərbaycanı idarə edən müsəlman sülalədir. Sacilər Azərbaycanı ilk əvvəllərdə Marağa və Bərdədən, daha sonra isə Ərdəbil şəhərindən idarə etmişdirlər.[15]
Məhəmməd ibn Əbu Sac Azərbaycanın ilk Saci hökmdarı Əbu Sac Divdadın oğlu idi. O, ilk dəfə 889 və ya 890-cı ildə bu vəzifəyə təyin edilmişdir. Məhəmmədin atası olan Əbu Sac Divdad ilk əvvəllərdə Uşrusananın şahzadəsi Afşin Heydərin komandanlığı altında döyüşmüşdür. O, Afşinin Babəkə qarşı olan yürüşündə iştirak etmiş, daha sonra isə xəlifəyə xidmət etmişdir. Xilafətə göstərdikləri xidmətə görə onlar imperiyanın ən varlı əyalətlərindən biri hesab edilən Azərbaycan ilə mükafatlandırılmışdırlar.[16] IX əsrin sonlarına doğru mərkəzi hakimiyyət olan Abbasilər xilafəti zəifləməyə başlamışdı. Belə bir şəraitdə Sacilər müstəqilləşməyə başladılar. Əsrin sonlarına doğru Məhəmməd ibn Əbu Sac öz adına sikkələr zərb etdirməyə başladı və Cənubi Qafqazın yerdə qalan hissəsini də tədricən öz dövlətinə qatdı. Sacilərin ilk paytaxtı Marağa şəhəri idi, lakin buna baxmayaraq, Sacilər daha çox Bərdə şəhərində yaşamaqda idilər.[17][15][18]
Yusif ibn Əbu Sac 901-ci ildə hakimiyyətə gəldi. Onun hakimiyyəti dövründə Marağanın divarları sökdürüldü və paytaxt Ərdəbil köçürüldü. Bu zaman dövlətin şərq sərhədləri Xəzər dənizi sahillərinə, qərb sərhədləri isə Ani və Dəbil şəhərlərinə qədər uzanmaqda idi. Yusif ibn Əbu Sacın xəlifə ilə olan münasibətləri yaxşı deyildi. 908-ci ildə xəlifə Yusifə qarşı ordu göndərsə də, özü oldu. Ondan sonra xəlifə olan əl-Müqtədir daha böyük ordu ilə Yusifi məğlub edib illik 120 min dinar verməyə məcbur etdi. Yusif bundan sonra xəlifə ilə sülhə əsaslanan münasibətlər formalaşdırdı. Bu cür münasibətlərin formalaşdırılmasında xəlifənin vəziri olan Əbülhəsən Əli ibn əl-Furat önəmli rol oynamışdı. Buna görə də Yusif onu özünün Bağdaddakı himayədarı hesab edirdi və kəsdirdiyi sikkələrdə bəzən onun adına da yer verirdi. Bağddaddakı hökumət ilə bu cür münasibətlərin formalaşdırılması Yusifə öz hakimliyini bütün Azərbaycanda olmaqla xəlifəyə qəbul etdirməsinə yol açdı. Bu hadisə 909-cu ildə baş verdi.[19][20][21]
Yusif özünün himayədarı olan vəzir əl-Furatın 912-ci ildə vəzifəsindən azad edilməsindən sonra xilafət xəzinəsinə ödədiyi illik vergini göndərməyi saxladı.[22][23] Azərbaycanlı tarixçi Abbasqulu ağa Bakıxanovun bildirdiyinə görə, 908-909-cu illərdən 919-cu ilə qədər Sacilər Şirvanşahları da özlərindən asılı vəziyyətə salmışdılar. Beləliklə, X əsrin əvvəllərində Sacilərin idarə etdikləri ərazilərə cənubda Zəncandan şimalda Dərbəndə, şərqdə Xəzər dənizinə, qərbdə isə Ani və Dəbil şəhərlərinə qədər olan ərazilər daxil idi. Göründüyü kimi bu dövlətə həm müasir Azərbaycan Respublikasının, həm də Cənubi Azərbaycan ərazilərinin əksər hissəsi daxil idi.[22]
Yusifin hakimiyyəti dövründə slavyan yağmaçıları 913-914-cü illərdə Volqadan gələrək Saci bölgələrinə hücuma keçdilər. Yusif Dərbənd divarlarını möhkəmləndirərək dövlətin sərhədlərini qorumağa çalışdı. O, eyni zamanda qala divarının dənizdəki olan və dağıdılmış hissələrini də bərpa etdirdi.[24]
914-cü ildə o, Gürcüstana doğru yürüşə çıxdı və özünün hərbi əməliyyatlarının mərkəzi kimi Tiflis şəhərini seçdi. O, ilk öncə Kaxeti şəhərini ələ keçirib, Ucarma və Boçarma qalalarını işğa etdi. Bundan əlavə yerləri də ələ keçirərək geri döndü.[23] [25]
Yusifin ölümündən sonra Saci sülaləsinindən olan hakim fəth ibn Məhəmməf ibn Əbu Sac Ərdəbildə özünün qullarından biri tərəfindən zəhərlənərək öldürüldü. Ondan sonra hakimiyyətə gələn Deysəm ibn İbrahim Deyləm hakimi Mərzban ibn Məhəmmd tərəfindən məğlub edildi. Mərzban ibn Məhəmməd Saci sülaləsinin hakimiyyətinə son qoydu və Salari sülaləsinin əsasını qoydu. Saları dövləti 941-ci ildə mərkəzi Ərdəbil şəhəri olmaqla formalaşdı.[23] [25][18]
Hökmdarlar
redaktə- Məhəmməd ibn Əbu Sac (889–901)
- Divdad ibn Məhəmməd (901–901)
- Yusif ibn Əbu Sac (901–928)
- Subuk (919–922), Yusif ibn Əbu Sacın qulamı idi
- Əbül-Müsafir Fəth (928–929)
- Vasif əl-Şirvani (929–929)
- Müflih əl-Saci (929–935)
- Deysəm ibn İbrahim (935–941)
Qeydlər
redaktə- ↑ Bəzi mənbələrdə Usruşana deyilir.
İstinadlar
redaktə- ↑ C. E. Bosworth, "AZERBAIJAN iv. Islamic History to 1941" in Encyclopaedia Iranica. [1] Arxivləşdirilib 2013-03-11 at the Wayback Machine(accessed November 2010). Quote: "In ca. 279/892 the caliph Moʿtażed appointed one of his generals, Moḥammad b. Abi’l-Sāj, an Iranian from Central Asia, as governor of Azerbaijan and Armenia, and the family of the Sajids"
- ↑ Nuriyeva İradə.s.63.
- ↑ Clifford Edmund Bosworth, The New Islamic Dynasties: A Chronological and Genealogical Manual, Columbia University, 1996. pg 147: "The Sajids were a line of caliphal governors in north-western Persia, the family of a commander in the 'Abbasid service of Soghdian descent which became culturally Arabised."
- ↑ V. Minorsky, Studies in Caucasian history, Cambridge University Press, 1957. pg 111
- ↑ Azərbaycan tarixi.s.237.
- ↑ Ziya Bünyadov.s.259.
- ↑ Ziya Bünyadov.s.259–260.
- ↑ Clifford Edmund Bosworth. The New Islamic Dynasties: A Chronological and Genealogical Manual. — Columbia University, 1996. — С. 147.
- ↑ "The name Turk was given to all these troops, despite the inclusion amongst them of some elements of Iranian origin, Ferghana, Ushrusana, and Shash – places were in fact the centers were the slave material was collected together"(ʻUthmān Sayyid Aḥmad Ismāʻīl Bīlī, "Prelude to the Generals", Published by Garnet & Ithaca Press, 2001.)
- ↑ "These new troops were the so-called "Turks". It must be said without hesitation that this is the most misleading misnomer which has led some scholars to harp ad nauseam on utterly unfounded interpretation of the following era, during which they unreasonably ascribe all events to Turkish domination. In fact the great majority of these troops were not Turks. It has been frequently pointed out that Arabic sources use the term Turk in a very loose manner. The Hephthalites are referred to as Turks, so are the peoples of Gurgan, Khwarizm and Sistan. Indeed, with the exception of the Soghdians, Arabic sources refer to all peoples not subjects of the Sassanian empire as Turks. In Samarra separate quarters were provided for new recruits from every locality. The group from Farghana were called after their district, and the name continued in usage because it was easy to pronounce. But such groups as the Ishtakhanjiyya, the Isbijabbiya and groups from similar localities who were in small numbers at first, were lumped together under the general term Turks, because of the obvious difficulties the Arabs had in pronouncing such foreign names. The Khazars who also came from small localities which could not even be identified, as they were mostly nomads, were perhaps the only group that deserved to be called Turks on the ground of racial affinity. However, other groups from Transcaucasia were classed together with the Khazars under the general description."(M.A. Shaban, "Islamic History", Cambridge University Press, v.2 1978. Page 63)
- ↑ "In reference to the first two centuries of Islam, the term "Turk" as used by Arabic and Persian sources presents difficulties. The Muslim authors mean different things by the term, depending on their era, proximity to Inner Asia and knowledge of the region. It can overlap with other ethnic names (e.g. "Soghdian, Khazar, Farghanian"). (D. Pipes. Turks in Early Muslim Service — JTS, 1978, 2, 85–96.)
- ↑ V. Minorsky. Studies in Caucasian history. — Cambridge University Press, 1957. — С. 111.
- ↑ C.E. Bosworth. Encyclopaedia of Islam / Edited by C.E. Bosworth, E. van Donzel, W.P. Heinrichs and G. Lecomte, Assisted by P.J. Bearman and Mme S. Nurit. — 1995. — Т. 8. — С. 745:. — ISBN 90-04-09834-8.
- ↑ 1 2 Süleyman Əliyarlı. Azərbaycan tarixi. Bakı: Çıraq. 2009. səh. 209.
- ↑ 1 2 Bosworth, 1987
- ↑ Стэнли, 2004. səh. 92–93
- ↑ Minorsky, 1953. səh. 111
- ↑ 1 2 Bayne, 1975
- ↑ Muir, 2004. səh. 111
- ↑ Kennedy, 2004. səh. 190
- ↑ Madelung, 1975. səh. 198–249
- ↑ 1 2 Əliyarlı, 2009. səh. 209
- ↑ 1 2 3 Yarshater, 1983. səh. 141
- ↑ Бартольд, 1924
- ↑ 1 2 İsmayılov, 2017. səh. 5
Ədəbiyyat
redaktə- Azərbaycan tarixi. Yeddi cilddə. II cild (III–XIII əsrin I rübü). Bakı, "Elm", 2007. 608 səh. — 24 səh.
- Ziya Bünyadov. Azərbaycan VII–IX əsrlərdə. Bakı, "Şərq-Qərb", 2007. 424 səh.
- Bosworth, C. E., AZERBAIJAN iv. Islamic History to 1941, Encyclopaedia Iranica, 1987, 2011-04-29 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-23
- Стэнли, Лэн-Пуль, Мусульманские династии. Хронологические и генеалогические таблицы с историческими введениями, 2004, ISBN 978-5-4481-0250-9, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Minorsky, Vladimir, Studies in Caucasian history, Cambridge University Press, 1953
- Bayne, Fisher, William, The Cambridge History of Iran, Vol. 4., Cambridge University Press, 1975, ISBN 9780521200936, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Muir, William, The Caliphate: Its Rise, Decline and Fall from Original Sources, Kessinger Publishing, 2004, ISBN 1417948892, 2011-08-04 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Kennedy, Hugh, The Prophet and the Age of the Caliphates: The Islamic Near East from the 6th to the 11th Century (Second ed.), Harlow: Longman, 2004, ISBN 978-0-582-40525-7, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Madelung, W, The Minor Dynasties of Northern Iran [in 7th-11th Century Iran], Cambridge University Press, 1975, ISBN 0-521-20093-8
- Əliyarlı, Süleyman, AZӘRBAYCAN TARIXI. UZAQ KEÇMIŞDӘN 1870-CI ILӘ QӘDӘR, Bakı: Çıraq, 2009, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- Yarshater, Ehsan, The Cambridge History of Iran. Vol. 1. (PDF), Cambridge University Press, 1983, ISBN 9780521200929
- Бартольд, Василий Владимирович, Место Прикаспийских областей в истории мусульманского мира, Баку, 1924, 2024-09-24 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2024-09-24
- İsmayılov, Dilqəm, HISTORY OF AZERBAIJAN (PDF), Bakı: Nəşriyyat – Poliqrafiya, 2017, 2024-09-21 tarixində arxivləşdirilib (PDF), İstifadə tarixi: 2024-09-21
Xarici keçidlər
redaktə- "SSRİ qədər mövcud olmuş möhtəşəm Azərbaycan dövləti - SACİLƏR". Səsli tarix (az.). apa.tv. 2016-06-23. 2016-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-25.