Sadiq Xan Seqaqi - Wikipedia
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Sadıq xan Əli xan oğlu Şəqaqi (1746-1801) — Sərab xanı.
Sadıq xan Şəqaqi | |
---|---|
Sadıq xan Əli xan oğlu Şəqaqi fars. صادق خان شقاقی | |
1786 – 1801 | |
Əvvəlki | Əli xan Şəqaqi |
Sonrakı | Cahangir xan Şəqaqi |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Vəfat tarixi | |
Atası | Əli xan Şəqaqi |
Uşaqları | Cahangir xan, Kərim xan, Vəli bəy |
Ailəsi | Əfşarlar sülaləsi |
Dini | Şiə İslam |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSadıq xan Səqaqi Kərim xan Zəndin 1400 nəfərlik tüfəngçilərinin rəislərindən biri olan Əli xanın oğludur. O, 1790-cı ildə Sərab böyüklərindən idi və həmin il Ağa Məhəmməd şah Qacarın ordusuna qarşı ağır döyuşlər aparmışdır. Lakin Ağaməhəmməd xanın müqabilində məğlub olmuş, Qarabağa çəkilmişdir. Burada İbrahimxəlil xan Cavanşirə pənah apardıqda, onun iltiması ilə Ağaməhəmməd xan tərəfindən bağışlanaraq cərimələrdən azad edilmişdir.
Ağaməhəmməd şah yenidən Azərbaycana qoşun çəkdiyi zaman Sadıq xan onun dəstəsinə daxil olmuş, tədricən etimad qazanmış və hətta onun bacarıqlı komandirlərindən biri olmuşdur. 1795-ci ildə kor Şahrux Ağaməhəmməd şah tərəfindən hakimiyyətdən salındıqdan sonra Xorasan ələ keçirildi və Ağaməhəmməd xan İranın digər ərazilərini birləşdirmək məqsədilə Əfqanıstan və Türkmənistana yola düşmək qərarına gəldi. O, əvvəllər İranın bir hissəsi olan həmin torpaqları geri almaq üçün Məşhəddə olarkən xəbər gəldi ki, ruslar Qafqazda və Azərbaycan sərhədlərindədir. Ona gorə də İranın şərqində və Şimali-şərqində olan torpaqlarını azad etmək planını yarımçıq qoyaraq rusların qarşısını kəsmək, eyni zamanda Qafqazın əmirlərini və xanlarını birləşdirərək özünə tabe etdirmək qərarına gəldi. Lakin məlum olduğu kimi İbrahimxəlil xan müqavimət göstərdi, bununla belə Qacar sahı ordunun bir hissəsini Adinəbazarda saxlayaraq bir hissəsi ilə, o cümlədən Sadıq xanla Şuşaya daxil oldu.
Bu zaman Ağaməhəmməd şahın nökərlərindən üç nəfərinin günah iş tutduqları məlum oldu və xan hər üçünün dərhal öldürülməsi barədə göstəriş verdi. Lakin Sadıq xan cümə günü olduğunu bildirdi və onların səhər öldürülməsini israr etdi. Ağaməhəmməd şah onun xahişini qəbul etdi, onları həbs etməkdənsə, azad buraxdı və onlar da öz cinayət əməllərini yerinə yetirdilər. Günahkarlar onu qətlə yetirdilər. Sonra onlar Sadıq xan Şəqaqini faciədən xəbərdar etdilər. Sadıq xan əvvəl onların dediklərinə inanmadı. Qatillər Ağaməhəmməd şahın həmisə özü ilə gəzdirdiyi qiymətli əşyaları gətirib Sadıq xana təslim etdikdə onu inandıra bildilər. Çox qüdrətli, həm də zəhmli şahın adi nökər əli ilə qətlə yetirilməsi heyrət doğurmaya bilməzdi.
Sadıq xan Səqaqi bu var-dövləti götürərək hadisəni heç kəsə deməmiş Şuşadan çıxıb öz doğulduğu yerə üz tutdu. Səraba çatdıqda qardaşlarına öz işlərini icra etmək ucun tapşırıqlar verdi. Qardaşlarından birini, Cəfərqulu xanı Qaracadağ hakimi təyin etdi, digər qardaşı Məhəmmədəli Soltanı isə Təbrizin darğası qoydu. Özu isə paytaxtı tutmaq ucun çoxsaylı ordu ilə Qəzvinə yola düşdü.
Fətəli şah Sadıq xan Şəqaqinin qarşısını kəsmək ücün özünün qullarağasıbaşı vəzifəsində olan (Rəisi- qulaman) Hüseyn xan Qacarın sərkərdəliyi ilə ordu göndərdi. Özü də qoşunla onun ardınca getdi. 1797-ci ilin oktyabr ayında Ağaməhəmməd şah Qacarın qətlindən 3 ay sonra Qəzvin yaxınlığındakı əli torpağı adlanan yerdə iki qoşun arasında qızğın döyüs baş verdi. Bu vuruşda Sadıq xan Şəqaqinin 25 min nəfərlik ordusu məğlub oldu, öldürüldü, əsir alındı, özü isə Səraba qaçdı.
Fətəli şah onun ardınca Azərbaycana üz tutdu, lakin Zəncan şəhərində eşitdikdə ki, o tərəflərdə taun xəstəliyi vardır, əlacsız Tehrana qayıtmalı oldu. Sadıq xan Qəzvində məğlub olduqdan sonra Sərabda öz vəziyyətini düşündü və etiraf etməyə məcbur oldu ki, Fətəli şahın qüdrəti müqabilində acizdir. Ona görə də özündə olan ləl-cəvahiratı götürərək tabe olmaqdan başqa bir yol görmədiyi üçün Fətəli şahın yanına gəldi. Bundan sonra o, Sərab və Gərmrud hakimi təyin olundu. Həmin il Sadıq xanla Xoy və Təbriz hakimi Cəfərqulu xan Dünbili arasında münaqişə yarandı. Onlar arasında döyüs baş verdi və Sadıq xan məğlub edilib, Muğana, oradan da Şirvana cəkildi. O, bir müddət keçdikdən sonra Urmiya hakimi Məhəmmədqulu xanı özünə həmrəy edib onunla birləşdi. Tarixçi Rzaqulu xan Hidayət "Rovzətus-səfa" əsərinin 9-cu cildində yazır ki, Məhəmmədqulu xan əfsar Urməvi də şahlıq iddiasında idi. O, Sadıq xanla Cəfərqulu Xan Dünbulini öz məqsədinə xidmət etdirmək istəyirdi. Fətəli şah onları dəf etmək ucun özünün sərkərdəsi Məhəmmədəli xan ərəb Bəstamini və Məhəmmədqulu xan Avşarın qardaşı oğlu Hüseynqulu xanı onların qarşısına göndərdi. Çox ziddiyyətli bir şəxsiyyət olan Sadıq xan müqavimət göstərə bilmədiyi üçün öz havadarı Süleyman xan Qacarı (Etizaduddovlə) vasitəçi etdi və bu dəfə onun köməyilə əfv olundu. Fətəli şah onu ordu basçısı təyin etdi.
Fətəli şah 1798-ci ildə Xorasana yola düşdü, məqsəd Məşhədi tutmaq və Şahrux şahın oğlu Nadir mirzəni aradan götürmək idi. O, Sadıq xan Şəqaqini də özü ilə apardı. Yolda Sadıq xanla Hüseyn xan Qullarağasıbaşını Cinaran adlanan məkanı tutmaq və onun hakimi Məmis xan Kürd Zəfəranlunu məğlub etmək üçün göndərdi. Sadıq xan burada da Fətəli şaha xəyanət etdi. O, Hüseyn xanı arxada qoyaraq tez irəli keçdi və xəlvəti, təklikdə Məmiş xanla danışdı, onu Nadir mirzənin tərəfində durmağa məcbur etdi və özünə tabe etdirdi. Məmiş xan isə Fətəli şahın havadarı rolunu oynayaraq, ona sədaqətini sübut etmək məqsədilə, xəlvəti Sadıq xanın məramını kiçik bir kağıza yazaraq, şaha catdırdı. Fətəli şah dərhal bu məsələyə məhəl qoymadı və Sadıq xanın xəyanətini üzə vurmadı. O, göstəriş verdi ki, Sadıq xan Canməhəmməd xan Qacar Dəvəlunun dəstəsinə birləşsin, bir-biri ilə ittifaqda Məşhədin mühasirəsinə başlasınlar. Sadıq xan isə hər şeydən xəbərsiz Fətəli Sahın əmirlərinə qarşı nifaq və ziddiyyət yaradırdı.
Fətəli şah 1799-cu ildə Sadıq xanı həbs etdirərək, hava daxil olmayan, qapalı bir otağa saldırdı. O, acından və havasızlıqdan öldü. Fətəli şah onun vəzifəsini və əmlakını onun qardaşları və oğulları arasında böldu.
Ailəsi
redaktəSadıq xan Mehrəli bəy Sarıcalı-Cavanşirin qızı ilə ailə qurmuşdu. Cahangir xan, Kərim xan, Vəli bəy adlı oğlanları vardı.
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Sərab xanlığı, Bakı: Mütərcim, 2013, 212 səh.