Sadir Japarov - Wikipedia
Sadır Nurqojoyeviç Japarov (qırğızca: Садыр Нургожоевич Жапаров; 6 dekabr 1968, Ken-Suu[d], Tup rayonu[d]) — Qırğızıstanlı siyasətçi və dövlət xadimi. Sooronbay Jeenbekovun istefasından sonra müvəqqəti hökumətdə Qırğızıstan Respublikasının Prezidenti Səlahiyyətlərini İcra Edən kimi (15 oktyabr 2020 – 14 noyabr 2020); Qırğızıstan Respublikasının Baş Naziri (10 oktyabr 2020 – 14 noyabr 2020). Qırğızıstan Respublikasının 6-ci Prezidenti (28 yanvar 2021–hal-hazırda).[1][2]
Sadır Japarov | |
---|---|
qırğ. Садыр Нургожо уулу Жапаров | |
16 oktyabr 2020 – 14 noyabr 2020 | |
Əvvəlki | Sooronbay Jeenbekov |
Vəzifədədir | |
28 yanvar 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 6 dekabr 1968 (55 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
Uşağı | 4 |
Dini | islam, sünni islam |
Rütbəsi | kiçik çavuş |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatının erkən dövrü və təhsili
redaktəJaparov İssık-Göl bölgəsinin Tüb rayonuna bağlı Keng-Su kəndində anadan olmuşdur. Orta təhsilini 1986-cı ildə tamamladıqdan sonra Qırğız Milli Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil oldu.[3] 1987-ci ildə Japarov Novosibirskdə iki il Sovet ordusunda xidmət etdi. 1989–1991-ci illərdə isə akademiyada təhsilnə davam etdi. 2006-cı ildə Japarov Qırğız-Rus Slavyan Universitetindən hüquq ixtisası üzrə məzun oldu.
Siyasi fəaliyyəti
redaktəJaparov siyasi fəaliyyətinə 2005-ci il Lalə inqilabından sonra başladı. 2005-ci ilin martında Tyub seçki bölgəsindən Ali Şura üzvlüyünə seçildi. Prezident Kurmanbek Bakiyevin dəstəkçisi idi. 2006-cı ildə Japarov Əyalət Mükafatlar Komissiyasının üzvü oldu. 2007-ci ildə Əfv Komissiyası rəhbərinin yardımçısı oldu.[4]
2007-ci ildə parlament seçkilərində məclisdəki yerlərin çoxunu qazanan prezident tərəfdarı partiya olan Ağ Yolun siyahılarına qatıldı, ancaq prezidentin müşaviri olaraq işləməyə davam etdi. Japarov 2008-ci ildən 2010-cu ilə qədər Milli Korrupsiya Əleyhinə Agentliyin səlahiyyətli nümayəndəsi olaraq çalışdı.[3]
2010-cu ildə prezident Bakiyev 2010 Qırğız inqilabı ilə devrildi. Qısa müddət sonra Oş və Cəlalabadda meydana gələn etnik qruplararası toqquşmalar nəticəsində Japarov və dostları aktiv rol oynadılar, lakin özləri bu iştiraklarını toqquşmalara mane olmaq üçün olduğunu bildirmişdirlər. Ancaq müxaliflər tərəfindən qırğız millətçiliyini dəstəkləməkdə ititham edilmişdirlər.[3]
2010-cu il seçkilərində Kamçıbek Taşoyevin liderliyindəki və yerlərin çoxunu qazanan Ata-Yurd partiyası siyahısında yenidən Ali Şura üzvü seçildi. Oradan Yurisdiksiya və Hüquqi Məsələlər Komitəsinin rəhbəri oldu.
Japarov 2012-ci ildən bəri doğma bölgəsi İssık-Kulda olan Kumtor qızıl mədəninin milliləşdirilməsini müdafiə etdi və mədəni çalışdıran şirkəti ekologiyanı korlamaqda və korrupsiyada ittiham etdi. Buna görə də, vətəndaşlar arasında populyarlıq qazandı.
Sürgün və həbs
redaktə2012-ci ilin payızında Kumtorun milliləşdirilməsi üçün edilən mitinqlərdən birində etirazçılar Bişkekdəki Ağ Sarayı ələ keçirməyə çalışdılar. Taşıyev və Japarov Qırğızıstan Respublikasının Cinayət Məcəlləsinin 295-ci maddəsi ilə iqtidarı güc tətbiq etməklə ələ keçirməyə cəhd etməkdə ittiham edildilər. 2013-cü ilin martında Bişkek Pervomaisky bölgəsi məhkəməsi onları təqsirkar elan etdi və 18 ay həbsə məhkum etdi. 2013-cü ilin iyun ayında isə apelyasiya məhkəməsi onlara bəraət verdi və məhkəmədən sərbəst buraxıldılar.[5]
2013-cü ilin 27 iyununda Karakolda Kumtora yönəlmiş etirazlar zamanı etirazçılar Emilbek Kaptaqayevi qaçıraraq əsir almağa çalışdılar. Qırğız səlahiyyətli şəxslər Japarov və Kumaniçbeki qaçırma planını təşkil etməkdə ittiham etdilər. Etiraz liderləri nəzarətə götürüldülər, ancaq qaçırma planına qatılma ittihamlarını rədd edən Japarov Qırğızıstandan bir müddət yaşadığı Kiprə qaçdı.[6]
Japarov 2017-ci ildə Qırğızıstana dönməyə çalışdı. 25 mart 2017-ci ildə Qırğız-Qazax sərhədində nəzarətə götürüldü. Emilbek Kaptaqayevi girov götürməyə təşəbbüs etdiyi iddia edilən məhkəmədə 11 il 6 ay həbsə məhkum edildi.
Baş nazirliyi və prezident vəkilliyi
redaktə2020-ci il 5 oktyabrda Qırğızıstanda parlament seçkilərinin nəticələrinə qarşı kütləvi nümayişlər başladı. 6 oktyabr sabahı Kamçıbek Taşiyev liderliyindəki etirazçılar Japarovu həbsdən sərbəst buraxdılar və onu Bişkekdəki Ala-Too meydanına gətirdilər.
6 oktyabr axşamı Dostuk otelindəki millət vəkilləri Japarpvun baş nazirliyə təyin edilməsini təsdiq etdi. Lakin Ata-Məkan partiyasından bir başqa iddiaçı olan Tilek Toktoqaziyev hökumət evi yaxınlığındakı mitinqdə müxalifət partiyalarının liderləri tərəfindən qurulan Kordinasiya Qurulu görüşündə bu vəzifəyə seçildiyindən bəri legitim hökumət rəhbəri oldiğunu bildirdi. Tilek millət vəkillərinin görüşü əsnasında Japarovun dəstəkçilərinin millət vəkillərinə təzyiq etdiyinə və məclis üzvlərinin yetərsayının olmadığına işarə edərək, ona qarşı çıxdı.[7]
13 oktyabrda prezident Sooronbay Ceenbekov ilk səsvermə zamanı millət vəkillərinin etibarnamə ilə səsverməsinə görə Japarovun baş nazirliyini rədd etdi. 14 oktyabrda Japarov üçün yenidən parlamentdə səsverilmə keçirilməsini istədi. Japarov parlament səsverməsini qazandı və Ceenbekov tərəfindən qəbul edildi. Yeni ümumi seçkilər keçirilməsi qərara alındı.[8]
15 oktyabrda Ceenbekov prezident vəzifəsindən istefa verdi və Japarov özünü prezident vəzifəsinin müvəqqəti icraçısı elan etdi. Lakin Qırğızıstam Konstitusiyasına görə bu vəzifə ALi Şuranın spikerinə çatmalı idi. Ancaq Kanatbek İsayev bu postu rədd etdi və nəticədə vəzifə Japarova keçdi. O, 16 oktyabrda parlament tərəfindən prezident kimi tanındı.[9]
Qırğız konstitusiyasına görə belə hallarda 3 aya yeni seçkilər keçirilməlidir. 2021-ci ilin əvvəllərində Qırğızıstanda yeni seçkilər olacaq.[10][11][12][13]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Kyrgyz parliament approves Japarov's nomination for acting Prime Minister". AKIpress news agency. 6 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 October 2020.
- ↑ "Kyrgyz parliament votes to appoint Sadyr Japarov as prime minister". TASS. 6 October 2020. 11 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 October 2020.
- ↑ 1 2 3 "Биография Садыра Жапарова". РИА Новости (rus). 6 October 2020. 14 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Биография Садыра Жапарова". РИА Новости (rus). 6 October 2020. 14 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ Рыскулова, Нурия. "Суд оправдал лидеров «Ата-Журта» [+ видео]". KLOOP.KG – Новости Кыргызстана (rus). 17 June 2013. 18 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ Редакция. "Почему осужденного Садыра Жапарова так продвигают в премьер-министры и как он стал так популярен среди некоторых протестующих". KLOOP.KG – Новости Кыргызстана (rus). 7 October 2020. 15 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Kyrgyzstan election: Protesters storm parliament over vote-rigging claims". BBC News (ingilis). 6 October 2020. 12 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Ex-MP Sadyr Japarov freed from prison, arrives at Ala-Too square". AKIpress. 6 October 2020. 5 December 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2020.
- ↑ Reuters, Story by. "Protesters and vigilantes scuffle in Kyrgyzstan capital as political crisis festers". CNN. 9 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "В Киргизии за право управлять страной борются два «премьер-министра»". regnum.ru (rus). 7 October 2020. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Kyrgyz president to ask parliament to vote again on PM". Al Jazeera (ingilis). 13 October 2020. 13 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Kyrgyz President Rejects Parliament's Decision On New Prime Minister". RadioFreeEurope/RadioLiberty (ingilis). RFE/RL's Kyrgyz Service. 13 October 2020. 14 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.
- ↑ "Kyrgyzstan: Amid unrest, Sadyr Zhaparov confirmed as new PM". Al Jazeera (ingilis). 14 October 2020. 15 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 October 2020.