Sahile Ibrahimova - Wikipedia
Sahilə İbrahimova (1985, Sumqayıt) — Azərbaycan yazıçısı. Feminist yazıçı, esseist, "Karusel" ədəbi jurnalının təsisçisi, "Açıq hava kitabxanası" layihəsinin ideya müəllifi, Prezident təqaüdçüsü (2010/11). "Yaya" təxəllüsü ilə əsərlər yazır.[3]
Sahilə İbrahimova | |
---|---|
Təxəllüsü | Sahilə Yaya |
Doğum tarixi | 1985 |
Doğum yeri | |
Milliyyəti | Azərbaycanlı |
Təhsili | |
İxtisası | Tarixçi, etnoloq-etnopsixoloq |
Fəaliyyəti | Yazar[1] |
Fəaliyyət illəri | 2006-cı ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İlk əsəri | "Şirlə Sahilin nağılı" (1993) |
Tanınmış əsərləri | "Yuxarı və aşağı ətraflar", "Şeyx"[2] |
Üzvlüyü | |
Mükafatları | "Yeni adlar" müsabiqəsi (I yer); "İlin Gənci" (2010); "Yusif Səmədoğlu" mükafatı (2013) |
Həyatı
redaktəSahilə İbrahimova 1985-ci ildə Sumqayıt şəhərində anadan olub.
2007-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsində tarixçi ixtisası üzrə bakalavr[4], ardınca yenə həmin universitetin həmin fakültəsində etnologiya-etnopsixologiya ixtisası üzrə magistr dərəcəsi alıb.[5]
2006–2008-ci illərdə Gənclər və İdman Nazirliyinin layihəsi olan "Azərbaycan Gənclər Parlamenti"nin üzvü olub.[5]
Ailəlidir, 2 övladı var.
Yaradıcılığı
redaktəİlk hekayəsi "Şirlə Sahilin nağılı" əsəri hələ 8 yaşında ikən "168 saat" qəzetində çap olunmuşdur[6]. Eyni zamanda, o ərəfələrdə Qarabağ münaqişəsindən bəhs edən "Yanmış evin nağılı" adlı tamaşada Nigar rolunu oynayıb.[5]
2006-cı ildən peşəkar ədəbi yaradıcılıqla məşğuldur. 2009-cu ildə Azadlıq Radiosunun "Ədəbi Azadlıq" qısa hekayə müsabiqəsində 2 hekayəsi — "Mən deyildim" və "Avqustun iyirmi üçünə üç gün qalmış" hekayələri 130 müəllifin 150 əsəri içərisindən gizli səsvermə nəticəsində[6] ilk onluğa düşmüşdür[4][5].
2010-cu ildə hekayələrdən ibarət "Varlı kişinin portmanatı" adlı ilk kitabı çapdan çıxmışdır[7].
2010–11-ci illərdə Prezident təqaüdü alıb.[8]
2012-ci ildə "Yuxarı və aşağı ətraflar" adlı növbəti kitabı yayımlanıb.[9] Kitab 2013-cü ildə Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin "Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu" mükafatının qalibləri sırasında olub.[10]
Yazıçının "Çevriliş" romanı 2014-cü ildə çapdan çıxıb. Kitab Azərbaycan Yazıçılar Birliyinin "AYB kitab" layihəsi çərçivəsində buraxılmış ilk kitabdır.[11].
"Şeyx" romanı 2018-ci ildə Bakıda[12], 2022-ci ildə isə "Nestor" nəşriyyatı tərəfindən Türkiyədə çap edilib.[13] Əsər Fransada çapa hazırlansa[14] da, pandemiya səbəbindən nəşri gecikib. Əsər "Şeyx Sənan" mövzusundadır.[15]
2018–2019-cu illərdə YouTube-da yayımlanan "Çətir, eynək və s." ədəbi podkastının həm yaradıcısı, həm də aparıcısı olub. Qeyd olunan podkast Azərbaycanın ilk ədəbi podkastlarından biridir.
2020-ci ilin iyulunda Sahilə Yayanın baş redaktorluğu ilə Azərbaycanın ilk instaqram jurnalı Azərbaycan və rus dillərində "Karusel" fəaliyyətə başlayır.[16][17]
Əsərləri
redaktəNovellalar
redaktə- Zemi
Romanlar
redaktəHekayələr
redaktə- Varlı kişinin portmanatı
- Zırrama
- Qorxu
- Elə deyilmiş
- Təxirəsalınmış nikbinlik planı
- Qara əlcəyin əhvalatı
- Avqustun iyirmi üçünə üç gün qalmış
- Ən uzaq gələcək
- Mən deyildim
- Dünyanın qarnı quruldayır
- Köhnəlmiş sevgilər
- Torbadakı on min dollar
- Adamlar üçün darıxan adam
- Tanış ritm
Esseləri
redaktə- Ən böyük ideya — İdeologiya
- Şokoladsız Afrika
Mükafatları
redaktə- 2006-cı ildə "Azərbaycanda demokratiyanın inkişaf perspektivləri" adlı esse müsabiqəsində 1-ci yer.[5][6]
- 2010-cu ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilən "Yeni adlar" müsabiqəsində "Qorxu" adlı hekayəsi ilə birinci yer.[5][6]
- 2010-cu ildə "Varlı kişinin portmanatı" adlı hekayələr kitabı Milli Kitab Mükafatının uzun siyahısına daxil edilib.[5]
- 2 fevral 2012 — Gənclər və İdman Nazirliyinin "Gənclər günü" münasibətilə keçirdiyi müsabiqədə 2011-ci ilin nəticələrinə görə ədəbiyyat sahəsi üzrə "İlin Gənci".[20].
- 2013-cü ildə "Yuxarı və aşağı ətraflar" romanı Azərbaycan Yazıçılar Birliyinin keçirdiyi Ədəbiyyat Müsabiqəsinin "Ən yaxşı nəsr əsərinə görə – Yusif Səmədoğlu" mükafatı.[10]
İstinadlar
redaktə- ↑ «Ulduz» jurnalı. Çapa imzalanıb: 18.04.2016. Sifariş №32. Şəhadətnamə № 238. ISNN 0134-522 səh. 52 Arxivləşdirilib 2023-09-08 at the Wayback Machine
- ↑ "Yaxın və Orta Şərqin ən məşhur əhvalatı haqqında". 2020-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ ""Ədəbiyyat qəzeti"nin sorğusu". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ 1 2 ""Mən oxunmaq istərdim"". 2010-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
- ↑ 1 2 3 4 5 6 7 ""Yazıçı sırf öz xeyrinə, mənfəətinə görə xalqın faciəsinə göz yumursa, bu, insanlığa xəyanətdir"". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ 1 2 3 4 "Varlı kişinin portmanatı". 2016-03-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.
- ↑ "Müasir oxucular yeni informasiya istəyirlər"
- ↑ "Əməkdaşımızın gənc yazar Sahilə İbrahimova ilə söhbəti". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ ""Yuxarı və aşağı ətraflar" — Yeni kitab". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ 1 2 "Ədəbiyyat Müsabiqəsinin ilk mərhələsinin qalibləri açıqlandı SİYAHI". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Xanım yazıçı "Çevriliş " etdi — FOTO". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Bu dəfə "Şeyx" müzakirə olundu — Kitaba dəstək". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Şeyh". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Sahilənin "Şeyx" romanı Fransada çap olunacaq". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Şərq qissəsinə alternativ baxış". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Azərbaycanın ilk instaqram jurnalı – "Karusel"". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Bakıda İnstaqram-jurnal fəaliyyətə başladı – İlk dəfə". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Sahilənin Sənanı və "Şeyx"i". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ ""Şeyx" romanı haqqında bir neçə abzas — Rəvan Cavid". 2023-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-08.
- ↑ "Bakıda Gənclər Günü qeyd olunub — Foto". 2012-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-10.