Sahil Qesebe - Wikipedia
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır.[1]
Sahil qəsəbəsi | |
---|---|
40°13′22″ şm. e. 49°34′23″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ1083 |
Toponimikası
redaktəQəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır.[2]
Tarixi
redaktəSahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır.[3] Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur.
Coğrafiyası və iqlimi
redaktəQəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Təhsil
redaktəMəktəblər
redaktə5 saylı Uşaq İncəsənət məktəbi. Məktəb 1980-ci ildə yaranıb, ona 31 saylı musiqi məktəbi adı verilmişdir. 1998-ci ildə yenidən təşkil olunmuşdur və 5 saylı uşaq incəsənət məktəbi adını almışdır.[4]
28 №-li uşaq musiqi məktəbi, Bakı Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 08 iyun 1978-ci il tarixli 05.463 №-li sərəncamına əsasən 1979-cu ildə 9 №-li musiqi məktəbinin filialı əsasında yaradılıb.[5]
1980-ci ildən nitqi qüsurlu uşaqlar üçün fəaliyyət göstərir və Azərbaycanın Milli qəhrəmanı Emin Quliyevin adını daşıyır. Təmir, bərpa və yenidən qurma işləri başa çatdığından 29 fevral 2016-cı il tarixində təkrar açılışı olmuşdur. Məktəbdə 282 şagird təhsil alır.[6]
Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəb 1963-cü ildə istifadəyə verilib. Məktəb rayonun Sahil qəsəbəsində yerləşir. Təhsil ocağının 2 korpusu (əsas və ibtidai), geniş ərazisi, böyük futbol meydançası, idman zalı mövcuddur.[7]
Elxan İsmayılov adına 253 nömrəli tam orta məktəb Tikildiyi il: 1972 Layihə tutumu: 1176 Məktəbdə hal-hazırda 1037 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 76 müəllim və inzibati heyət məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir edilmiş və müasir avadanlıqlarla təmin edilmişdir. 2012-ci ildə ilk dəfə Qaradağ rayonu üzrə Respublika Prezidenti İ. Əliyev cənablarının sərəncamı ilə "İlin ən yaxşı ümumtəhsil məktəbi" adına layiq görülmüşdür. 2012–2016-cı illərdə 600-dən yuxarı bal toplamış 15 nəfər məzunumuz olmuşdur.[8]
Etiraf Eyyubov adına 273 nömrəli tam orta məktəb Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsində yerləşir. Məktəb 1985-ci ildə istifadəyə verilib. Layihə tutumu 1176 yerlikdir. Hal-hazırda məktəbdə 1440 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 109 müəllim və inzibati heyət məşğul olur. Məktəb 2013-cü ildə əsaslı təmir edilmiş, müasir avadanlıqlarla təmin edilmişdir.[9]
319 nömrəli tam orta məktəb 15 sentyabr 2007-ci il tarixdə istifadəyə verilmişdir. Məktəbdə fəaliyyət göstərən müəllimlərin 70% gənc kadrlardır. 2007–2008-ci tədris ilində 18 sinifdə 544 şagird təhsilə cəlb edilmişdir.[10]
Əhalisi
redaktəƏhalisi 45000 nəfərdən çoxdur. Qəsəbə yaxınlığında tikilən yeni zovodlar (Qaradağ sement zavodu, Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodu, Gips zavodu, Kömür zavodu) ölkənin bir çox rayon və kənd sakinlərini bura köçməsinə səbəb olmuşdur.
İstinadlar
redaktə- ↑ "Azərbaycan Respublikasının bəzi rayonlarının inzibati-ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı". 2022-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-08-22.
- ↑ Sahil qəsəbəsi // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ "Sahil qəsəbəsi". 2023-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-19.
- ↑ "Məktəblər / Musiqi.edu.az". musiqi.edu.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "28 nömrəli uşaq musiqi məktəbi". az.baku-art.com (az.). 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "Haqqımızda". 9 nömrəli xüsusi internat məktəbi (az.). 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "228 №-li tam orta məktəb". bakimektebleri.edu.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "253 №-li tam orta məktəb". bakimektebleri.edu.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "273№-li tam orta məktəb". bakimektebleri.edu.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
- ↑ "319 №-li tam orta məktəb". bakimektebleri.edu.az. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |