Saira Bleyr - Wikipedia
Saira Bleyr (ing. Saira Blair; d. 11 iyul 1996) — ABŞ siyasətçisi.[1] Qərbi Virciniya ştatının Nümayəndələr Palatasının üzvü.[1]
Saira Bleyr | |
---|---|
ing. Saira Blair | |
Doğum tarixi | |
Doğum yeri | ABŞ |
Atası | Kreyq Bleyr |
Təhsili |
|
Fəaliyyəti | siyasətçi |
Partiyası | |
sairablair.com |
Həyatı
redaktə11 iyul 1996-cı ildə siyasətçi ailəsində anadan olmuşdur.[1] Atası Kreyq Bleyr Qərbi Virciniya ştatının parlamentində senatordur.[1][2]
Saira siyasətlə hələ məktəb illərindən maraqlanmağa başlayıb.[1] Uşaq yaşlarından atasının siyasi kampaniyası ilə maraqlanmış və daha sonra özü də siyasətlə məşğul olmağa başlayanda atasından məsləhətlər almışdır.[1]
Qərbi Virciniya Universitetinin İqtisadiyyat fakültəsində təhsil alır.[1]
2014-cü ildə respublikaçıların namizədi olan Saira Bleyr rəqibi - demokrat namizəd Leyn Diel üzərində qələbə çalaraq, seçicilərin səslərinin 62.69 faizini[3] toplamış və Qərbi Virciniya ştatının Nümayəndələr Palatasına ən gənc üzv seçilmişdir.[1]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 Saira Bleyr-Amerikanın ən gənc qanunvericisi Arxivləşdirilib 2021-09-25 at the Wayback Machine. voanews.com, 06.11.2014 (az.)
- ↑ "This West Virginia candidate has never voted in an election". PBS. November 5, 2014. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 5, 2014.
- ↑ "Statewide Results General Election November 4, 2014 Official Results". Charleston, West Virginia: Secretary of State of West Virginia. December 15, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 12, 2014.
Xarici keçidlər
redaktə- Official page at the West Virginia Legislature