Sakrebulo - Wikipedia
Sakrebulo - Wikipedia - Haqqında Məlumat
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sakrebulo (gürc. საკრებულო) — Gürcüstan Respublikasında kənd, icma (bir neçə kənd), qəsəbə, şəhər (bələdiyyə tabeli), bələdiyyə və bələdiyyələrin tərkibinə daxil olmayan (mxare tabeli şəhərlər və "mxare statuslu" Tbilisi şəhəri) şəhərlərdə yerli özünüidarəetmənin nümayəndəlik orqanıdır.
Kənd, icma (bir neçə kənd), qəsəbə və şəhər (bələdiyyə tabeli) sakrebulosu birbaşa, ümumi və bərabər hüquqlu gizli səsvermə yolu ilə majoritar qaydada seçilir. Bələdiyyələrə daxil olmayan mxare tabeli şəhərlərdə isə sakrebulo birbaşa, ümumi və bərabər hüquqlu gizli səsvermə yolu ilə proporsional qaydada seçilir. Sakrebulonun tərkibinə sakrebulo sədri, sakrebulo katibi və sakrebulonun müxtəlif komissiyalarının sədrləri daxildir.