Salahli Kengerli - Wikipedia
Salahlı Kəngərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd.[1]
Salahlı Kəngərli | |
---|---|
40°08′02″ şm. e. 46°54′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Region | Ağdam rayonu |
Tarixi və coğrafiyası | |
Sahəsi |
|
Saat qurşağı | |
Tarixi
redaktəAğdam rayonunun Salahlı Kəngərli kəndi rayon mərkəzi Ağdam şəhərindən 17km. şimalda, Xaçın çayının sol sahilində, Ağdam – Ağdərə yolundan 3km. şərqdə, Qarabağ düzündə yerləşir. Kəndin ümumi ərazisi 178 hektara yaxındır. Salahlı Kəngərli kəndi şimal-qərbdən Boyəhmədli kəndi, qərbdən isə Qızıl Kəngərli kəndi ilə qonşudur. Kəngərli ellərinin hamısı oğuz türklərinin peçeneq qolundan (kanqarlar) olsalar da, müxtəlif tirələrdəndilər və bu da çox vaxt onların məskunlaşdıqları ərazi adlarında (oykonimlərdə) özünü büruzə verir. Salahlı Kəngərli kəndinin camaatı kəngərli türk tayfasınln salahlı tirəsindəndi və kəndin adı da bunu ifadə edir – Salahlı Kəngərli. Kəngərlilər Azərbaycanın, əsasən, Naxçıvan bölgəsində yaşasalar da, digər bölgələrdə, məsələn, Qazaxda, Borçalıda, Qarabağda da məskunlaşıblar. O səbəbdən də Azərbaycanda çoxlu Kəngərli kəndi var; tək elə Ağdam rayonu ərazisində üç Kəngərli kəndi var: Salahlı Kəngərli, Qızıllı Kəngərli və Kəngərli (bu kəndə Pirhəsən Kəngərlisi də deyirlər). Nəzərə alınsa ki, Şirvanlı və Qaraqaşlı (bu kəndi Qaraağaclı da adlandırırlar) kəndləri də əvvəllər (1963-cü ilə qədərki dövrdə) Kəngərli adlanıb, onda demək olar ki, Ağdam rayonunda beş Kəngərli kəndi var.
1930-cu ilə qədərki dövrdə Salahlı Kəngərli kəndi Yelizavetpol quberniyasının Cavanşir qəzasının tərkibində olub.
Kənd 1993-cü il iyun ayının 26-da Ermənistan ordusu tərəfindən işğal olunub. Salahlı Kəngərli kəndi II Qarabağ Müharibəsi nəticəsində 20 noyabr 2020-ci il tarixdə Müzəffər Azərbaycan Ordusu tərəfindən azad edilib.
24 dekabr 2023-cü ildə prezidenti İlham Əliyev kəndin təməlini qoyub. Kənddə 1376 nəfərin məskunlaşması nəzərdə tutulub. Layihə üzrə kənddə ümumilikdə 418 fərdi ev tikiləcək.[2]
Toponimikası
redaktəSalahlı orta əsrlərdə Qazax-Borçalı bölgəsində yaşamış bir elin adıdır. Nadir şah bu bölgəni Gəncə bəylərbəyindən hakimi — əslən Qacar tayfasından olan Ziyadoğullardan alıb Gürcüstana verdiyinə oradan 1759-cu ildə Qarabağa köçüb gəlmiş ellərdən (Cinli, Qarabağlı Kəngərli, Səfikürd, Boyəhmədli, Qızılhacılı və b.) biri də Salahlı idi. Salahlı tayfasının adı isə mənşəcə qədim türk mənşəli hunların Sal elinin adı ilə bağlıdır. (Azərbaycanda və Ermənistanda Salyan və Sallı, Gürcüstanda Sameti toponimlərini xatırlayın) Salahlı- Kəngərli "Salahlı kəndi yaxınlığında Kəngərli kəndi) mənasındadır. Molla Pənah Vaqif də bu eldən idi.[3]
Mədəniyyət
redaktəErməni işğalına qədərki dövrdə Salahlı Kəngərli kəndi abad və gözəl bir kənd idi; orada səkkizillik məktəb, kitabxana, klub, tibb məntəqəsi, müxtəlif ticarət-iaşə obyektləri var idi. Kəndin şimal-qərbində, üç qonşu kəndin (Boyəhmədli, Salahlı Kəngərli və Qızıllı Kəngərli) arasında qalan ərazidə Boyəmədli kurqanları (80-ə yaxın kurqan – ilk tunc dövrü) var.
Əhali
redaktə1993-cü ildə (işğala qədərki dövrdə) Salahlı Kəngərli kəndində 542 nəfər əhali yaşayırdı. Əhalinin əsas məşquliyyəti maldarlıq, taxılçılıq, bağçılıq və üzümçülük olub. Kənd ermənistan ordusu tərəfindən işğal edildikdən sonra orada bir nəfər də azərbaycanlı qalmayıb. Erməni vandalları kənddəki bütün yaşayış evlərini və digər binaların hamısını yandırıb, uçurub-dağıdaraq yerlə yeksan ediblər, hətta meyvə ağaclarını da kəsiblər, ya da kökündən çıxardıb aparıblar.
Tanınmışları
redaktə- Qasımov İxtiyar Qasım oğlu – Azərbaycanın Milli Qəhrəmanı (ölmündən sonra).
Ədəbiyyat
redaktə- M.S.Ordubadi, "Qanlı illər", Bakı – 1911;
- M.N.Qarabaği, "1905 – 1906-cı illərdə erməni-müsəlman davası", Bakı – 1993;
- R.Abbaslı, "Umudlu qətliyamı. Papravənd müharibəsi";
- B.Abbasoölu, "Ağdam ağrıları", Bakı – 1993.
- A.Məmmədov, "Kəngərlər". Bakı – 1996.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "İlham Əliyev Ağdam rayonunun Salahlı Kəngərli kəndinin təməlini qoyub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-12-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-24.
- ↑ B.Budaqov, Q.Qeybullayev Yuxarı Qarabağın Toponimləri. Bakı, 2005
Ağdam rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |