Saldo - Wikipedia
Saldo (it. saldo - hesablaşma, əvəzini çıxma) — müəyyən dövrdə pul daxilolmaları (gəlirləri) ilə xərcləri arasında fərqdir.[1]
Növləri
redaktəMühasibat Uçotunda
redaktəMühasibat Uçotunda - mühasibat hesabları (sintetik və analitik) üzrə hər ayın sonunda müəyyən edilən debet dövriyyəsi ilə kredit dövriyyəsi arasındakı fərqdir.
Tədiyə Balansında
redaktəTədiyə Balansında - müəyyən ölkənin rezidentlərinin ixracının və İdxalının dəyər qiymətləndirilməsi (ticarət balansının saldosu) və ya onların xarici tədiyələri ilə daxilolmalan arasında fərqdir (tədiyə balansı saldosu).
Demoqrafiyada
redaktəDemoqrafiyada miqrasiya saldosu - müəyyən dövr ərzində ölkənin ərazisinə gələn (yerləşən) və ölkənin ərazisindən gedən insanların sayı arasında fərqdir.
Milli hesablar statistikasında
redaktəMilli hesablar statistikasında - yenidən bölgü saldosu hər hansı bir şəxs (iqtisadiyyatın sahə və ya sferası) üçün milli gəlirin yenidən bölgüsünün nəticəsi, bu prosesin gedişində onların əldə etdiyi gəlirlərlə sərf olunmuş xərclər arasında fərqdir.
Həmçinin Bax
redaktəXarici Keçidlər
redaktəİstinadlar
redaktə- ↑ "Akademik, Ziyad Səmədzadə, Böyük İqtisadi Ensiklopedia 4-cü cild" (PDF). 2016-12-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-19.