Saleh Haciyev Dovlet Xadimi - Wikipedia
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981).
Saleh Hacıyev | |
---|---|
5 fevral 1991 – 28 aprel 1993 | |
Əvvəlki | nazirliyin adı dəyişdirilib |
Sonrakı | nazirlik ləğv edilib |
12 dekabr 1988 – 5 fevral 1991 | |
Əvvəlki | Mahmud Əliyev |
Sonrakı | nazirliyin adı dəyişdirilib |
1 iyun 1983 – 12 dekabr 1988 | |
Nazir | Telman Kazımov |
1974 – 1 iyun 1983 | |
2 iyul 1971 – 20 noyabr 1974 | |
Əvvəlki | Tofiq Əhmədov |
Sonrakı | Əlimuxtar Hüseynzadə |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 oktyabr 1932 |
Doğum yeri | |
Vəfat tarixi | 7 yanvar 2011 (78 yaşında) |
Partiya |
|
Təhsili |
|
|
|
Təltifləri |
Həyatı
redaktəSaleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir.[1]
Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində[rus.] təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir.[1]
Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir.[1]
Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır.[2] 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.[3] 1983–1988-ci illərdə isə Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini, 1988–1993-cü illərdə isə Azərbaycan meliorasiya və su təsərrüfatı naziri vəzifələrində işləmişdir.[1]
Sonrakı illərdə Saleh Hacıyev "Azqur" Səhmdar Cəmiyyəti sədrinin müavini olmuş, 1995–1998-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetində müəllim kimi fəaliyyətini davam etdirmişdir.[1]
Saleh Hacıyev 1959-cu ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, eləcə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.[2] Üç çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Bir neçə orden və medallarla təltif edilmiş və ona "Əməkdar mühəndis" fəxri adı verilmişdir. 23 dekabr 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[1]
Saleh Hacıyev 2011-ci il yanvarın 7-də vəfat etmişdir.[4]
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Bəhram İbrahimov; Zərbalı Mirzə. Hacıyev Saleh Hilal oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 137–139.
- ↑ 1 2 Һаҹыјев Салеһ Һилал оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Онунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1982. С. 396.
- ↑ "Azərbaycan Memarlıq və İnşaat Universiteti tanınmış məzunları". Azərbaycan Memarlıq və İnşaat Universiteti. 2017-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-02.
- ↑ Nuriyev, E.; Allahverdiyev, Z. Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. səh. 35.
Xarici keçidlər
redaktə- "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 23 dekabr 2004. 2022-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 dekabr 2022.