Saleh Kamrani - Wikipedia
Saleh Kamrani — Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu,[1] Azərbaycan Mərkəzi Partiyasının[2] və "AzNews TV" televiziyasının təsisçisi.[3]
Saleh Kamrani | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Şərqi Azərbaycan, Əhər |
Vətəndaşlığı | İsveç |
Həyat yoldaşı | Mina Əsgəri |
İxtisası | Hüquqşünas |
Təhsili | Şiraz Universiteti |
Fəaliyyəti | vəkil, insan hüquqları fəalı, naşir |
Həyatı və fəaliyyəti
redaktəSaleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub.[4] Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, "Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası"-nın və türkcə, farsca çıxan "Savalan" qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.[1][5]
Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir. Urmiyada gecə yarısı İran xüsusi xidmət orqanları evə basqın edərək onu qardaşı ilə birgə həbs edirlər.[1] Bir neçə gün sonra buraxılsalar belə sonradan "Baxış" və "Oyanış" tələbə qəzetlərinin təsisçisi olan qardaşı Elyar Kamrani həbs olunur.[6] 2006-cı ildə Xordad hadisələri zamanı dinc etirazlar şiddətlə yatırılır. Onlarla etirazçı dünyasını dəyişir.[7] Bu zaman Saleh Kamrani "Millət Hüququnun Müdafiəsi Komitəsi" adlı bir qrup yaradaraq müxtəlif beynəlxalq televiziya knalaları və radiolarına müsahibələr verməyə başlayır. Bundan sonra 14 iyun 2006-cı ildə Tehranda evinə gedərkən güc strukturları tərəfindən oğurlanır. Bir neçə gün harada saxlanılması deyilməsə belə sonradan onun Evin həbsxanasında saxlanıldığı bəlli olur. Bunu 19 iyun tarixində İsveçdə yayımlanan Araz radiosuna müsahibəsində onun həyat yoldaşı Mina Əsgəri də təsdiq edir. 2007-ci ildə azadlığa çıxsa da bir neçə ay sonra 18 avqust 2007-ci ildə yenidən həbs olunaraq bir il müddətinə azadlıqdan məhrum edilir.[8][9] Həbsdən çıxdıqdan sonra yenidən təqiblərə və təhdidlərə məruz qaldığı üçün ölkəni tərk etməyə məcbur olur. 2010-cu ildə ölkəni tərk edərək İsveçə köçür. Burada bir sıra beynəlxalq kanallara müstəqil ekspert kimi müsahibələr verməyə başlayır. Burada Azərbaycan Mərkəzi Partiyasını[2] və 24 saat fəaliyyət göstərən "AzNews TV (AN.T)" televiziyasını təsis edir.[3]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 "Human rights defender and lawyer - Appeal Case Saleh Kamrani" (PDF) (ing. ). amnesty.org. 20 dekabr 2006. 7 oktyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ 1 2 "Güney təşkilatları Nyu-Yorkda 'İranın Gələcəyi' toplantısına qatılıblar". amerikaninsesi.org. 29 sentyabr 2019. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ 1 2 Hamid Məlikoğlu. "İran Azərbaycanı üçün yeni telekanal təsis edilib". amerikaninsesi.org. 30 avqust 2019. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ "Saleh Kamrani" (isv. ). mrkoll.se. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ "İslam Respublikası və Konstitusiya: İranda demokratiya krizisi / جمهوري اسلامي و قانون اساسي: بحران دمكراسي در ايران" (fars. ). radiofarda.com. 30 mart 2002. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ "Saleh Kamrani – male, lawyer and human rights defender, aged about 34" (ing. ). lrwc.org. 26 mart 2012. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ "Annual Report IRAN" (ing. ). amnestyusa.org. 7 oktyabr 2019. 13 iyul 2007 tarixində arxivləşdirilib.
- ↑ "Hüquq müdafiəçisi Saleh Kamrani yenidən həbs edilib". azadliq.org. 21 avqust 2007. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
- ↑ "Azerbaijani Iranian Activists Threatened". voa.gov. 25 dekabr 2007. 7 oktyabr 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 oktyabr 2019.
Xarici keçidlər
redaktə- Saleh Kamrani: İranda hər an daha güclü etirazlar qalxa bilər / Amerikanın səsi
- Saleh Kamrani İran Azərbaycanında son etiraz aksiyaları və milli fəalların həbsi haqqında / Amerikanın səsi
- Saleh Kamrani İranda qarşıdan prezident seçkiləri ərəfəsində Azərbaycan bölgələrində əhval-ruhiyyədən danışıb / Amerikanın səsi
- Mənim həll yolum Cənubi Azərbaycanın istiqlalıdır / BBC Farsca fars.
- İranda hüquqşünas / BBC Farsca fars.
- Qadın məsələsi və bölgədə gedən hadisələr barədə Saleh Kamrani ilə müsahibə
- İran rejiminə Alternativ olan güclər və Güney Azərbaycan / Oğuz Tv