Saleh Meherremov - Wikipedia
Saleh Heydər oğlu Məhərrəmov (25 sentyabr 1965, Alışar, İliç rayonu) — biologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (30.06.2014).[1]
Saleh Məhərrəmov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 sentyabr 1965 (59 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili | Azərbaycan Kənd Təsərrüfatı İnstitutu |
Fəaliyyəti | alim |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi | |
Elmi adı | professor |
İş yeri | NDU |
Həyatı
redaktəMəhərrəmov Saleh Heydər oğlu 25 sentyabr 1965-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Alışar kəndində anadan olmuşdur. 1982–1987-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda təhsil almış, ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir.
1987–1990-cı illərdə aspiranturada oxumuş, 1991-ci ildə Moskvada Ümumittifaq Helmintologiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində işləmişdir.
1999–2000-ci illərdə NDU-da Zoologiya kafedrasının, 2000–2013-cü illərdə Təməl tibb fənləri kafedrasının, 2013-cü ildə yenidən Zoologiya kafedrasının müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə AMEA Zoologiya İnstitutunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 17 may 2013-cü il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinin rektoru təyin edilmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. ABŞ, Türkiyə, Rusiya və Ukraynada rəsmi səfərlərdə olmuş, beynəlxalq simpozium, qurultay və konfranslarda elmi məruzələrlə çıxışlar etmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qabaqcıl Təhsil İşçisi" medalı ilə təltif olunmuşdur.
Təltif və mükafatları
redaktə1. Azərbaycan Respublikasının "Qabaqcıl təhsil işçisi"döş nişanı (2007)
2. "Əməkdar elm xadimi" (2014)
Elmi əsərləri
redaktə1. Магеррамов С. Г. Распространение гельминтов в зависимости от климатических условий. Ж. Аграрная наука. Москва, 2011, № 7, ст. 32–33, 2 стр.
2. Магеррамов С. Г. Зависимость распространения гельминтов от экологических факторов. LAP LAMBERT Academic Publishing, 2013, 73 стр.
3. Магеррамов С. Г. Антигельминтные действия растений и их смеси с химическим препаратом. Известия высших учебных заведений. Поволжский регион. Естественные науки Пензенский государственный университет. 2013, № 2, с. 65–69, 5 стр.
4. Məhərrəmov. S. H., Əsədov E., Hüseynov H., Tahirov Ə., Rüstəmli Y. Bal arısının xəstəlikləri və zərərvericiləri. Naxçıvan "Əcəmi", 2014, 240 cəh.
5. Study of Treatment Advantage of Medicinal Herbs with Antihelmintic Effect against Neoascariasis. International Journal of Research Studies in Biosciences (IJRSB) http://www.arcjournals.org/ijrsb/2015_ijrsb_v3-i1.php[ölü keçid] p. 78–81
6. Naxçıvan Muxtar respublikasının dağlıq ərazilərinin yem bitkiləri (müxtəlif otlar). Bakı, "Elm və Təhsil", 2015, 222 s.
7. Зависимость распространения гельминтозов от экологических факторов в условиях Нахичеванской Автономной Республики Ж. Аграрная наука. Москва, 2015, № 2, ст. 25–27
8. Use of Essential Oil Derived From Artemisia absinthium L. in Veterinary Seab, 2015 // symposium on euroasian biodiversity, abstract book, p. 99
9. Yovşan-üzərlik qarışığının selikli qişalara yerli təsiri Nax. Dövlət Univ. Elmi əsər. Naxçıvan, "Qeyrət", 2015, № 3 (68), s. 3–6
10. Naxçıvan Dövlət Universitetində elektron təhsil şəbəkəsi Azərbaycanda Təhsil Quruculuğunun prioritetləri: müasir yanaşmalar/ Beynəlxalq elmi konfransın mater. Naxçıvan, 2015. Bakı, "Mütərcim", s. 19–20
11. Параметры острой токсичности антгельминтных растений. Ж. Аграрная наука. Москва, 2016, № 7, ст. 10–12
12. The antihelmintic effecency of N. meyer Benth. and N. cataria L. species that spread in the Nakhchivan autonomous republic flora. International journal of Veterinary Sciences and Animal Husbandry. [[1]]. 2017, V.2. issue 1, page number 40–43 13. Фауна иксодовых клещей и ее роль в передаче кровепаразитарных болезней крупного рогатого скота. Ж. Аграрная наука. Москва, 2017, № 2, ст. 26–28.
14. Bazi Keklik Türlərinin Thimus kotschyanus və Thimus collinus qastrointestinal parazitlere karşı antehelmentik etkisinin araştırılması. Kafkas Üniversitesi veteriner fakültesi dergisi. Türkiye, Kars, 2017, c. 23, № 6, s. 961–965
15. Antihelmint bitkilərin təsir xüsusiyyətləri. Müasir təbiət elmlərinin aktual problemlərib // Beynəlxalq elmi konf. Gəncə, 2017, III Hissə, s. 3–5
16. Biocoğrafiya. Naxçıvan, "Əcəmi", 2017, 406 s.
17. Arı xəstəlikləri və parazitləri, onlarla mübarizə formaları. III Naxçıvan beynəlxalq arıçılıq komfransı. konfransı Naxçıvan 2017, 26 may. s. 3–4
18. Yovşan-üzərlik qarişiğinin göz bəbəyinin mənfəzinə təsiri. Nax. Dövlət Univ. Elmi əsər. Naxçıvan, "Qeyrət", 2017, № 7 (88), s.3–5
19. The Antihelminth Effect and Economic Efficiency of Clover and Absinth. Journal of Apitherapy and Nature / Apiterapi ve Doğu Dergisi 1(1), 38–42, 2018
20. Acılıq-alben qarışığının antihelmint səmərəliliyi. Azərb. MEA-nın Naxçıvan bölməsinin Xəbərləri, Naxçıvan, Tusi, 2018, c. 14, № 2, s. 83–86
İstinadlar
redaktə- ↑ "Məhərrəmov Saleh Heydər oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-05.