Saleh Memmedov Insaatci Muhendis - Wikipedia
Saleh Ərşad oğlu Məmmədov (1 mart 1958, Mirbəşir rayonu) — Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri, əməkdar mühəndis,[1] "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti (2016).
Saleh Məmmədov | |
---|---|
Vəzifədədir | |
21 dekabr 2017-ci ildən | |
Əvvəlki | vəzifə təsis edilib |
Vəzifədədir | |
12 dekabr 2016-cı ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1 mart 1958 (66 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | mühəndis |
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəMəmmədov Saleh Ərşad oğlu 1958-ci ildə Azərbaycan Respublikasının Tərtər rayonunda anadan olmuşdur. Tərtər rayonunda orta məktəbi bitirdikdən sonra sənədlərini Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "Sənaye və mülki tikinti" fakültəsinə vermiş və 1980-ci ildə müvəfəqiyyətlə institutun "Sənaye və mülki tikinti" fakültəsini bitirmişdir.
Saleh Məmmədov əmək fəaliyyətinə 06.08.1980–15.10.1980-ci illərdə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Texniki İnventar Bürosunda mühəndis kimi başlamışdır.
1980–1982-ci illərdə Sovet Ordusu silahlı qüvvələri sıralarında hərbi xidmət etdikdən sonra 1982-ci ildə Mənzil-Kommunal Təsərrüfatı Nazirliyinin Mərkəzi Texniki İnventar Bürosunda mühəndis kimi fəaliyyətini davam etdirmişdir.
O, 1982–1991-ci illərdə "Yoltəmirtikinti" Baş İdarəsinin 1 saylı Yol Tikinti İdarəsində mühəndis, baş mühəndis və rəis, 1991–1993-cü illərdə "Azərneft" Yol Tikinti Təmir Trestinin 3 saylı Yol Tikinti İdarəsində rəis, 1994–1995-ci illərdə "Azkommunkomplekttexnika" İstehsalat Birliyində rəis vəzifələrində işləmişdir.
1995–2003-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətinin Körpü Tikinti Trestinin rəis müavini, 1 saylı Yerli Avtomobil Yolları İdarəsinin rəisi, Siyəzən 4 saylı Yol istismar İdarəsinin rəisi, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində çalışmışdır.
2003–2015-ci illərdə Nəqliyyat Nazirliyinin "Yolnəqliyyatservis" Departamentinin 1 saylı Yol İstismar İdarəsinin rəisi, 2007-ci ilin fevralında "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqadar "Azəryolservis" ASC-nin 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2015-ci ildə Bakı Dövlət Universitetinin "Hüquqşünaslıq" fakültəsini bitirmişdir.
S. Ə. Məmmədov 19.02.2015-ci il tarixdən "Azəryolservis" ASC sədrinin birinci müavini təyin edilmiş və "Azəryolservis" ASC sədrinin vəzifəsi ona həvalə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2015-ci il tarixli Sərəncamı ilə S. Ə. Məmmədov "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilmişdir.
12 dekabr 2016-cı il tarixində S. Ə. Məmmədov "Azərbaycan Həndbol Federasiyası"nın prezidenti seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 9 mart 2016-cı il tarixli Fərmanı ilə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır.
O, 1 saylı Yol İstismar İdarəsinin rəisi vəzifələrində işlədiyi dövrdə respublikanın ümumi istifadədə olan Beynəlxalq əhəmiyyətli (E-119, AH-8), M-1, M-4 və M-2 magistiral avtomobil yollarının böyük bir hissəsinin istismarı, həmçinin yerli əhəmiyyətli yollarının 100 km uzunluqda hissəsinin istismarı işlərinə rəhbərlik etmişdir.
Saleh Məmmədovun əməyi Azərbacan Respublikası Prezidenti tərəfindən yüksək qiymətləndirilib. O, Respublika Prezidentinin 22.09. 2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuş və ona Azərbaycan Respublikası Prezidentinin 10.04.2012-ci il tarixli 2151 nömrəli Sərəncamı ilə "Əməkdar Mühəndis" fəxri adı verilmişdir.
Ailəlidir, dörd övladı var.
Mükafatları
redaktəSaleh Məmmədov Respublika Prezidentinin 22.09.2010-cu il tarixli 744 nömrəli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[2].
10 aprel 2012-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə "Əməkdar Mühəndis" fəxri adı ilə təltif edilmişdir[3].
21 fevral 2018-ci il tarixdə Saleh Məmmədov Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində görə xidmətlərinə görə "Şöhrət" ordeni iləilə təltif edilmişdir.[4].
İstinadlar
redaktə- ↑ Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE) kitabı, Bakı, 2015. v cild, səhifə:150–153.
- ↑ "Azərbaycan Respublikasında inşaat sahəsi işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 sentyabr 2010-cu il tarixli, 744 nömrəli Sərəncamı". anl.az (az.). 22 sentyabr 2010. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2016. (#redundant_parameters)
- ↑ "Azərbaycan Respublikasında inşaat sahəsinin işçilərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2012-ci il tarixli, 2151 nömrəli Sərəncamı". e-qanun.az (az.). 10 aprel 2012. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyun 2016.
- ↑ "Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2018-ci il tarixli, 3703 nömrəli Sərəncamı". e-qanun.az (az.). 21 fevral 2018. 2021-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2018.