Salman Nerimanov - Wikipedia
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov (1847, Tiflis – 1907, Bakı) — şair, yazıçı, publisist, ictimai-siyasi xadim, mürəttib. Yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzuradan keçməyib deyə çapına icazə verməyiblər. Bu əsəri ilk dəfə ölümündən 116 il sonra Bakıda çap olunub.
Salman Nərimanov | |
---|---|
Salman Kərbəlayi Nəcəf oğlu Nərimanov | |
Təxəllüsü | Səyyarə, Qoca Salman, Səyyareyi-Həqqi |
Doğum tarixi | 1847 |
Doğum yeri | |
Vəfat tarixi | 1907 |
Vəfat yeri | |
Həyat yoldaşı | Səltənət xanım |
Uşaqları |
Asya İsmayıl İltifat Xanım |
Atası | Kərbəlayi Nəcəf |
Anası | Həlimə xanım |
Fəaliyyəti | yazıçı, şair, publisist, mürəttib[d] |
Əsərlərinin dili | Azərbaycan dili |
Janrlar | lirika, satira |
Tanınmış əsəri | Səyahətnamə |
Nəriman Nərimanovun böyük qardaşıdır.
Həyatı
redaktəSalman Kərbəlayi Nəcəf oğlu Nərimanov 1847-ci ildə Tiflisdə anadan olub. 7 yaşında ikən atası onu təhsil alması üçün Tiflisdə Hacı Molla Tağının mədrəsəsinə qoyub. Üç il burada "Quran"dan və Sədi Şirazinin "Gülüstan" kitabından dərs keçib. Daha sonra ruhani idarəsinin açdığı məktəbə qəbul olub. Lakin atasının tez-tez xəstələnməsi, ailə vəziyyətinin ağırlığı ona öz təhsilini davam etdirməyə imkan vermir.[1] Buna görə də ana babası Hacı Məmmədqasım onu bir peşə sahibi etmək üçün tacir Hacı Sadığın yanına şagird göndərir. Sonrakı dövrlərdə Salman Nərimanov dükançı, fəhlə xırdavatçı kimi müxtəlif işlərdə işləyib.[1]
Bakıya gəldikdən sonra mürəttibliyi öyrənib.[1] Qafqazda ilk azərbaycanlı mürəttib kimi də tanınıb. 1905–1907-ci illərdə Bakıda "Kaspi", "İrşad", "Tazə həyat" və "Füyuzat" qəzet və jurnalların mətbəələrində baş mürəttiblik edib.[2]
Mətbuatda şeirləri və məqalələri ilə çıxış edib. "Səyyarə" və "Səyyareyi-Həqqi" imzası ilə şeirlər, "Qoca Salman" imzası ilə məqalələr yazıb.[3] "Həyat" qəzetinin 1906-cı il nömrələrində "Nəmrudlar və Şəddatlar", "Hami-niku", "Ağacı içindən qurd yeyər", "Filankəsə məktub", "Qissədən hissə", "Danışmalı ya danışmamalı", "Açıq məktub", "Hüriyyətdən haqq ilə istifadə lazımdır" adlı məqalələr ilə çıxış edib.[1]
Yazdığı “Səyahətnamə” əsəri Çar Rusiyası dövründə senzuradan keçməyib deyə çapına icazə verməyiblər.[4] Əsərin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazamalar İnstitunda saxlanılır.[2] Kitab 2023-cü ildə ərəb əlifbasından Arif Ramazanov tərəfindən transliterasiya edilərək ilk dəfə 116 il sonra Bakıda çap olunub.[5]
Ölümü
redaktə1907-ci ildə Bakıda vəfat edib.[6] Bir il sonra da həyat yoldaşı Səltənət xanım dünyasını dəyişib. Dörd övladı – Asya, İsmayıl, İltifat və Xanım əmiləri Nəriman Nərimanovun himayəsi altında böyüyüblər. Oğlu İsmayıl on altı yaşında Həştərxanda vəfat edib.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Əhmədov, Teymur. "Salman Nərimanov (Qafqazda mürəttibliyi icad edən ziyalı)" (PDF). Respublika qəzeti. 2019-11-30. səh. 6. İstifadə tarixi: 2024-08-29.
- ↑ 1 2 Babayev, 1993
- ↑ "Nəriman Nərimanov - 150". web.archive.org. 2023-03-13. 2023-03-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-29.
- ↑ Osmanqızı, Aynur. "Nəriman Nərimanovun böyük qardaşının əsəri aşkar edilib". Report İnformasiya Agentliyi (az.). 2020-06-21. İstifadə tarixi: 2024-08-29.
- ↑ "Muzeyin əməkdaşının elmi redaktorluğu ilə kitab nəşr olunub". azhistorymuseum.gov.az. 2023-06-12. İstifadə tarixi: 2024-08-29.
- ↑ Nəsiboğlu, Sevindik. "Nəriman Nərimanov - 150" (PDF). Kredo qəzeti. 2020-07-02. İstifadə tarixi: 2024-08-29.
Ədəbiyyat
redaktə- Бабаев А. М. Азәрбајҹан классик әдәбијјатында ишләдилән адларын вә терминләрин шәрһи. Б.: Маариф. 1993. 51. (az.)